Üz üçün tonik: Dərinizin parlaqlığının mənbəyi!
Dəriyə qulluqda tonikdən istifadə bir çox insanın görmədiyi vacib bir nüansdır. Təmizləmədən sonra istifadə olunan tonik dərinin pH balansını bərpa etməyə, məsamələri sıxlaşdırmağa və dərini nəmləndirməyə kömək edir. Toniklər müxtəlif dəri tipi və dəri problemləri üçün xüsusi olaraq istehsal edildiyinə görə, hər dərinin ehtiyacına uyğun bir tonik tapmaq mümkündür.
Tonik nə üçün istifadə olunur?
-
Tam təmizləmə: Miselyar sular (dəri təmizləyiciləri) kir və makiyajı təmizləsə də, dəridə qalıqlar buraxa bilər. Tonik bu qalıqları çıxararaq dərini dərindən təmizləməyə kömək edir.
-
PH balansını tarazlayır: Dəri təmizləndikdən sonra pH balansını itirə bilər. Tonik dərinin təbii pH balansını bərpa edərək dərinin qıcıqlanmasının qarşısını alır.
-
Məsamələri daraldır: Toniklər dəridəki məsamələrin görünüşünü kiçiltməyə və yığmağa kömək edir. Bu şəkildə dəri daha hamar və qüsursuz görünür.
-
Dərini nəmləndirir: Toniklər dərinin nəmlik balansını qorumağa və dərini nəmləndirməyə kömək edir.
-
Dəri baryerini gücləndirir: Toniklər dərinin baryer funksiyasını gücləndirərək dərini xarici faktorlara qarşı daha davamlı edir.
-
Sızanaq və yağlılıqla mübarizə aparır: Tərkibində salisilik turşu və ya qlikolik turşu olan toniklər dəridəki sızanaq və yağlılıqla mübarizə aparmağa kömək edir.
Tonik növləri
-
Alkoqolsuz toniklər: Həssas dərilər üçün idealdır. Dərini qıcıqlandırmadan təmizləyir və nəmləndirir.
-
Alkoqollu toniklər: Dərinin yağlılıq balansını qorumağa və məsamələri yığmağa kömək edir. Həssas dəri üçün uyğun deyil.
-
Büzücü toniklər: Məsamələrini yığmağa və dərini matlaşdırmağa kömək edir. Yağlı dərilər üçün idealdır.
-
Nəmləndirici toniklər: Quru dərilər üçün idealdır. Dərini nəmləndirir və yumşaldır.
-
Aydınlandırıcı toniklər: Dəridəki ləkələri və rəng qeyri-bərabərliyini aradan qaldırmağa kömək edir.
-
Yaşlanma əleyhinə toniklər: Dəridə qocalma əlamətlərini gecikdirir.
Tonikdən necə istifadə etməli?
-
Dərinizi miselyar suyu (dəri təmizləyicisi) ilə təmizləyin.
-
Pambıq diskinin üzərinə tonik tökün.
-
Pambıq diskini dərinizə yumuşaq bir şəkildə basdırın.
-
Tonik dərinizə tamamilə hopana qədər gözləyin.
-
Tonikdən sonra nəmləndirici və günəş kremi istifadə edə bilərsiniz.
Tonik istifadə edərkən nəzərə alınmalı olanlar
-
Tonik dəri tipinizə uyğun seçilməlidir.
-
Tonik dəriyə yumşaq bir şəkildə çəkilməlidir.
-
Tonik göz ətrafına çəkilməməlidir.
-
Tonik istifadə etdikdən sonra, günəş kremi istifadə edilməlidir.
Dəri tiplərinə görə ən yaxşı tonik tövsiyələri:
Yağlı dərilər üçün:
-
The Ordinary: https://www.trendyol.com/the-ordinary/glycolic-acid-7-toning-solution-p-6716161?boutiqueId=61&merchantId=570219 - Glycolic Acid tərkibli The Ordinary yağlı və akneyə meyilli dəri tipləri üçün ideal seçim olacaq!
