VACİB MƏLUMAT

2023-05-04 10:55:06
VACİB MƏLUMAT

Dəyərli müştərilər, artıq trendyol.com saytına daxil olarkən sizdən 2 seçənək istəyirlər. 1. Azerbaycan adresindən təslim al 2. Türkiyə adresindən təslim al.

Kango.az ilə həmişəki kimi sifariş etmək üçün siz TÜRKİYƏ ADRESİNDƏN TƏSLİM AL'ı seçməlisiniz.

Bəs Kango.az ilə Trendyolun çatdırılması arasında nə fərq var? 

  1. Trendyol özü çatdırarkən bir çox markaları( Mango, Pull&bear, Stradivarius ve s) Azerbaycana çatdıra bilmir. Ancaq Siz kango.az ilə sifariş edə bilərsiniz.
  2. Trendyol Sprey, parfum kimi kosmetik mehsullari, o cümlədən bataryalı məhsulları çatdırmır. Ancaq kango.az ilə siz məhdudiyyət olmadan sifariş edə bilərsiniz.
  3. Trendyoldan aldığınız məhsul satıcıdan qaynaqlanan vəya fabrik defektli olarsa belə, geri iadə edə bilməzsiniz ancaq kango.az ilə bəyənmədiyiniz məhsulun iadəsi mümkündür.
  4. Bunlardan əlavə, Trendyol 15 gün bağlamanızı türkiyədə saxlayır, beyan etmədiyiniz zaman bağlamanızı sizə göndərmir, pulunuzu iadə etmir. Ancaq kango.az ilə siz 60 gün müddətində bağlamanızı saxlaya bilərsiniz.
  5. Trendyol sizə ən sürətli 6 gün ərzində çatdırılma təklif edir, ancaq kango.az ortalama il üzrə 3 günə bağlamaları müştəriyə təhvil verir.
  6. Son olaraq isə Trendyol hələki açılışa özəl endirimli qiymətlə bağlamalarınızı çatdırma təklif edir. Yaxın zamanda çatdırılma qiyməti yüksək olacaq. Ancaq bu halda belə 500qramdan az olan məhsullarınızı kango.az daha ucuz daşımış olur. Beləki misal sizin bağlamanız 100qram olarsa trendyol 3.08 USD kango.az 1.29 USD, bağlamanız 230qram olarsa trendyol 3.08 usd, kango.az 1.99 usd, bağlamanız 450 qram olarsa trendyol 3.08 usd, kango.az 2.99 usd. Ancaq 500qr-1kg arası baglamanız olarsa trendyol 3.08 usd kango.az 3.33 usd olacaqdır.

3 illik fəaliyyətimiz əsasında 1milyondan çox bağlama daşınması həyata keçirmişik. Statistika onu göstərirki sifariş edilən bağlamaların 70%i 500qramdan azdır.20%i 500qram ilə 1kg arası, 10%i isə 1kg üstündədir. Məhz bu göstəricilər sizə hansi sifarişinizdə nəyi seçməyinizə köməklik eləmiş olacaqdır.

Yuxarda qeyd etdiyimiz üzrə,  Kango.az ilə həmişəki kimi sifariş etmək üçün siz TÜRKİYƏ ADRESİNDƏN TƏSLİM AL'ı seçməlisiniz. Əgər siz yanlışlıqla Azərbaycandan təslim al seçmisinizsə bu zaman, “Hesabım”a daxil olub ən üst hissədə təslimat ölkəsini “Türkiyə” edə bilərsiniz