Artıq payızın astanasındayıq! Soyuq aylarda bir çoxumuz daha çox üst geyiminə sahib olmaq və dəbli görünmək istəyirik. Lakin hamımız payız aylarında hansı üst geyiminin mövsümə və dəbə uyğun olacağı haqqında çətinlik çəkirik. Qalın paltoların artıq, kardiqanların yetərsiz gəldiyi sərin aylarının olmazsa olmazı dəri gödəkçələrdir. Bu bloqumuzda sizə, Türkiyənin onlayn alış-veriş saytlarından sifariş edə biləcəyiniz dəbli dəri gödəkçələr barədə ətraflı məlumat verəcəyik.
İstər qadın, istərsə də kişi qarderobunun əvəzedilməz parçası olan dəri gödəkçələr, nəinki payız, eləcə də yaz aylarında da istifadə edilir. Dəri gödəkçələr əlverişli olduğu qədər, görünüşdə risk də yaradır. Belə ki, düzgün kombinlənməsə, xoşagəlməz görüntü yarada bilər.
Bəs dəri gödəkçələri necə dəbli formada istifadə etmək olar?
Klassik görüntü yaratmaq üçün dəri gödəkçələri daha dar ətəklərlə kombinləmək xoş bir görüntü ortaya çıxaracaqdır. Sport üslüblu görünüşü təmin etmək üçün isə, çox rəngarəng olmayan idman dəstləri ilə birlikdə istifadə edilə bilər. Ağ t-shirt və cins şalvarla kombinləndiyi zaman isə, daha avanqard və müasir dəbli görüntü yatarmaq olar.
Türkiyənin onlayn alış-veriş saytlarından dəri gödəkçələri sifariş edərkən, diqqət yetirməli olduğunuz əsas nüans, keyfiyyət olmalıdır. Çünki, keyfiyyətsiz materialdan hazırlanan dəri gödəkçələr uzunmüddətli istifadə edilə bilməməklə yanaşı, dəriyə də zərər yetirə bilər. Türkiyənin məşhur Trendyol onlayn alış-veriş saytından Stradivarius, Bershka, Zara, Mango, Pull & Bear və s. kimi markalardan keyfiyyətli dəri gödəkçələri əldə edə bilərsiniz.
Kango ilə Türkiyədən dəri gödəkçə sifarişi
Ölkənin ən sürətli və etibarlı karqosu olan Kango, hər zaman müştərilərinin məmnuniyyətini düşünərək, vaxta və büdcəyə qənaəti təmin edən tariflər təklif edir. 0.89 USD-dən başlayan çatdırılma xidməti vasitəsilə sifarişlərinizi uyğun qiymətə əldə edəcəksiniz. Elə isə indi Kango.az saytından qeydiyyatdan keçməyə və onlayn alış-verişdən həzz almağa tələsin!