Uşaqlıqdan ana və nənələrimizin bizə geyindirdiyi, lakin bizim çox da sevmədiyimiz toxunma jaketlər, son dövrlərin ən çox sevilən və sifariş edilən dəbli üst geyiminə çevrilmişdir. Hal-hazırda “Bohemian” tərzini özündə ehtiva edən bu yun jaketlər, yaz və payız aylarında xarici görünüşdə xoş bir ab-hava yaradır. Həmçinin, qış aylarında da xüsusi toxunma jaketlər dəbli şalvarlar ilə kombinlənərək istifadə edilir. Bəs bu dəbli toxunma jaketləri necə kombinləyə və əldə edə bilərsiniz? Budəfəki bloqumuzda sizə bu haqqda məlumat verəcəyik.
Toxunma jaketlər ilə dəbli görüntünü necə yaratmalı?
Toxunma jaketlər, soyuq aylarda geyinildiyindən daha çox geyim və aksesuarla ahənglənirlər. Buna görə də görünüşə diqqət yetirməli və uyumlu parçalardan istifadə edilməlidir. Əlbəttə ki, boy və vücud tipi də diqqət yetirilməli olan digər bir nüansdır. Uzun boya sahib insanlar istənilən uzunluqda toxunma jaketlərdən istifadə edərkən, qısa boylu insanlar daha qısa toxunma jaketlərə üstünlük verməlidir. Əsasən “nude” tonlarda istifadə edilən toxunma jaketlər qızılı rəngli aksesuarlarla kombinlənərək gözəl bir görüntü əmələ gətirir. Həmçinin, toxunuşu iri formada olan toxunma jaketləri bəyaz və ya rəngli crop-topların üzərindən geyinərkən də gözəl görüntü yaratmaq olur.
Toxunma jaketləri haradan əldə etməli?
Bildiyimiz kimi toxunma jaketlər keyfiyyətli materialdan hazırlanmalı və uzunömürlü olmalıdır. Əlbəttə ki, keyfiyyətli toxunma jaketləri ən sərfləki şəkildə Türkiyənin onlayn alış-veriş platformalarından əldə edə bilərsiniz. Məsələn, Trendyol.com, Hepsiburada və s. kimi onlayn alış-veriş platformalarından arzuladığınız toxunma jaketlərə sahib ola bilərsiniz. Sizin üçün keyfiyyəti və zövqlü məhsulları ilə seçilən bir neçə marka sadalayaq: Trendyol Modest, Trendyol Milla, Liora, Bianco Lucci və s. brendlərin məhsullarına Trendyol.com saytından baxa və Kango ilə asanlıqla sifariş edə bilərsiniz.
Toxunma jaketini Kango ilə Türkiyədən sifariş et!
Ölkənin ən sürətli və etibarlı karqosu olan Kango, hər zaman müştərilərinin məmnuniyyətini düşünərək, vaxta və büdcəyə qənaəti təmin edən tariflər təklif edir. 0.89 USD-dən başlayan çatdırılma xidməti vasitəsilə sifarişlərinizi uyğun qiymətə əldə edəcəksiniz. Siz də keyfiyyətli və zövqlü toxunma jaketləri Kango ilə Türkiyədən elə indi əldə edin. Vaxt itirmədən Kango.az saytından qeydiyyatdan keçməyə və onlayn alış-verişdən həzz almağa tələsin!