İş saatları

Bazar ertəsi - Şənbə 10:00-19:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən sifariş edin sürətli çatdıraq!

Türkiyədən sifariş edin sürətli çatdıraq!
Türkiyədən sifariş edin sürətli çatdıraq!

Son illərdə Türkiyədən sifariş edənlərin sayında artım müşahidə olunur. Bu prosesdə bir neçə onlayn-alış veriş saytının rolu böyükdür.  Bu gün sizə Türkiyədən necə və hansı mağazalardan alış-veriş etməli olduğunuzu izah edəcəyik.

 

Sizə lazım olan məhsulunun alışını həyata keçirmək istəyirsinizsə, ilk olaraq  saytında Qeydiyyatdan keç məlisiniz. Bundan sonra iki addımla məhsulunuzu sifariş edə bilərsiniz.

 

  1. Sifariş edəcəyiniz saytdan məhsulun linkini göndərin, biz sizin üçün sifariş edək.

  2. Məhsulu sifariş edirsiniz, biz sizə çatdırırıq.



Kangodan qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetinizə daxil olaraq, Türkiyədən sifariş etdiyiniz saytdan məhsulun linkini yerləşdirirsiniz. Aşağıda “Sifariş et” düyməsinə klikləyirsiniz. Daha sonra məhsulun rəngini, ölçüsünü, miqdarını(sayı) göstərilən müvafiq xanalara doldurursunuz. Bütün bunlardan sonra prosesi təsdiqləyib ödənişi həyata keçirirsiniz.

 

Növbəti addımda siz Türkiyədən sifariş etdiyiniz saytdan qeydiyyatdan keçərək, özünüzə şəxsi kabinet yaradırsınız. Almaq istədiyiniz məhsulu özünüz sifariş edərkən, Kango Türkiyədəki anbarının ünvanını qeyd edirsiniz. Bu adresi Kango şəxsi kabinetinizə daxil olduqda əldə edə bilərsiniz. Əlavə olaraq, Gömrük Komitəsinin müəyyən etdiyi bəyannaməni mütləq doldurmalısınız.

 

Çatdırılma qiymətləri

Türkiyədən sifarişlərin artması səbəbilə ölkəmizdə də karqo şirkətlərinin də sayı artmışdır. Onların müxtəlifliyi də müxtəlif qiymətlər təklif edir. Kango sizə çatdırılma xidmətləri arasında sizin büdcənizə ən uyğun olanı təqdim edir. Belə ki, aldığınız məhsulların çəkisi artdıqca isə çatdırılma haqqı da azalır. Qiymətlərlə tariflər səhifəsindən tanış ola bilərsiniz.

 

İndi isə Türkiyədən sifariş edərkən ən çox istifadə olunan saytların siyahısınız sizə təqdim edirik. 

 

  1. Trendyol

Trendyol Türkiyə ilə yanaşı, həmçinin Azərbaycandanda da Türkiyədən sifariş zamanı ən çox üstünlük verilən mağazadır. Hər ay və hər xüsusi günlərdə keçirdiyi müxtəlif endirim kampaniyaları, sərfəli qiymətləri, mağaza və butik sayının çoxluğu ilə müştəriləri hər keçən gün artmaqda davam edir. Trendyolun həmçinin öz daxili etiketinə sahib “Trendyolmilla” markası var.

 

  1. hepsiburada.com

Çeşidlərinin çoxluğu ilə seçilir. Türkiyədən sifariş zamanı buradan elektronik məhsulları asanlıqla əldə edə bilərsiniz. Həmçinin mağaza sürətli çatdırılması ilə seçilir.

 

  1. n11.com

Tez-tez endirimlərləri mövcud olan mağaza bir çox alıcını özündə birləşdirir. 

 

  1. Morhipo

Bir çox markanı özündə birləşdirən mağaza həmçinin çeşid çoxluğu ilə də seçilir.

 

  1. LC Waikiki

Mağazada hər cins və hər yaşa uyğun keyfiyyətli və ucuz geyimlər mövcuddur. Odur ki, Türkiyədən sifariş zamanı rahatlıqla məhsullarınızın alışını buradan həyata keçirə bilərsiniz.