Türkiyədən sifariş etmək üçün onlayn alış-veriş saytları

2020-11-18 15:00:41
Türkiyədən sifariş etmək üçün onlayn alış-veriş saytları

Türkiyədən sifariş etmək üçün onlayn alış-veriş saytları

Türkiyədən sifariş etmək demək olar ki, artıq hər birimiz üçün əlçatandır. Türkiyədən sifariş edə biləcəyimiz minlərlə fərqli məhsulun bir araya toplaşdığı Türkiyə onlayn alış-veriş saytları artıq milyonlarla insana onlayn alış-verişi sevdirib və sevdirməkdə davam edir. Turkiyeden sifaris etmək illər əvvəl insanlara çox çətin proses kimi görünsə də artıq Türkiyədən sifarişlərimizi həm mobil telefonlarla, həm də kompüterlərlə istənilən yerdə, rahatlıqla yerinə yetiririk. Bu da o deməkdir ki, Türkiyədən Azərbaycana çatdırılma bizlər üçün artıq heç də çətin proses deyil.

Düzdür ki, bəzi insanlar Türkiyədən sifariş etmək üçün onlayn alış-veriş saytlarını əzbər bilsə də, bəzilərimiz yeni-yeni tanış oluruq. Turkiyeden sifaris və Azərbaycana çatdırılma dedikdə ilk ağıla gələn sayt Trendyol.com onlayn alış-veriş saytı olsa da, alıcıların üstünlük təşkil etdiyi bir çox onlayn alış-veriş saytları da mövcuddur. Bu bloqumuzu oxuduqdan sonra Türkiyədən sifariş etmək üçün bir çox onlayn alış-veriş saytları ilə tanış ola və hətta bundan sonrakı Türkiyədən sifarişlərinizi bloqumuzda yeni öyrəndiyiniz sayt ilə edə bilərsiniz. Sifarişlərinizin Türkiyədən Azərbaycana çatdırılmasını isə ən sərfəli karqo şirkəti Kango.az-a etibar edə bilərsiniz.

Bloqumuzda Türkiyədən Azərbaycana çatdırılma üçün haqqında danışacağımız Turkiyeden sifaris onlayn alış-veriş saytları aşağıdakılardır:

  • Trendyol.com
  • Morhipo.com
  • Boyner.com
  • Watsons.com
  • Gratis.com
  • Teknosa.com
  • Hepsiburada.com
  • N11.com

 

Trendyol.com

trendyol türkiyədən sifariş

Dillər əzbəri Trendyol.com Türkiyədən sifariş edən hər bir insanın ən az bir dəfə istifadə etdiyi məşhur saytlardan biridir. 2010-cu ilin mart ayından istifadəyə verilən Trenyol.com saytı özündə onlarla markanı, minlərlə satıcını və milyonlarla məhsulu cəmləməyi bacarıb. Trendyol.com-un ən çox Turkiyeden sifaris olunan onlayn alış-veriş saytı olmasının ən əsas səbəblərindən biri saytının və mobil tətbiqinin istifadəçilər tərəfindən rahatlıqla istifadə edilməsidir.

2019-cu ilin statistikalarına əsasən Trendyol.com ilin ilk yarısında 25 milyon izləyici sayına çatmış və 200 milyondan çox sifariş qəbul etmişdir. Saytın tətbiqetməsi isə 20 milyondan çox yüklənilmiş və Türkiyədən sifarişlər üçün istifadə olunmuşdur.

Trendyol.com saytının özəlliklərindən biri odur ki, rəsmi mağazalarla yanaşı bir çox satıcı öz məhsullarını bu onlayn alış-veriş saytında satış çıxara bilir. Bizlər isə Turkiyeden sifarish etdiyimiz zaman Trendyol.com mağazasında fərqli satıcıların qiymətlərini müqayisə edə və cibimizə ən uyğun olanını seçə bilirik.
Aldığımız hər bir məhsulu qiymətləndirmə və rəy bildirmə imkanı bizi saxtakar satıcılardan, keyfiyyətsiz məhsullardan uzaq qalmağa kömək edir.
Demək olar ki, artıq bütün brendlərə bu onlayn alış-veriş saytında rast gəlmək olur. Elə buna görədir ki, Türkiyədən sifariş statistikalarına baxdıqda ilk üçlükdə Trendyol.com onlayn alış-veriş saytını görmək mümkündür.

Trendyolun digər özəlliklərindən biri də “Trendyol Elite” proqramıdır. Türkiyədən sifarişlərinizdə trendyol.com onlayn alış-veriş saytına üstünlük verirsinizsə, Trendyol sizi mükafatlandırmaq məqsədilə “Elit” proqramını müştərilərinə təqdim edir. Trukiyeden sifarish etdiyiniz zaman əgər sifarişi Trendyol.com onlayn alış-veriş saytından öz bank kartınızla edirsinizsə, etdiyiniz sifarişlərin toplam məbləği son 3 ay ərzində 3000 TL-ni keçirsə, siz artıq Trendyol.com onlayn alış-veriş saytının elit müştərisi hesab olunursunuz.

Bəs Trendyol öz elit müştərilərinə nələr vəd edir?
Trendyol onlayn alış-veriş saytı öz elit müştərilərinə digər müştərilərdən fərqli olaraq xüsusi endirim kampaniyaları təqdim edir. Bundan əlavə, hər bir Trendyol elit müştərisi 30 TL və üzəri bütün alış-verişlərində ödənişsiz Türkiyədaxili karqodan yararlanır. Digər önəmli avantaj isə Elit müştəri xidmətlərinin Türkiyədən sifariş zamanı sizinlə birə-bir maraqlanması və sorğularınızın tez bir zamanda həlli üçün çalışmasıdır.

 

Morhipo.com

morhipo türkiyədən sifariş

Morhipo.com onlayn alış-veriş saytı Türkiyədən sifariş zamanı ən çox üstünlük verilən satış səhifələrindən biridir. 2011-ci ildə Boyner Holdinq tərəfindən qurulan Morhipo.com onlayn alış-veriş saytı geyim məhsulları satmaqla yanaşı digər kateqoriyalara məxsus məhsulları da satışa çıxarır. Türkiyədən ev əşyaları və ya kosmetik məhsullar sifariş etmək istəyirsinizsə, siz də morhipo.com onlayn alış-veriş saytına giriş edə və sevdiyiniz məhsulu orada tapa bilərsiniz. Morhipo onlayn alış-veriş saytı ilin bir çox dövrlərində mövsüm sonu endirimləri və müxtəlif markalara tətbiq olunan xüsusi endirimlərlə məşhurdur. Morhipo.com yalnız sayt olmaqla qalmamış və öz markasını yaratmışdır. 2015-ci ildə öz markası olan “People by Fabrica”, “Agenda”, “D by Divarese” markalarını onlayn alış-veriş saytında təqdim etmiş və məhsullarının satışını həyata keçirmişdir.

Qeyd etmək istərdik ki, morhipo.com onlayn alış-veriş saytı Azərbaycan bank kartlarını qəbul edir və siz asanlıqla bu saytda hesab yaradaraq Türkiyədən sifarişlərinizi özünüz yerinə yetirə və Türkiyədən çatdırılmasını Kango.az-a həvalə edə bilərsiniz.

