Onlayn alış-verişin inkişafı
Türkiyədə onlayn alış-veriş saytlarından sifarişlərin artması mərhələsi özəlliklə son 1,5 ildə daha da inkişaf etdi. Dünyanı öz ağuşuna almış olan Covid-19 insanları artıq öyrəşmiş olduqları alış-veriş xüsusiyyətlərindən əl çəkdirdi. İnsanlar evdən və ya işdən rahat şəkildə istədikləri məhsulu sifariş edərək eldə edə bilirlər. Əslində bu növ sifariş Amerika və Avropanın bir çox ölkəsində illərdir var. Sadəcə olaraq Türkiyədə son 10 ildə bu sektor öz inkişaf yoluna qədəm qoydu. Covid-19 isə bunu daha da sürətləndirdi.
Türkiyədəki bu sahədəki inkişaf isə Azərbaycan vətəndaşlarının da diqqətini cəlb etdi. Artıq bizim vətəndaşlarımız da Türkiyədən istənilən məhsulu onlayn şəkildə sifariş edə bilirlər. Türkiyədən Azərbaycana onlayn sifarişlər zamanı insanlar ilk olaraq alış-veriş edəcəkləri saytdan qeydiyyatdan keçirlər. Daha sonra istədikləri məhsulları seçirlər və sifariş edirlər. Məhsul sifariş edildikdən sonra karqo şirkətinin İstanbuldakı anbarına göndərilir. Sonra məhsul Türkiyədən Azərbaycana çatdırırılır.
Azərbaycandan ən çox daxil olunan və onlayn alış-veriş edilən sayt isə sözsüz ki, Trendyoldur. 1 ildə ən az 4 dəfə endirim kampaniyaları edən saytda bəzən hətta 70 %-ə qədər endirimlər olur. Bu endirimlər sayəsində insanlar daha çox alış-veriş edirlər.
Saytdan onlayn olaraq paltar, eynək, ayaqqabı, elektronika, papaq, kosmetik məhsullar olmaqla bir çox fərqli sektordan müxtəlif məhsullar sifariş etmək mümkündür. Milli valyutamızın Türk lirəsi qarşısında dəyərinin yüksək olması isə insanları daha çox alış-veriş etməyə sövq edir. İnsanlar alış-veriş etdikdən sonra Türkiyədən Azərbaycana karqo xidməti vasitəsilə sifariş verdikleri məhsulları Azərbaycanda əldə edirlər. Daşınmaların əsas mərkəzi Bakı şəhəri olsa da, artıq şirkətimizin Azərbaycanın bir neçə fərqli şəhərində də paylanma məntəqəsi mövcuddur.
Keyfiyyətli karqo – Kango
Müştərilərini düşünərək qiyməti və keyfiyyəti hər zaman ən öndə tutan Kango həftədə 4 dəfə Türkiyədən daşıma edərək bu sahədə öz liderliyini qorumaqdadır. Kango.az-da qeydiyyatdan elə indi keçin. Sifarişiniz 3-5 iş günü ərzində əlinizdə olsun. Kango bu sektorda yaxşı və keyfiyyətli xidmət göstərməklə yanaşı müştərilərini düşünərək onlara uyğun ən sərfəli qiymətdən xidmət təklif edir.