-
Frudia: https://www.trendyol.com/frudia/green-grape-gozenek-kontrol-tonik-195-ml-p-37589865?boutiqueId=61&merchantId=468928 - Tərkibindəki 89% yaşıl üzüm ekstraktı yağlı və qıcıqlanmış dəriyə sakitləşdirici qulluq göstərir.
-
Bioderma: https://www.trendyol.com/bioderma/sebium-lotion-gozenek-sikilastirici-siyah-nokta-karsiti-arindirici-salisilik-asit-tonik-200-ml-p-1058507?boutiqueId=61&merchantId=105008 - Dəridə yağ və pH-ın tənzimlənməsini dəstəkləyərək dəriyə qulluq edir, eyni zamanda yağlı və sızanaqlı dərilər üçün məsamələri yığmağa kömək edir.
-
Cream Co: https://www.trendyol.com/cream-co/akne-leke-karsiti-aydinlatici-cilt-tonu-esitleyici-aha-bha-vitamin-c-tonik-tum-cilt-tipleri-p-148330364?boutiqueId=61&merchantId=556702 - Tərkibindəki vitamin C sızanaq və Ləkə Əleyhinə İşıqlandırıcı təsir göstərir.
https://www.trendyol.com/l-oreal-paris/revitalift-5-saf-glikolik-asit-peeling-etkili-tonik-cilt-yenileme-etkili-temizleme-jeli-150-ml-p-349326967?boutiqueId=61&merchantId=107819 - 30 saniyədə parlaq və hamar dəri görüntüsü ilə yanaşı yağlı dərini təmizləyərək pilinq efekti yaradır.
https://www.trendyol.com/the-purest-solutions/yagli-ve-karma-cilt-salisilik-asit-tonik-200-ml-p-146938263?boutiqueId=61&merchantId=164987 - Salisilik turşu yağlı dərini tənzimləyərək, məsamələri yığır.
Quru və bütün dəri tipləri üçün:
-
L'Oreal Paris: https://www.trendyol.com/l-oreal-paris/l-oreal-paris-revitalift-filler-dolgunlastirici-tonik-200ml-hyaluronik-asit-p-178645665?boutiqueId=61&merchantId=645791 - Tərkibindəki hialuron turşusu quru dəriləri nəmləndirərək, aydınlandırır.
-
CreamCo: https://www.trendyol.com/cream-co/akne-siyah-nokta-karsiti-gozenek-sikilastirici-bha-pha-niacinamide-salisilik-asit-tonik-p-732116882?boutiqueId=61&merchantId=556702 - Bütün dəri tiplərinə uyğun olan CreamCo məsamələri yığaraq dərini matlaşdırır.
-
Bioderma: https://www.trendyol.com/bioderma/dermoskin-be-bright-aydinlatici-tonik-200ml-p-719295446?boutiqueId=61&merchantId=150790 - Dərini aydınlandıran bu tonik, quru və bütün dəri tiplərinə uyğundur.
-
The Purest: https://www.trendyol.com/the-purest-solutions/canlandirici-ve-gozenek-sikilastirici-tum-ciltler-icin-glikolik-asit-tonik-200-ml-p-44174344?boutiqueId=61&merchantId=164987 - Tərkibindəki qlikolik turşu dərini canlandırır və məsamələri yığır.
Tonik dəriyə qulluq rutininin vacib bir hissəsidir! Dərinizin pH balansını qorumağa, məsamələri yığmağa, dərini nəmləndirməyə və dəri problemlərini aradan qaldırmağa kömək edir. Tonik seçərkən dəri tipinizə və dəri probleminizə uyğun olanı seçmək isə vacibdir.
Kango.az veb saytı və mobil tətbiqi üçün keçidlərə klikləyin
Android üçün Kango.az GooglePlay mobil tətbiqi
IOS üçün Kango.az AppStore mobil tətbiqi
Smart Custom mobil tətbiqi:
Android üçün GooglePlay mobil tətbiqi
IOS üçün AppStore mobil tətbiqi