Hər təqvim ayı üzrə ümumi sifarişin gömrük dəyəri (Məhsulun invoys dəyəri və çatdırılma haqqı daxil olmaqla) 300ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan bağlamaları güzəştli qaydada, yəni vergi ödəmədən gömrük sərhədindən keçirilə bilər.
Əlavə olaraq aşağıda qeyd edilmiş məhsullar Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuşdur:
-Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Telefonlar,tərkibində batareya olan avadanlıqlar, powerbank-lar
- Qida məhsulları
- Toz halında məhsullar
- Tozsoran
- Spirtli içkilərin bütün növləri və tütün məhsulları
- Partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr ( parfumeriya, sprey, quru şampun, boyalar və s.)
- Tibbi məhsullar
- Gizli kamera
- Akumlyatorlar
- Amortizatorlar
- Hover Board skuteri
- Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
- Radioaktiv maddələr.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat.
- Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar.
- Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
- Canlı heyvanlar - Bitki və toxumlar
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
- Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar.