Türkiyədən saat sifarişi üçün onlayn alış-veriş saytları

2020-11-13 16:15:28
Türkiyədən saat sifarişi üçün onlayn alış-veriş saytları

Türkiyədən saat sifarişi üçün onlayn alış-veriş saytları

 

Pandemiya vəziyyətinin davam etdiyi və bir çox brendlərin mağazalarının bağlı olduğu son dövrlərdə onlayn alış-veriş heç olmadığı qədər populyarlaşıb. Xüsusilə də, Türkiyədən sifariş. Bəyəndiyimiz və ehtiyacımız olan hər şeyi bir kliklə əldə etmək artıq çox rahatdır. Lakin Türkiyədən onlayn saat sifarişi zamanı saat həvəskarlarının bəzi tərəddüdlərinin olduğunu bilirik. Bu təbiidir ki, Türkiyədən onlayn alış-veriş zamanı ağlımızda bəzi suallar yaranır. 

 

  • Türkiyədən saat sifarişi etmək mümkündürmü?
  • Özümüzə uyğun saatı necə seçə bilərik?
  • Türkiyədən saat sifarişi üçün hansı saytlar daha yararlıdır?

 

Bütün  bu suallarına cavab verməzdən və Türkiyədən saat sifarişi haqqında danışmazdan qabaq istərdik ki, qol saatları haqqında qısa məlumat verək.

Qol saatı dünyanın ən qədim aksesuarlarından biridir. Qədim zamanlardan insanlar saatlardan vaxtı öyrənmək üçün istifadə edirdilər, lakin texnoloji yeniliklərdən sonra qol saatları əvvəlki populyarlığını itirməyə başladı. Artıq neçə ildir ki, qol saatları zəruri olmaqdan çıxıb dəb-dəbə obyektinə çevrilmişdir. Çünki, müasir dövrümüzdə saatın neçə olduğunu öyrənmək üçün sadəcə telefonunuzun ekranına baxmağınız kifayətdir. Bütün bu yeniliklərə baxmayaraq qol saatları vaxtı müəyyənləşdirmək üçün günümüzdə də ən məşhur vasitələrdən biridir və yalnız aksesuar olaraq deyil, eləcə də status obyekti kimi istifadə edilir. İnsanlar ilk görüşdə sizi istifadə etdiyiniz aksesuarlara görə tanıyırlar. Bu səbəblə özünüzə aksesuar və saat sifariş edərkən diqqətli olun.

 

İndi isə keçək cavablamağımız lazım olan suallara.

 

Türkiyədən saat sifarişi etmək mümkündürmü?

Əlbəttə mümkündür, hətta Kango.az ilə sifariş etdiyiniz zaman ən sərfəli tariflərdən və sürətli çatdırılmadan yararlana bilərsiniz. Türkiyədən saat sifarişi zamanı əgər saatınızın sınma və ya qüsurlu göndərilmə ehtimalından narahatsınızsa, bu zaman xüsusi xidmətlərimizdən, yəni “Gold” və “Platinum” sifarişlərdən istifadə edə bilərsiniz. Bu xidmətlərlərimizdən istifadə etdiyiniz zaman Türkiyədən sifariş zamanı məhsulunuza baxılır və hər hansı qüsur aşkarlanarsa geri qaytarılır.

 

Özümüzə uyğun saatı necə seçə bilərik? 

  • İlk öncə öz tərzinizi müəyyən edin. 

tukiyeden

Sifariş etdiyiniz saat sizi məyus etməsin deyə seçim edərkən ilk öncə gündəlik fəaliyyətimizi nəzərə almalısınız. Saatınızın tərzinə qərar verərkən onu ən çox harda və hansı geyimlə istifadə edəcəyinizi qərarlaşdırmalısınız. Məsələn, klassik saatlardan gündəlik həyatda, xüsusi yığınacaqlarda və bu kimi yerlərdə rahatlıqla istifadə edə bilərsiniz. Və ya siz daha çox idmanla məşğul olursunuzsa, seçiminizi korpusu dözümlü, su keçirməz rəqəmsal saatlar yönündən etsəniz daha yaxşı olar. Türkiyədən saat sifarişi zamanı bu məlumatları saatı alacağınız onlayn platformadan rahatlıqla əldə edə bilərsiniz.

 

  • Büdcənizi müəyyən edin.

türkiyədən

Fərqli saat markaları sizə müxtəlif qiymət aralığında, fərqli növdə saatlar təklif edə bilirlər. Buna görə də öz büdcənizi əvvəcədən müəyyən etməyiniz sizə saat seçimi zamanı kömək olacaq. Çünki, siz öncədən hansı büdcə aralığındakı modellərə fokuslanacağınızı biləcəksiniz. Türkiyədən sifariş etdiyiniz zaman siz saatınızı daha sərfəli qiymətə əldə edəcəksiniz, çünki Türkiyədən saat sifariş edə biləcəyiniz bir çox saytda büdcəyə görə axtarış mümkündür.

 

  • Bazar araşdırması edin.

türkiyədən

İlk gördüyünüz satıcıdan saat almağa tələsməyin. Trendyol və ya Morhipo kimi böyük onlayn alış-veriş saytlarında bəzən bir deyil, bir neçə satıcı eyni məhsulu satışa çıxarır. Türkiyədən saat sifarişi etdiyiniz zaman bu saytlardan bütün satıcıları araşdırmaqda fayda var. Bundan əlavə bəzi onlayn alış-veriş platformaları tez-tez kampaniyalar həyata keçirir. Bununla da siz hətta bir saat qiymətinə iki saat belə ala bilərsiniz. Onlayn alış-veriş platformlarına üzv olmağınız bu kampaniyalardan qabaqcadan xəbardar olmağınızı asandlaşdırır. Bu zaman markalar öz kampaniyaları haqqında məlumatları müntəzəm olaraq sizə bildiriş və mail olaraq göndərir.

