İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Yeni il hədiyyələrinin seçilməsi

Yeni il hədiyyələrinin seçilməsi
Yeni il hədiyyələrinin seçilməsi

Yeni il hədiyyələrinin seçilməsi kimi çətinliklərlə bir çox insan hər il sonu qarşılaşır.   

Hər il dekabr ayının sonu bütün dünya Yeni ili sevinc və gülərüzlə qarşılayır. Bəziləri Yeni il gecəsini ailəsi ilə birlikdə evdə, bəziləri isə dostları ilə birlikdə “Yeni İl” mövzulu tədbirlərdə qeyd edir.  Hər il yeni ilə böyük ümidlərlə giririk, bəzilərimiz sağlamlıq və sülh diləyərkən, bəzilərimiz isə sevgi və pulla dolu bir il istəyirik. Dünyanın bir çox ölkələrində qeyd olunan 31 dekabr gecəsini fərqləndirən ən mühüm detalı ondan ibarətdir ki, köhnə ili yaxşı və pislə geridə qoyduğumuzu və yeni ilin bizlər üçün hazırladığı sürprizlərlə dolu bir il olacağını söyləyə bilərik. Bunlara əlavə olaraq bayramın ən vacib məsələlərindən biri Yeni ilə girərkən sevdiklərimizə Yeni İl hədiyyəsi olaraq nə ala bilərik?

 

Pijama dəsti: Qışın soyuğunda sevdiklərinizə verə biləcəyiniz hədiyyələr arasında pijama dəstləri geniş yer alır. Sizə əziz olanları isti saxlayacaq pijama dəstlərini hədiyyə olaraq Yeni İldə vermək ən gözəl seçimlərdən biridir.

 

Makiyaj seti: Xarici görünüşünə xüsusi diqqət yetirən ailə üzvlərinizə və digər tanışlarınıza verə biləcəyiniz hədiyyələr sırasında makiyaj setləri də daxildir.  Siz də sevdiklərinizi Yeni İl günündə sevindirmək istəyirsinizsə, onda makiyaj setləri tam sizə uyğundur!

 

Parfüm: Artıq klassik hədiyyə olan ətir, illərdir ən çox seçilən hədiyyələr arasındadır. Ətir çeşidləri xoş qoxuları sevən tanışlarınız üçün əla bir hədiyyə alternativi ola bilər.

 

Sevimli komanda forması: Əgər sevdikləriniz futbol azarkeşidirsə, onların sevimli komandasının forması kifayət qədər məmnunedici hədiyyədir. Siz də sevdiklərinizə yeni ildə onların adından xüsusi hazırlanmış forma hədiyyə edə bilərsiniz.

 

Özəl fincanlar: Yeni ildə sevdiklərinizi xüsusi Yeni İl hədiyyəsi olaraq özəl fincanlar hədiyyə edib, onları sevindirə bilərsiniz. İstifadə edilmədiyi zaman adi stəkan kimi görünən məhsul, içinə isti maye töküldükdə əsl sehrini göstərməyə başlayır və bununla da dizaynı üçün seçdiyiniz şəkli ortaya çıxarır.

 

Hər kəsin istəyinə uyğun hədiyyələr: Bu hədiyyələr kateqoriyasına sevdiklərinizin ürəyində olan Yeni İl hədiyyələri daxildir, hansı ki, siz bunları onlardan soruşaraq deyil, özlərinin dilə gətirməsi ilə bilə bilərsiniz.

 

Yeni ildə sevdiklərinizi Kango ilə sevindirə bilərsiniz! Kango ilə ürəyinizcə olan hədiyyələri Türkiyənin alış-veriş saytlarından seçib, sərfəli qiymətlərlə sifariş edə bilərsiniz! Kango ailəsi olaraq Yeni ildə sizə və sevdiklərinizi sevgi və uğur arzulayırıq!