Yaz mövsümünün dəyişkən hava şəraiti, üst geyimlərinin seçimi zamanı insanlarda fikir qarışıqlığı yaradır. Qalın üst geyimlərinin istifadəsi, bədən temperaturunun çox yüksəlməsinə və yaz soyuğuna qarşı davamsız olmasına gətirib çıxarır. Nazik üst geyimlərinin seçimi isə, üşütməyə və soyuqlamağa səbəb olur. Bu səbəbdəndir ki, yaz aylarında insanların immun sistemi zəifləyərək, daha çox xəstəliyi bərabərində gətirir. Yaz aylarında üst geyimlərinin düzgün seçimi həm sağlam olmanızı, həm də dəbli görünmənizi təmin edəcəkdir. Bu bloqumuzda sizə yaz aylarının əvəzolunmazı olan, trençkotlar haqqında bəhs edəcəyik.
Yazın bəzən soyuq, bəzən isti keçən ab-havasına ən uyumlu üst geyimi trençkotdur. Toxuma gabardin parçadan istehsalı və astarlı şəkildə olması soyuqdan və küləkdən qorumaqla yanaşı, yaz yağışlarına qarşı da davamlılığı ilə rahatlıqlığı təmin edir.
Trençkotlar, özü bir eleqantlıq rəmzidir. Lakin, görünüşdə daha xoş bir görüntü əldə etmək üçün, trençkotlar geyimin digər parçaları ilə vəhdət təşkil etməlidir.
Oversize trençkotlar
Trençkotlar XX əsrdən etibarən insanlar tərəfindən külək və yağışdan qorunmaq üçün istifadə edilir. Bunlar ilk vaxtlarda sadəcə kişilər tərəfindən savaş geyimi olaraq istifadə edilirdi. Bu trençkotların çiyinlərdən geniş və daha uzun formada olması, oversize görüntü yaratmışdır. Daha sonra qadınların da istifadəsilə birlikdə, trençkotlar dəbə minmişdir. Hal-hazırda da oversize trençkotların istifadəsi geyimdə dəbli görüntü yaradır. Türkiyənin onlayn alış-veriş saytlarından TrendyolMilla, Stradivarius, Mango kimi brendlərə məxsus oversize trençkotların sifarişi mümkündür.
Klassik trençkotlar
Klassik görüntünün əvəzedilməz parçalarından biri də klassik trençkotlardır. Trençkotlar daha zərif və eleqant görüntünü təmin edir, sadə geyim və aksesuarlarla belə gözoxşayıcı görünüş ortaya çıxarır. Əsasən topuqlu ayaqqabılarla birlikdə istifadəsi kombini tamamlayaraq, ecazkar görüntü yaradır. Hər rəngdə klassik trençkotları Bershka, Hakke, Zara kimi markalardan Kango vasitəsilə sifariş edə bilərsiniz.
Ən sürətli karqo-Kango!
Kango - yarandığı gündən etibarən ölkənin ən sürətli fəaliyyət göstərən və ən çox müştəri məmnuniyyətinə sahib karqo şirkətidir. Hər zaman müştərilərinin məmnuniyyətini, büdcəsini və vaxtını düşünən Kango şirkəti, müxtəlif imkanları ilə fərqliliklər yaratmışdır. İstər “Asan Sifariş”, istərsə də mobil tətbiq vasitəsilə sifarişlərinizi etibarlı şəkildə həyata keçirə bilərsiniz.
Siz də yazın gəlişini Kango ilə hiss edin! Qeyd etdiyimiz trençkotların Türkiyənin onlayn alış-veriş saytlarından sifarişini Kango vasitəsilə edərək, vaxtınıza və büdcənizə qənaət edin.
Elə isə, vaxt itirmədən Kango.az saytından qeydiyyatdan keçərək, Türkiyədən onlayn alış-verişin dadını çıxarın!