 

 

Türkiyədən saat sifarişi üçün hansı saytlar daha yararlıdır? 

İndi isə sizlərə Türkiyədən saat sifariş edə biləcəyiniz saytlardan danışacam.

 

CASIO

casio.trendyol.saat.sifarişi

Saat dünyasının ən önə çıxan markalarından biri də Casio-dur. Casio saatlarını digər istehsalçılardan fərqləndirən əsas xüsusiyyət isə onun dözümlülüyüsadə dizaynıdır. Casio-un hər modelində ön planda tutduğu saatlarının uzun illər boyunca istifadəyə yararlı olması və hətta sizdən uşaqlarınıza miras qoya bilməyinizdir. Türkiyədən sifariş etdiyiniz zaman ölkəmizdəki qiymətindən daha sərfəli əldə edə bilərsiniz. Bunun üçün Casio-un Türkiyədəki rəsmi satış səhifəsinə daxil olub sevdiyiniz saatı Kango ilə sifariş etməyə tələsin.

 

TİSSOT

tissot.trendyoldan.sifariş

Saat deyəndə ağla gələn marklardan demək olar birincisi Tissot-dur. 1800-cü ildən qurulan şirkət günümüzə qədər fəaliyyətini davam etdirə bilib. Ölkəmizdə və dünyada geniş istifadəçi və fanat kütləsinə sahib olan bu firma, premium seqmentdə ala biləcəyiniz ən uyğun qiymətli və keyfiyyətli saat brendidir. Bir çox ölkədə olduğu kimi Türkiyədə də rəsmi mağazası olduğu üçün asanlıqla Türkiyədən sifariş edə və çatdırılmasını Kangoya həvalə edə bilərsiniz.

 

SEIKO

seiko.trendyoldan.sifariş

Seiko müxtəlif növ və tərzdə saat istehsalı ilə məşğul olur. Yapon şirkəti olan Seiko öz istehsal etdiyi məhsulların keyfiyyəti ilə İsveçrə saat firmalarına rəqib olmağı bacarmışdır. Qiymət-keyfiyyət olaraq baxıldığı zaman isə marka rəqiblərini üstələməyi bacarır. Şirkətin Türkiyə üçün xüsusi internet səhifəsi olmasa da siz orjinal Seiko saatlarınıseiko.aydinsaat.com səhifəsindən sifariş edə bilərsiniz.

 

ROLEX

rolex..trendyoldan.sifariş

Brend saat modelləri içərisində ən çox tanınan firmalardan biri Rolex-dir. Gündə 2000-dən daha çox saat istehsal edən firma dünya üzərində yüzlərlə satış məntəqəsinə sahibdir. İstehsal etdiyi lyuks seqmentdəki saatlar ilə tanınan şirkət uzun illər boyu sektorda öz sözünü deməyi bacarmışdır. Brendin istehsal etdiyi saatlarla Rolex.com saytına daxil olaraq tanış ola bilərsiz. Saytın Türkiyə variantına keçid edərək Türkiyədən çatdırılmasını təmin edə bilərsiniz.

 

HEPSİBURADA

hepsiburada.trendyoldan.sifariş

Bir çoxunuzun tanıdığı onlayn alış-veriş platforması olan Hepsiburada-dan istədiyiniz saat markalarını rahatlıqla tapa bilərsiniz. Burda fərqli satıcıların müxtəlif qiymət təkliflərini dəyərləndirərək özünüz üçün ideal olan məhsulu seçmək kimi şansınız var. Bundan əlavə Hepsiburada-ın sifariş zamanı aktiv endirim kampaniyalarından və pulsuz kargo kimi üstünlüklərdən yararlanmaq da mümkündür. Həmçinin Tissot, Fossil, Casio, Skmei, Diesel, Emporio Armani kimi tanınmış brendlərin bir çox məhsullarını hepsiburada.com -dan sifariş verə bilərsiniz. 0.89$-dan başlayan tariflərlə istənilən saatı sizə sevə-sevə çatdırmağa hazırıq!

 

KONYALİSAAT

konyalisaat.trendyoldan.sifariş

Konyalisaat Türkiyənin saat satışı ilə məşğul olan məhşur şirkətlərindəndir. Şirkət mağazalar şəbəkəsinə məxsus olsa da sayt üzərindən də öz məhsullarının satışını həyata keçirir. Onlarla markanın yüzlərlə məhsulunun satışını həyata keçirən şirkət müştərilərinə onlayn şəkildə rahat və etibarlı alış-veriş etmək şansı yaradır. Saatlara tətbiq edilən xüsusi endirimləri gözdən qaçırmamaqda fayda var. Saytda davam edən iri çaplı endirimlərlə tanış ola və istədiyiniz saatı Türkiyədən sifariş edə bilərsiniz.

 

Beləliklə blogumuzun sonuna gəldik. Bu yazını oxuduqdan sonra zövqünüzə və büdcənizə uyğun düzgün saatı seçəcəyinizə əminik. Türkiyədən saat sifarişi üçün endirimli tariflərimizdən və xüsusi xidmətlərimizdən yararlanmağa tələsin.

Xəyallarınızı Kango ilə daha əlçatan edin!