İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən şort sifarişi

Türkiyədən şort sifarişi
Türkiyədən şort sifarişi

Şortlar, yay aylarının əvəzedilməz parçası olub, rahatlığı və trendə uyğun görünüşü təmin edir. İstisna geyim parçalarındandır ki, illərdir dəbdəb düşmür və hər zaman da dəbdə qalacaq. Çünki, şort isti aylarda insanların ən çox ehtiyac duyduğu geyimlərdəndir.

 

Əsasən, cins şortlardan istifadə üstünlük təşkil edir. Lakin, cins materialından hazırlanan şortları geyinərkən bir neçə nüansa diqqət etmək lazımdır. Cins şortları geyimdə istifadə edərkən, xoş görüntü yaratmaq üçün, əlvan rənglərin əvəzinə, daha açıq və “nude” rənglərdən istifadə etmək lazımdır.

 

Cins şortları, açıq rəngli “crop-top”larla geyinmək, sadə və səliqəli görünüşü təmin edəcəkdir. Və yaxud da, oversize t-shirtlərlə kombinləyərək, dəbli görünüşü təmin edə və rahatlığı hiss edə bilərsiniz.

 

Cins şortlardan əlavə, digər parça modellərindən hazırlanmış şortlar da, geyimdə xoş görünüş yaradır. Lakin, şortların ipək, pambıq və s. bu kimi parçalardan hazırlanmasına diqqət yetirin ki, digər hava keçirməyən, sintetik parçalar isti günlərdə dərinmizə zədə verməsin.

 

Rahat və bir-birindən fərqli şortları haradan sifariş etmək olar?

 

Türkiyənin istənilən onlayn alış-veriş saytları vasitəsilə bir-birindən zövqlü və keyfiyyətli şortları sifariş verə bilərsiniz. Məsələn, Trendyol, Hepsiburada, Gittigidiyor və s. kimi onlayn alış-veriş platformaları vasitəsilə istənilən markadan zövqünüzə və büdcən izə uyğun şortları əldə edə bilərsiniz.

 

Keyfiyyətli və dəbli cins şortları əsasən, Facette, Venus Butik, Sabra, Stradivarius və s. kimi brendlərdən, digər parçadan hazırlanmış dəbli şortları isə, TrendyolMilla, Defacto, Bikelife və s. kimi brendlərdən əldə edə bilərsiniz.