Türkiyədən paltar sifarişi - Ən sürətli və sərfəli yolu!

2020-10-26 15:15:59
Türkiyədən paltar sifarişi - Ən sürətli və sərfəli yolu!

Onlayn alış-verişin üstünlükləri

Türkiyədən paltar sifarişinin əsas səbəblərindən biri sərfəli qiymətə olmasıdır. Eyni məhsulu həm Azərbaycan, həm də Türkiyə ilə müqayisə etdiyiniz zaman buradaki mağazada endirimli olduğu halda belə bahalı olduğunun fərqində olacaqsınız. Bir çox insan hələ də “geyinmədən” almaqdan çəkinir. Bədən ölçünüzü bildiyiniz halda Türkiyədən paltar sifarişi rahatlığla etmək olar. Seçdiyiniz geyim haqqında yazılan məlumatlara və rəylərə diqqət yetirməyiniz arzu olunur. Bildiyiniz kimi qadın, kişi və uşaq geyimlərinin fərqli ölçü kateqoriyaları mövcuddur. Sifariş zamanı istədiyiniz saytda ölçü cədvəlinə əsaslanaraq öz bədəninizi seçməyiniz asan olacaqdır. Növbə gözləmədən, yorulmadan və sadəcə bir klik ilə qarderobu yeniləmək onlayn alış-verişin digər müsbət tərəfidir. Evdə, işdə hətta yolda olduğunuz vaxt seçdiyiniz paltarı Türkiyədən sifariş vermək mümkündür.

 

Türkiyənin onlayn paltar mağazalarına nəzər salaq:

Kango.az vasitəsi ilə bir çox mağazalardan çatdırılma asanlıqla həyata keçirilir. Onlayn geyim mağazaları keçirdikləri endirim kampaniyaları ilə fərqlənir. Mağazalar haqqında məlumatlanmaq istəyirsinizsə, bloqu oxumağınızı tövsiyə edirik.

 

1. Trendyol.com

trendyol alish-verish

Onlayn alış-veriş saytı özündə bir çox mağazaları birləşdirib. Məsələn trendyolun özünə məxsus “Trendyolmilla” geyim markası yaranıb. Stradivarius, Bershka, Pull&Bear, Koton, Mavi və s. kimi digər mağazalarla qarşılaşa və sərfəli qiymətə arzuladığınız paltarı ala bilərsiniz. Trendyolda qadın, kişi və ya uşaqlar üçün nəzərdə tutulmuş geyimləri görmək mümkündür.

 

2. Zara

zara logo

Zara brendin ilk mağazası 1975 ildə iş adamı Amansio Orteqa tərəfindən təsis edilib. Baş ofis isə İspaniyanın La-Karunya şəhərindədir. Amansio Orteqa eyni zamanda Bershka, Stradivarius, Massimo Dutti, Pull and Bear, Oysho, Lefties və Zara Home kimi brend markaların sahibidir. Zara mağazasının Türkiyə fillialının saytında isə münasib qiymətə olan paltarları rahatlıqla sifariş edə bilərsiniz.

 

3. H&M

h&m logo

1947 ildə İsveçdə Erling Persson tərəfindən qurulub. İlk adı "Hennis" yəni "qadınlara uyğun" mənasında idi, çünki ancaq qadın geyimlərinin satışı ilə məşğul olunurdu. 1968 ildə isə şirkətə Mauritz Widforss daxil olduqdan sonra markanın adı H&M oldu. Türkiyə fillialının H&M saytından isə sərfəli qiymətə həm qadın, həm də kişi üçün  arzuladığınız paltarları seçə bilərsiniz.

 

4. Boyner

boyner logo

1981-ci ildə Türkiyədə Bakırköydə fəaliyətə başlamışdır. Boyner saytından İpekyol, Mavi, Koton kimi müxtəlif markaların geyimlərini sifariş verə bilərsiniz.

 

5. Colin's

colin's logo

Colin`s-dən ilk dəfə sifariş verirsinizsə %10 endirim edilir. Hal-hazırda 10 sentyabrdan 8 oktyabra kimi davam edəcək olan kampaniyadan faydalanaraq zövqünüzə uyğun paltar sifariş etmək mümkündür. Outlet hissəsindən də münasib qiymətə paltar sifariş verə bilərsiniz.

 

6. Mango

mango logo

Türkiyə saytından 150 TL dən çox geyim sifariş verdiyiniz zaman Türkiyə daxili pulsuz çatdırılma əldə etmək mümkündür. Bakıdakı Mangodan fərqlənən cəhəti isə sərfəli qiymətə olmasıdır.

