Türkiyədən sürətli çatdırılma

2021-03-17 17:26:45
Türkiyədən sürətli çatdırılma

Kango Türkiyədən çatdırılmanı necə etməli

Alış-veriş edərkən ən yaxşı olanı və büdcəyə ən uyğun olanı almağa çalışırıq. Lakin bu hər zaman asan olmur. Buna görə saatlarımızı qurban veririk, müəyyən işlərimizi təxirə salmalı oluruq. Belə halda isə, Türkiyədən çatdırılma etmək sizin üçün əla seçimdir. Türkiyədən çatdırılma ilə məhsul sifariş etdiyiniz zaman daha sərfəlidir. Ona görə ki, ölkəmizdə müəyyən növ məhsulları tapmaq mümkün deyil, yaxud bəzi brendlərin mağazaları şəhərimizdə yerləşmir. Həmçinin Türkiyədən çatdırılma edərkən daşıyıcı şirkətlə biryerdə xərclədiyimiz məbləğ ölkədən alış-veriş edərkən xərclədiyimiz məbləğdən demək olar iki dəfə ucuz başa gəlir.

 

Türkiyədən çatdırılma prosesini necə həyata keçirmək olar? 

Başlıca olaraq, sifariş üçün etibarlı və tanınmış platformanı seçməlisiniz. Almağı planladığınız məhsulları səbətinizə əlavə edin, etmədiyiniz halda bu məhsulları tapmağınız vaxtınızı ala bilər. Daha sonra seçdiyiniz məhsulları təsdiqləyirsiniz. Bundan sonra isə icazə verin, siz heç nə etmədən daşıyıcı şirkətiniz Kango məhsulunuzu sizə çatdırsın. Bunun üçün etməli olduğunuz şey Kango.az saytında qeydiyyatdan keçməkdir. Kango.az müştərilərə ən uyğun tarifləri təklif edir.

 

 

Necə qeydiyyatdan keçməli?

Kango.az saytına daxil olduqda açılan pəncərədə sağ yuxarıda qeydiyyat yazısına daxil olursunuz. Daha sonra qeyd olunan boşluqları doldurursunuz və hamısını doldurmaq mütləqdir. Burada siz

  1. Ad və Soyad

  2. Doğum tarixi

  3. Cins

  4. Elektron poçt

  5. Saytda istifadə edəcəyiniz kod

  6. Şəxsiyyət vəsiqəsinin nömrəsi və FIN kodu

  7. Yaşadığınız ünvan

  8. Kangonun çatdırılmanın həyata keçirilməsini istədiyi filialını (Nərimanov, Bakıxanov, Xırdalan, Sumqayıt, Həzi Aslanov) seçirsiniz.

 

Daha sonra şəxsi kabinetinizə daxil olursunuz. Türkiyədən çatdırılma prosesinin son mərhələsi isə buradan həyata keçirilir. Yəni, siz məhsul haqqda bütün məlumatları əldə edərək, məhsulunuzun sifariş prosesini buradan tamamlaya bilərsiniz.

 

Kango sizə kuryer xidməti də təklif edir. Belə ki, Kuryer sifariş etmək üçün ilk əvvəl şəxsi hesabınıza giriş edərək AZN Balansınızı artırmalısız. Azn balansınız həm onlayn formada həmdə emanat terminallarından artıra bilərsiniz. Daha sonra şəxsi kabinetinizdəki "Online daşınma haqqı ödənişi" bölməsinə daxil olub bağlamalarınızın ödənişini ederek kuryer sifarişi verə bilərsiniz. Kuryer sifarişləri 24 saat ərzində icra olunur.