 

Boyner.com

boyner türkiyədən sifariş

Bir çox onlayn alış-veriş mağazalarını özündə birləşdirən Boyner.com aksesuarlardan tutmuş ev əşyalarına qədər bir çox məhsulun satışını həyata keçirir. Öz məhsulları ilə Türkiyədən sifariş etmək istəyən uşaqlardan böyüklərə qədər hamıya xitab edən Boyner onlayn alış-veriş saytı endirim kuponları ilə müştərilərini sevindirməyi hər zaman bacarır. 200 TL və üzəri alış-verişlərdə ödənişsiz karqo təklif edən Boyner onlayn alış-veriş saytı alıcılarına aldığı məhsulu 30 gün içərisində iadə etmə haqqı verir. Beləliklə, Turkiyeden sifarislerinizde Boyner-i tərcih etsəniz, bir çox imkanlardan yararlana bilərsiniz.

Boyner.com saytında yer alan outlet bölməsində isə siz ötən mövsümlərə aid məhsulları daha sərfəli qiymətə əldə edə bilərsiniz.

 

Watsons.com

watsons türkiyədən sifariş

Bəzilərimizin Türkiyədən sifarişlərində kosmetika və ya cild baxım məhsulları böyük yer tutur. Xüsusilə xanımların üstünlük təşkil etdiyi kosmetik vasitələrin sifarişində Watsons onlayn alış-veriş saytının özünəməxsus yeri var. Şəxsi gigiyena, cild baxımı, saç baxımı, makiyaj, sağlam yaşam və hətta elektronik məhsullara da rast gələ biləcəyiniz Watsons.com onlayn alış-veriş saytında istədiyiniz məhsulu Türkiyədən sifariş edə bilərsiniz.

Xüsusilə xanımların sevəcəyi “Watsons card” və “Watsons Elite” özəllikləri Watsons.com onlayn alış-veriş saytında da mövcuddur. Siz də Türkiyədən sifarişləriniz zamanı bu özəlliklərdən istifadə edə və bir çox imkanlardan yararlana bilərsiniz.
Watsons card”-a sahib müştərilər hər 1 TL-ə görə 1 xal qazanır, ad günləri və digər özəl günlər zamanı standart müştərilərdən fərqli olaraq bir çox endirim kampaniyasından yararlanır.
Watsons Elite” müştərilər isə “Watsons card”a sahib müştərilərə nisbətə daha çox endirimlərdən yararlana və iki qat çox xal toplaya bilirlər. Siz də Türkiyədən sifarişlərinizdə bu imkanlardan yararlana bilərsiniz.

 

Gratis.com

gratis türkiyədən sifariş

“Güzel bak kendine” mottosu ilə Gratis.com onlayn alış-veriş saytının əsas məqsədi müştərilərinə asanlıqla əlçatan, sürətli, və rahat alış-veriş imkanları təqdim etməkdir. 2009-cu ildən bu günə qədər Türkiyənin 79 fərqli bölgəsində 600 üzəri mağazaya sahib olmuşdur. Hər ay fərqli endirim kampaniyaları ilə çıxış edən Gratis onlayn alış-veriş saytında 99 TL üzəri alış-verişlər ödənişsiz karqolanır. Beləliklə, Türkiyədən sifarişinizi Türkiyədaxili karqo ödənişi olmadan edə və Türkiyədən çatdırılmasını Kango.az-a həvalə edə bilərsiniz.

Bəzi digər onlayn alış-veriş saytlarında da olduğu kimi Gratis onlayn alış-veriş saytı da öz “Gratis card” proqramını sadiq müştərilərinə təqdim etməkdədir. “Gratis Card” ilə Türkiyədən sifarişlərinizdə 90%-ədək endirimlərdən yararlana bilərsiniz. Xüsusilə, TheBalm brendinə məxsus məhsullar bu kart ilə 60%-ədək endirimə düşə bilir.

 

Teknosa.com

teknosa türkiyədən sifariş

Yenilikçi və fərq yaradan məhsul və xidmətləri ilə tanına Teknosa.com onlayn alış-veriş saytı Türkiyədən sifariş edə biləcəyiniz qabaqcıl texnologiya mağazalarından biridir. Teknosa.com onlayn alış-veriş saytı öz müştərilərinə “eyni gündə karqoda” imkanı vəd edir və 100 TL üzəri onlayn alış-verişlərdə ödənişsiz karqo xidmətindən yararlanmaq imkanı yaradır. Telefondan tutmuş ofis ləvazimatlarına qədər minlərlə məhsulu özündə cəmləyən Teknosa onlayn alış-veriş saytı hər gün “günün fırsatları” adı altında fərqli məhsullara endirim tətbiq edərəm müştərilərini sevindirir.