 

7. Mavi

mavi logo

Mavi.com onlayn mağazasından cibinizə uyğun münasib qiymətlərlə paltar sifarişinizi asanlıqla edə bilərsiniz. Burada outlet bölməsinin olması da müsbət tərəfdir.

 

8. Hepsiburada

hepsi burada sifaris

Türkiyənin məşhur onlayn mağazalarından biridir. Koton, Tommy Hilfiger, Lc Waikiki, Guess, Gap və s kimi brend markaların paltarlarını buradan sifariş verə bilərsiniz.

 

9. Defacto

defacto logo

Defactonun Türkiyə saytında tez-tez endirim kampaniyalarına rast gələ bilərsiniz. Hal-hazırda %70-ə qədər olan endirim kampaniyası mövcuddur.

 

10. Puma

puma turkiyeden sifaris

Alman idman geyim markası 1924-cü ildə Rudolf Dassler tərəfindən qurulmuşdur. Türkiyə saytından zövqünüzə uyğun olan idman paltarlarını sifariş verə bilərsiniz.

 

11. Nike

nike sifaris turkiye

Converse, Air Jordan və Nike Golf kimi markalara sahibdir. Yeni kolleksiya və endirimdə olan idman paltarlarını rahatlıqla Kango.az vasitəsi ilə sifariş verə bilərsiniz.

 

12. Adidas

adidas logo

Dünyanın ən böyük idman məhsullarının istehsalçılarından biridir. Türkiyənin adidas saytına klik edərək zövqünüzə uyğun idman paltarları ala bilərsiniz.

 

13. New Balance

new balance sifaris turkiye

Türkiyə saytına keçərək istəyinizə görə idman geyimləri sifariş vermək olar. Burada bir çox paltar çeşidinə rast gələ və endirimlərdən faydalana bilərsiniz.

 

14. Tommy Hilfiger

tommy hilfiger sifaris turkiye

Amerika markası olan şirkət 1985-ci ildə qurulmuşdur. Türkiyə filialının saytında isə müxtəlif qiymətə paltar sifariş vermək mümkündür.

 

15. Ipekyol

ipekyol sifaris

Ipekyol saytına keçərək sərfəli qiymətə yeni kolleksiyada olan geyimləri ala bilərsiniz. Seçili paltarlara aid olan %70 endirimlə istəyinizə uyğun olanı seçmək olar.

 

16. GAP

Gap turkiyeden sifaris

Türkiyə filialın fərqi qiymətlərin daha sərfəli olmasıdır. Keçirilən endirim kampaniyaları ilə cibinizə münasib qiymətlərlə sifariş edə bilərsiniz.

 

17. United Colors of Benetton

united colors of benetton sifaris

250 TL dəyərindən çox paltar sifarişi zamanı Türkiyə daxili kargo pulsuzdur.

 

18. Pierre Cardin

Pierre Cardin saytına keçid alaraq %70-ə qədər endirim eldə edə bilərsiniz. Eyni zamanda ilk qeydiyyatdan sonra 40 TL endirim təqdim edilir.

 

19. U.S.Polo Assn

us polo sifaris

Türkiyə saytında zövqünüzcə görə olan geyimləri sifariş etmək mümkündür. Hər sezon sonunda %20-dən %70-ə qədər olan endirimlərdən yararlana bilərsiniz.

 

20. n11

n11 turkiyeden sifaris

Türkiyənin onlayn alış-veriş saytına klik edərək müxtəlif brend markaların məhsullarını tapa bilərsiniz. Hal-hazırda həftəlik endirim kampaniyası davam edir. n11.com onlayn alış-veriş saytı eyni zamanda 11-ci ayın 11-ci günündə böyük endirimlər təklif edir.

 

21. Morhipo

morhipodan sifaris

Morhipo onlayn alış-veriş saytı %50-ə qədər olan outlet məhsullarına endirim təqdim edir. Burada Nike, Columbia, Lacoste, Soobe, Koton kimi bir çox markaların paltarlarını tapmaq mümkündür.

 

22. Patırtı

patirti sifaris

Patırtı onlayn mağazada istənilən qiymətə geyim tapmaq çox asandır. Burada həm outlet, həm də digər kampaniyalardan yararlanaraq zövqünüzə uyğun olan paltarları sifariş verə bilərsiniz.