İş saatları

Bazar ertəsi - Şənbə 10:00-19:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən paltar sifarişi necə edilir?

Türkiyədən paltar sifarişi necə edilir?
Türkiyədən paltar sifarişi necə edilir?

Pandemiya səbəbilə karantin rejiminə keçməyimizdən artıq 1 il ötüb. Hamımız bu səbəblə ilə bir çox vərdişlərimizdə kəskin dəyişiklikliklər etməli olduq. Karantinin bizə öyrətdiyi çox mühüm məsələlərdən biri də saatlarımızı sərf etdiyimiz işləri əslində asanlıqla və bir kliklə onlayn həyata keçirə bilməmizdir. Mağazalarda heç kimlə təmasa keçmədən, vaxt itirmədən alış-verişi tamamlamaq olduqca sərfəlidir.

Bu müddətdə işimizi rahatlaşdıracaq bir çox texnika sınaqdan keçdi və onlayn platformalardan istifadə artdığı üçün daha da inkişaf etdi. Son 1 ildə onlayn paltar sifarişi daha da artıb və insanların həyatını asanlaşdırmışdır. 

 

 

Bəs onlayn paltar sifariş edərkən nələrə diqqət yetirməliyik?

 

  1. Əvvəlcə, sifariş edəcəyiniz saytı müəyyən etməlisiniz. Onlayn paltar sifarişi zamanı diqqət etməli olduğunuz ən mühüm məsələ alışı hansı saytdan etmənizdir. Məsləhət görülür ki, onlayn sifariş zamanı hamı tərəfindən istifadə olunan, tanınmış saytlardan istifadə edəsiniz.

  2. Seçdiyiniz mağazanın yaşadığınız bölgəyə çatdırılması olub olmadığını dəqiqləşdirin. Bunun üçün istifadə etdiyiniz karqo şirkətində müəyyən edə bilərsiniz. 

  3. Əgər online paltar sifarişi edirsinizsə, bilməli və diqqət yetirməli olduğunuz şey, istənilən şikayət olduğuhalda, öz ölkənizin yox, sifariş verdiyiniz ölkənin qanunları tətbiq olunur. 

  4. Alışını həyata keçirəcəyiniz sayta qərar verdikdən sonra seçdiyiniz məhsula klikləyərək onun haqqında istənilən məlumatı əldə edə bilərsiniz. 

  5. Onlayn paltar sifariş edərkən, məhsulun keyfiyyətindən və s. xəbərdar olmaq üçün müştəri dəyələndirmələri və rəylərinə nəzər yetirməniz məsləhət görülür. Məhsulu əldə etməzdən əvvəl bu rəyləri oxumaq sizə məhsul haqqda dəqiq təsəvvürlər yaratmanıza yardımçı olacaq.

  6. Alacağın məhsulun rəngini, ölçüsünü dəqiqliklə seçin. Əks halda, məhsulu təsdiqlədikdən sonra geri dönüş etməniz mümkün olmayacaq.

 

Hansı mağazalardan sifariş edək?

 

Onlayn paltar sifarişi edərkən Türkiyəyə üstünlük verirsinizsə, Trendyol başda olmaqla, Morhipo, N11, GittiGidiyor, Boyner, İpekyol, LC Waikiki və s. kimi mağazalardan alış-veriş edə bilərsiniz. Yerli müştərilər onlayn paltar sifarişi edərkən, Türkiyəyə üstünlük verməsinin mağaza və məhsul çeşidliliyi, çatdırılma zamanı daha tez gəlib çıxması, və tez tez böyük endirimlərin olması kimi səbəbləri var. Türkiyə mağazaları onlan paltar sifarişi zamanı alıcılar üçün idealdır.

Digər məqalələrimizi oxu:


“Smart Customs”da bağlamaları necə bəyan etmək lazımdır? - Şəkilli izah

Kargo şirkətindən necə qeydiyyatdan keçməli və Türkiyədən sifarişi necə tamamlamalı?