Turkiyeden sifarisleriniz zamanı Teknosa.com onlayn alış-veriş saytındaoutlet bölümünə baxmaqda da fayda var. İstədiyiniz məhsulu daha sərfəli qiymətə tapa və asanlıqla Kango.az ilə sifarişinizi həyata keçirə və Türkiyədən çatdırılmasını təmin edə bilərsiniz.

 

Hepsiburada.com

hepsiburada türkiyədən sifariş

Aylıq 100 milyondan çox ziyarətçiyə sahib hepsiburada.com onlayn alış-veriş saytı 1998-ci ildən bəri Türkiyədən sifariş üçün fəaliyyət göstərir. 2011, 2012, 2013-cü illərdə Türkiyənin ən sevilən markası, 2013-cü ildə isə ilin onlayn alış-veriş səhifəsi seçilmişdir. Siz bu saytda kitabdan tutmuş bağça əşyalarına qədər hər şeyi Türkiyədən sifariş edə bilərsiniz. Hepsiburada.com onlayn alış-veriş saytı il ərzində təşkil etdiyi kampaniyalardan başqa hər gün müxtəlif məhsullara endirim tətbiq edir. Saytın “Süper Fiyat, Süper Teklif” bölümünə girərək günlük endirimdə olan məhsulları Türkiyədən sifariş edərək daşınmasını Kango.az-a həvalə edə bilərsiniz.

 

N11.com

n11 türkiyədən sifariş

2013-cü ildə SK Group və Doğuş Group tərəfindən yaradılan N11.com onlayn alış-veriş saytı qısa zaman ərzində böyüyərək minlərlə məhsulu özündə cəmləməyi bacarmışdır. Nəinki istədiyiniz məhsulu, hətta təyyarə biletlərini də burada tapa bilərsiniz. Türkiyədən sifariş dedikdə ağla ilk gələn onlayn alış-veriş saytlarından biri olmağı bacaran N11 müxtəlif kampaniyalarla öz müştərilərini hər zamans sevindirir. Bundan əlavə ən məşhur 11.11 yəni 11 noyabr endirimləri zamanı saytda müxtəlif oyunlar təşkil edərək alıcılara kuponlar qazandırır.

Demək olar ki, Türkiyənin ən böyük onlayn alış-veriş saytlarını və onların özəlliklərini öyrənmiş oldunuz, bəs hələ də necə sifariş edəcəyinizi bilmirsiniz? Elə isə, "Kango.az vasitəsilə Türkiyədən necə sifariş edim?" videosunu izləyərək Türkiyədən sifarişlərinizi rahatlıqla və sərfəli çatdırılma tarifləri ilə yerinə yetirə bilərsiniz. Qeyd edək ki, maye və adi məhsul tariflərimiz artıq bərabərdir. Türkiyədən sifariş etdiyiniz maye məhsullar üçün artıq daha baha ödəniş etməyə ehtiyac yoxdur. 0.89$-dan başlayan tariflərimizlə Türkiyədən sifarişlərinizi Kango.az ilə edin, iki qat endirimdən yararlanın!

 

 

 

Turkiyeden sifarishle bağlı ən məşhur saytları sizlər üçün sadaladıq. Artıq hər hansı məhsulu Türkiyədən sifariş etməzdən öncə yalnız bir deyil, bir neçə saytda axtarış edərək daha sərfəli olanını alacağınızdan əminik. Türkiyədən sifarişlə bağlı daha maraqlı bloqlarımızda görüşənədək.