İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən yataq dəsti sifarişi

Türkiyədən yataq dəsti sifarişi
Türkiyədən yataq dəsti sifarişi

İnsan bədəninin oksigenə, suya və qidaya ehtiyacı olduğu qədər, yuxuya da ehtiyacı var. Yuxu, orqanizmin sağlamlığı üçün, ehtiyac duyulan mühüm fizioloji hadisədir. Gün ərzindəki yorğunluğu atmaq və xərclənən enerjini depolamaq üçün, gecələr ortalama olaraq 7-8 saatlıq yuxu alınmalıdır. 

 

Yuxu keyfiyyətinin təmin olunması

 

Yuxunun keyfiyyətini təmin etmək və bədənin daha yaxşı dinlənməsi üçün, yatmazdan əvvəl bir neçə gigiyenik qaydalara əməl etmək lazımdır. Saç, dəri, dişlər təmiz tutulmalıdır. Bunlardan əlavə olaraq, gigiyenasına önəm verməli olduğumuz ən əsas nüans, yatağın təmiz və rahatlığıdır. 

 

Yataq və yataq dəstləri, yuxunun keyfiyyətini təmin edən ən əsas faktorlardır. Yataq mebellərini seçərkən, rahat və ortopedik olmasına, yataq dəstlərinin də keyfiyyətli materialdan hazırlanaraq, təmiz saxlanılmasına önəm vermək lazımdır. 

 

Yataq dəstləri keyfiyyətinin önəmi

 

Yataq dəstləri, yuxu anında bədənin hava almasını və dərinin təmizliyini təmin etmək məqsədilə, 100% pambıq və ya ipək parçadan istehsal olunmalıdır. Üz və bədən dərisinin zaman-zaman müxtəlif sızanaq və dəri problemləri ilə qarşılasmasının əsas səbəblərindən biri, yataq dəstlərinin keyfiyyətsiz və natəmiz olmasıdır. Bu problemlərin qarşısını almaq üçün, keyfiyyətli yataq dəstlərinə üstünlük verilməlidir. 

 

Yataq dəstlərinin çeşidi

 

Yataq dəstləri dedikdə, balış, yorğan üzü və yataq örtüyü nəzərdə tutulur. Bir-biriləri ilə rəng və dizayn cəhətdən vəhdət təşkil edən bu məhsullar, dəst şəklində istifadə edilərkən, yataq otağına xüsusi ab-hava qatır. Yataq dəstinə xüsusi şarmı, ona təhlükəsiz və davamlı boya vasitəsi ilə vurulan naxışlı rəsmlər verir. Müxtəlif dizaynda yataq dəstlərindən istifadə edərək, yataq otağına rəng qata və yuxunuzun keyfiyyətini daha da artıra bilərsiniz. Yataq dəstlərinin istifadəsində, adətən açıq və sakit rənglərdən istifadə olunmalıdır. 

 

Yataq örtüyü

 

Yataq otağının dizaynına ən uyumlu olan məhsul yataq örtüyüdür. Yataq örtüyünün rəngi və parçası, otağın interyer və rəngi ilə vəhdət təşkil etməlidir. Hər zövqə uyğun olan yataq örtüklərini, Karaca Home kimi keyfiyyətli markadan tapmaq mümkündür.

 

Yorğan üzü

 

Soyuq aylarda komfortumuzu və istiliyimizi təmin edən yorğan üzlükləri həm istiliyi saxlayan, həm də təmizliyi təmin edə bilən parçadan olmalıdır. English Home, EcoCoton və s. kimi markalardan müxtəlif cür yorğan üzlüklərini həm tək, həm də dəst şəklində əldə etmək olar. 

 

Balış üzü

 

Üz dərisinin təmiz və sağlamlığını təmin edən faktorlardan ən vacibi, balış üzləridir. Belə ki, gecə boyu saatlarca üz dərisi, balış üzləri ilə təmasda olur. Balış üzləri tez kirlənə və üz dərisinin sağlamlığı üçün təhlükəli ola bilir. Bu səbəbdən də, ipək parçadan olan balış üzlərindən istifadə təmizliyi təmin edəcəkdir. Balış üzlərinin tək və ya dəst halında sifarişində Yataş, Luvana və s. kimi markalar üstünlük təşkil edir. 

 

Zövq və istəyə uyğun bütün yataq dəstlərini, Kango vasitəsilə əldə etmək mümkündür. 

 

Etibarlı və sərfəli karqo-Kango

 

Kango.az saytından qeydiyyatdan keçərək, komfortlu yuxunuzu təmin edəcək və zövqünüzü oxşayacaq yataq dəstlərini əldə etməyə tələsin. Bütün növ yataq dəstlərini əldə etmək üçün elə indi Kango ilə Türkiyənin onlayn alış-veriş saytlarından sifariş verə bilərsiniz. 

 

Verdiyiniz sifarişlərin həm etibarlı şəkildə, həm sürətli, həm də sərfəli tariflərlə Türkiyədən Azərbaycana çatdırılmasını istəyirsinizsə, elə indi Kango.az-dan qeydiyyatdan keçə bilərsiniz.