İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Uşaq geyimlərinin seçilməsi

Uşaq geyimlərinin seçilməsi
Uşaq geyimlərinin seçilməsi

Uşaq geyimlərinin seçilməsi

Uşaq geyimlərinin seçilməsində valideynlər xüsusi məlumatlara sahib olmalı, sifariş edərkən diqqətli olmalıdır.

Türkiyədən edilən online alış-verişlər arasında valideyn olan fərdlər ən çox uşaq geyimlərini sifariş edir. Kango ailəsi sizin körpələrinizi də düşünüb, ən sərfəli tariflər və çatdırılma ilə sifarişlərinizi Türkiyədən çatdırır. Uşaqlar üçün seçilən geyimlər tam keyfiyyətə cavab verməlidir. Buna görə yalnız etibarlı mağazalardan alış-veriş etməyə üstünlük verməyiniz tövsiyə olunur. Materiallardan qıcıqlanma və allergik reaksiyaları olmayan paltarları istifadə etməyiniz vacibdir.Körpənin geyimi hər şeydən əvvəl onu istidən və soyuqdan qorumalıdır. Körpələr mövsümə və ətraf mühitin temperaturuna uyğun geyindirilməlidir. Pambıq paltarlara və yun materialdan hazırlanmış paltarlara üstünlük verilməlidir.

Əsasən körpələrə papaq taxmaqla başlarını isti saxlamaq və soyuq havaların keçməsinin qarşısını almaq mümkündür. Körpənin corabları digər paltarlar kimi pambıqdan olmalıdır. Xüsusilə corabların elastik hissələri çox sıx olmamalıdır. Asan geyinib-çıxarılan, enli yaxalı, qolları boş olan paltarlar seçilməlidir. Boyundan tutmuş ayaqlara qədər fermuarlı və ya cırtdanlı paltarlara üstünlük verilə bilər. Geyimdə metal və bərk plastik aksessuarlar və s. mövcud olmamalıdır. Paltarların tikişləri sərt olmamalı və tüklü, boyalı paltarlara üstünlük verilməməlidir.

 

Körpələrin dərisi böyüklərdən daha çox həssasdır. İstifadə olunan təmizləyici materialdan asılı olaraq, allergik reaksiya asanlıqla qarta bilər. Buna görə də uşaq paltarları ayrı yuyulmalı, günəşdə qurudulmalı və içəridən ütülənməlidir. Alınan paltarlar ilkin olaraq yuyulmalı və sonradan istifadə edilməlidir. Paltar yuyarkən yalnız uşaq paltarları üçün təmizləyici vasitələrdən istifadə edilməlidir. Yuma zamanı ağardıcı, yumşaldıcı və ləkə təmizləyici məhsullardan istifadə edilməməlidir. Paltarları saxlayarkən heç vaxt güvə topları və güvə qovuculardan istifadə edilməməlidir.

 

Yeni doğulmuş körpələr üçün paltar seçərkən dərinin nəfəs almasına imkan verən, təri çəkən, tüklü olmayan pambıq parça ilə paltar seçmək çox vacibdir. Üzərində metal və ya sərt aksesuarların olmaması da tövsiyə olunur. Yeni doğulan körpə mövsümə uyğun olaraq kombinezon geyinməlidir. Yayda körpənin dərisi havanın istiliyindən nəfəs alması üçün incə pambıq parçadan hazırlanmış kombinezonlardan istifadə edilir, qış aylarında isə körpənin üşüməməsi üçün qalın və pambıq kombinezonlardan istifadə edilməlidir. Yeri gəlmişkən, körpənin ilk aylarında əlcək və papaq mütləq taxılmalı, ayaqlara çəkmələr taxmaq məsləhətlidir. Körpənin baş dərisinin həssaslığı və saç tellərinin incəliyi baxımından saç tökülməməsi üçün ehtiyac olmadığı zaman papaqlardan istifadə məsləhət görülmür. Qış aylarında körpənin üzərində yun jilet olması soyuqdan qorunma baxımından da təsirlidir.

 

Uşaqlarınıza Türkiyədən geyim sifariş etmək istəyirsinizsə, Kango.az sizin üçün ən sərfəli tarifləri və keyfiyyətli çatdırılmanı təklif edir! Siz də soyuq qış aylarında uşaqlarınıza geyim sifariş etmək istəyirsinizsə, Trendyol mağazalar şəbəkəsindən, həmçinin aşağıda sadalanan saytlardan sifariş edə bilərsiniz.

https://www.cimcimebebe.com/

https://www.e-bebek.com/

https://www.markabebe.com/

https://www.panco.com.tr/