Hər bir valideynin istəyi uşaqlarına keyfiyyətli və rahat paltar modeli seçməkdir. Bunun üçün seçəcəyiniz paltarın materialı, markası və keyfiyyəti önəm daşıyır. Lakin bu kriteriyalara uyğun geyimlər tapmaq çətin olsa da, Türkiyənin onlayn alış-veriş mağazalarında bu fürsətlərdən yararlana bilərsiniz . Hansı onlayn mağazalardan paltar sifarişi edə biləcəyinizi və alış-veriş edərkən nələrə diqqət yetirməli olduğunuzu bilmirsiniz? Elə isə bu bloqda suallarınıza cavab tapacaqsınız.
Uşaqlarınız üçün geyim seçdiyiniz zaman diqqət edilməsi vacib məqamlara nəzər salaq:
Doğru uşaq geyimlərini necə seçəcəyinizə qərar vermək üçün əsas meyarlara diqqət yetirməyiniz arzuolunandır. Əsas amillər geyimlərin rahatlığı, təhlükəsizliyi, keyfiyyəti və davamlılığıdır.
- Rahatlıq;
Uşağın özünü rahat hiss etməsi mütləqdir. Müxtəlif dolğu və astarlara diqqət yetirməlisiniz, çünki bunlar geyimləri daha rahat edir. Dəri nəfəs aldıqca xüsusi mikroiqlim yaranır. Uşaq istənilən havada özünü komfortlu hiss etməlidir.
- Təhlükəsizlik;
Uşaqlar keyfiyyətli məhsullara ehtiyac duyurlar. Buna görə yalnız etibarlı mağazalardan alış-veriş etməyə üstünlük verməyiniz tövsiyə olunur. Materiallardan qıcıqlanma və allergik reaksiyaları olmayan paltarları istifadə etməyiniz vacibdir.
- Davamlılıq;
Uşaqlar üçün paltar seçərkən davamlı modellərə üstünlük verməyiniz arzuolunur. Paltarların bir neçə dəfə yuyulduqdan sonra da orijinal görünüşlərini saxlamaqları mütləqdir.
- Böyük ölçü.
Uşaqlar sürətli böyüdüklərinə görə böyük ölçülü geyimlərin alınması tövsiyə edilir. Yüksək keyfiyyətli paltarlar uzun müddət geyinilə bilər.
Uşaqlarınıza hansı rəngdə geyimlər seçmək mümkündür?
Uşaqlarınızın geyimləri hansı rəngdə olmalıdır deyə fikirləşirsinizsə, doğru yerdəsiniz. Deməli monoxrom rənglər dəbdəbəli görünür və digər rənglərlə asanlıqla vəhdət təşkil edir. Monoxrom rənglərə daima uşaqlarınızın qarderobunda yer aça bilərsiniz. Parlaq rənglərdə olan geyimlər uşaqların diqqətini cəlb edir. Bu cür canlı rəngdə geyimləri uşaqlarınızın qarderobuna əlavə edə bilərsiniz. Neytral çalarlar isə, hiperaktiv uşaqlar üçün idealdır seçımdır.
Türkiyədən uşaq geyimlərini sifariş edə biləcəyiniz saytların siyahısı:
1. Cimcimebebe
150 TL və daha çox sifariş etdiyinizdə həm Türkiyə daxili kargo pulsuz həm də eyni gündə çatdırılma təklif edir. Endirimli məhsullar kateqoriyasından 12.90 TL dən 39.90 TL-ə kimi olan geyimlərdən sifariş edin, biz çatdıraq!
2. e-bebek
E-bebek-də uşaq geyimləri həm yüksək keyfiyyəti ilə, həm də münasib qiymətlərlə fərqlənir. Hal-hazırda davam edən müxtəlif endirim kampaniyaları mövcuddur: “seçili tekstil ürünlerinde” %50-ə qədər endirim; “hellobaby bodylerde” 40% endirim; “5 al 4 öde” və s. Eynilə outlet kateqoriyasında da endirimli uşaq geyimləri sifariş edilə bilər.
3. Soobe
Soobe onlayn uşaq mağazasında 0-12 yaş üçün nəzərdə tutulan geyimləri sifariş edə bilərsiniz. Soobe onlayn alış-veriş saytında 150 TL- dən yuxarı alış-veriş etdiyinizdə türkiyə daxili kargo ödənişi sizdən çıxılmır. “Bebek”, “çocuk” və “genç” kateqoriyalarında uşaqlarınıza uyğun və keyfiyyətli geyimlərdən sifariş etmək mümkündür.
4. Markabebe
15 il öncə qurulmuş Markabebe, qısa zamanda uşaq geyimlər sektorunda özünəməxsus yer tutmuşdur. 0-16 yaş aralığında olan uşaqlar üçün müxtəlif növ geyimləri sifariş etmək üçün ideal rəqəmsal məkandır. Hal-hazırda davam edən 50%-ə qədər olan endirimdən fürsət əldən qaçmamış yararlanmağınız məsləhətdir.
5. Panço
Uşaq geyimləri sifarişi mövzusunda ağla gələn məşhur onlayn alış-veriş saytlarından biridir. 150 TL və üzəri alış-veriş etdiyiniz zaman Türkiyə daxili çatdırılma ödənişsizdir. “Editörün seçimi” bölməsindən sifariş etdikdə isə anında 40% endirim qazanırsınız. “2020 sonbahar” kolleksiyasından da uşaqlarınız üçün sərfəli qiymətə alış-veriş edə bilərsiniz.
Bu yazıda uşağınıza uyğun paltarları necə seçə və hansı saytlardan sifariş edə bilərsiniz suallarına cavab tapmağa çalışdıq. Yuxarıda göstərilən bütün saytlardan sifarişləri qəbul edirik. Odur ki, siz sifariş edin biz çatdıraq!