Bəzilərimizin hələ cəhd etməyə çəkindiyi, bəzilərimizin isə artıq təcrübədən keçirib davamlı istifadə etdiyi onlayn sifariş bəzən bizə özəl bir gücümüzün olduğu hissini verir. Bir kliklə istədiyimiz məhsulu Türkiyədən onlayn sifariş etmək imkanı illər əvvvəl bizə yad bir anlayış kimi görünürdüsə, artıq bir çox avantajları ilə çoxumuzun vərdişinə çevrilib.
İnternetin və rəqəmsal dünyanın həyatımıza qatdığı yeniliklərdən biri olan onlayn alış-veriş bir çox məqamlarda işimizə yarayır. İstər əlverişli qiymət, istərsə də vaxt cəhətdən köməyimizə çatan onlayn sifarişin bəlkə də fərqinə varmadığınız bir çox faydasını bu bloqda oxuyacaqsınız.
- İstənilən zaman onlayn sifariş et
- Pulunuzun bir hissəsi cibinizdə qalsın
- Daha çox çeşid
- Bütün mağazalar bir ekranda
- Sənə lazım olanı al
- İzdihamdan uzaq
İstənilən zaman onlayn sifariş et
Onlayn sifarişin ən avantajlı tərəflərindən biri onlayn mağazaların heç vaxt bağlanmamasıdır. Bəzən iş və ya başqa səbəblərdən alış-veriş mərkəzlərinə getməyə vaxtımız qalmır. Bəzən isə vaxtımız olsa belə yorğun olduğumuz üçün mağazaları gedib gəzə bilmirik. 7/24 sifariş edə biləcəyiniz bir saytın olması sizlərə günün istənilən saatında rahatlıqla alış-veriş etmək imkanı yaradır. Evinizdən çıxmadan hətta gecə saatlarında da pijamalarınızla sadəcə bir kliklə istədiyiniz geyim və ya əşyanı Kango.az vasitəsiylə istər “bəyannamə” dolduraraq, istərsə də “mənim üçün sifariş et” xidmətindən istifadə edərək onlayn formada Türkiyədən asanlıqla ala bilərsiniz.
Pulunuzun bir hissəsi cibinizdə qalsın
Mağazaların pəncərələrində gördüyümüz endirimlərin çox zaman yalnız onların qarşısından keçərkən fərqinə varırıq. Onlayn alış-verişdə isə bu belə deyil. E-mail adreslərimizə göndərilən endirimlər haqqında məlumatlar isə bizlərin bu kampaniyalardan tezliklə xəbərdar olmamıza imkan yaradır. Hətta bəzən ölkəmizdəki endirimli məhsullar belə Türkiyədəki eyni məhsuldan qat-qat baha olur. Beləliklə, Türkiyədən onlayn sifariş etməklə mağazada ödəcəyiniz qiymətdən daha sərfəli qiymətə istədiyiniz məhsula sahib ola bilərsiniz.
Daha çox çeşid
Kiçik şəhərlərdə və ya rayonlarda yaşayan insanlar üçün Türkiyədən onlayn sifariş etmənin ən mühüm avatajlarından biri eyni anda bir çox mağazaya və dolayısıyla daha çox çeşidə çatma imkanıdır. Çünki yaşadıqları yerdə bir neçə markadan başqa alış-veriş etmək üçün mağaza tapa bilməyən insanlar təəssüf ki, çox zaman az məhsul çeşidi arasında məcburi seçimlər edirlər.
Halbuki virtual mühitdə, yəni onlayn sifariş edə biləcəyiniz platformalarda hər markanın hər məhsuluna rast gəlmək olur. Sizə müxtəlif məhsullar təklif edən onlayn alış-veriş saytları sayəsində internet üzərindən elektron əşyalardan geyim əşyalarına, dekorasiya məhsullarından ikinci əl məhsullarına qədər geniş çeşiddə məhsulu əldə edə bilərsiniz.
Bütün mağazalar bir ekranda
Heç bir coğrafi limitləmə olmadan və aviabiletlərə pul xərcləmədən Türkiyənin bütün onlayn sifariş saytlarını bir kliklə bir ekranda cəmləşdirmək sizin əlinizdədir. Onlayn sifariş zamanı vaxta qənaət etməklə yanaşı həm də fiziki və ya zehni olaraq yorulmursunuz.
Barmağınızın tək bir hərəkəti ilə dərhal saysız-hesabsız məhsullar çeşidlənir və istədiyinizi tapmaq üçün mağaza-mağaza gəzməyinizə ehtiyac qalmır. Bütün məhsulların və ya mağazaların bir ekranda görünməsi məhsulların görünüşünü, qiymətini və digər bir çox detallarını müqayisə etməyi sizlər üçün asanlaşdırır.
Hər hansı məhsulu alarkən çox zaman digər alıcıların rəyləri bizim üçün satıcıların məhsul haqqında verdikləri məlumatdan daha önəmli olur. Onlayn sifarişin ən gözəl avantajlarından biri də onlayn alış-veriş saytlarında fərqli alıcıların məhsul haqqında rəylərini oxuya bilmənizdir. Rəylərdə məhsulun keyfiyyəti, ölçü ilə bağlı problemləri, yuyulduğu və ya geyinildiyi zaman yarana biləcək mənfi və ya müsbət cəhətləri haqqında məlumat ala bilərsiniz.
Sənə lazım olanı al
Etiraf etməliyik ki, həyatımızda ən az bir dəfə mağazalarda məhsullara baxarkən sırf satış köməkçilərinin təzyiqi ilə almağı planlamadığımız və ya tam da ürəyimizcə olmayan məhsulu almağa özümüzü məcbur hiss etmişik. Bəzən isə aqressiv satış köməkçilərinə rast gələrək günümüzə mənfi enerji ilə davam etmişik. Onlayn sifariş zamanı isə bütün idarə sizin əlinizdədir. Heç bir təzyiq olmadan istədiyiniz məhsulu ala və ya fikrinizi rahatlıqla dəyişib başqa bir mağazaya keçid edə bilirsiniz.
İzdihamdan uzaq
Alış-veriş zamanı izdihamla qarşılaşmaq üzləşmək istədiyimiz ən son problemdir desək yanılmarıq. Hətta ən sevdiyimiz mağaza olsa belə, əgər içərisində insan çoxdursa bəzən həmin mağazaya daxil olmuruq. Mağazada insan çoxdursa, deməli, geyinmə otaqlarının qarşısında uzun sıra sizi gözləyir.
Onlayn sifariş zamanı isə sadalanan problemlərin heç biri ilə qarşılaşmırsınız. Ölçünü bildiyiniz halda rahatlıqla sayta giriş edib istədiyiniz məhsulu seçirsiniz. Saytdan özünüz onlayn sifariş etdiyiniz təqdirdə Kango.az saytında bəyannamə bölməsini dolduraraq qısa zaman ərzində bağlamanızı təhvil ala bilərsiniz.
Haqqında danışdığımız avantajlar yəqin ki, almaq istədiyiniz məhsulu Türkiyədən onlayn sifariş etməniz üçün yetərli səbəblərdir. Bəzən rahatlamaq üçün etdiyiniz alış-verişdən problemlərlə üzləşərək əsəbi halda qayıtmaq istəməzsiniz.
Artıq Kango.az ilə arzusunda olduğunuz məhsulu sərfəli qiymətə Türkiyədən onlayn sifariş edə bilərsiniz.
Bəs siz hansı üstünlüyünə görə onlayn alış-verişi tərcih edirsiniz?