Türkiyədən sifariş etmək istəyirsiniz, lakin onlayn mağaza bank kartınızı qəbul etmir? Türkiyədən sifarişlərinizi Kango.az ilə edin!
Kango.az istənilən Türkiyədən sifarişlərinizi onlayn alış-veriş saytlarından sizin əvəzinizə icra edir və qısa zaman ərzində Azərbaycana çatdırılmasını təmin edir.
Bunun üçün ilk öncə kango.az saytına daxil olaraq qeydiyyatdan keçin.
Qeydiyyat bölməsini kliklədikdən sonra açılan səhifədə şəxsi məlumatlarınızı daxil edib şifrə təyin edin. Sizə ən yaxın və uyğun filialımızı seçərək qeydiyyatınızı tamamlayın.
Növbəti açılan pəncərədə sifariş et bölməsinə klikləyin. İstifadəçi razılaşmasını qəbul etdikdən sonra seçdiyiniz məhsulun linkini, ölçüsünü, sayını və TL dəyərini müvafiq xanalara qeyd edin. Məhsulun detalları bölməsinə məhsulun rəngi və ya məhsulla bağlı qeyd etməniz lazım olan məlumatı daxil edə bilərsiniz. Qiyməti qeyd edərkən Türkiyə içi karqo ödənişi daxil olmaqla ümumi məbləği qeyd etdiyinizdən əmin olun.
Əks halda, sifarişiniz alınarkən Türkiyə içi karqo məbləği balansınızdan çıxılacaq, balansınızda müəyyən məbləğ olmadığı halda balansınız mənfiyə enəcək. Yenidən məhsul əlavə etmək üçün aşağıda yerləşən “Yeni məhsul” hissəsinə klikləyin və eyni qayda ilə yenidən xanaları doldurun.
Bağlamanızın təcili sifariş olunmasını, Türkiyə anbarımıza çatdığı zaman doğru ölçüdə, doğru rəngdə olmasını və qırılabilən əşyaların açılıb yoxlanılmasını istəyirsinizsə, təklif etdiyimiz “Təcili sifariş”, “Gold sifariş”, “Platinum sifariş” xidmətlərimizdən yararlana bilərsiniz. Sonda isə ekranı yuxarı sürüşdürməklə məsafəli satış sözləşməsini qəbul edib, ödəniş et düyməsinə klikləyin. Açılan pəncərədə “Tek çekim” bölməsini seçərək, kart üzərindəki Adı, Soyadı, “Kart numarası” bölməsində isə kartınızın 16 rəqəmini qeyd edin. Kartın son istifadə tarixi və kartın digər üzündə göstərilən CVC kodu, yəni, 3 rəqəmi daxil edin.
Daxil etdiyiniz məlumatların dəqiqliyinə əmin olduqdan sonra, “Ödeme yap” yazısına klikləyərək sifarişinizi tamamlaya bilərsiniz.
Əməkdaşlarımız sifarişinizi qısa müddət ərzində icra edəcək və bu haqda tezliklə bildiriş alacaqsınız. Türkiyə anbarımız tərəfindən qəbul olunmuş bağlamalar 3-6 gün ərzində müştərilərə çatdırılır.
Hörmətli müştərilər, nəzərinizə çatdırmaq istərdik ki, Türkiyə anbarımıza daxil olan bütün bağlamalarınız üçün “Smart Customs” tətbiqində bəyannamə doldurmalısınız. Bəyannamə doldurulmadığı halda, məhsullarınızın göndərilməsi baş tutmayacaq.
Əlavə suallarınız yaranarsa, bizə yaza və ya 012 525 43 43 nömrəsinə zəng edərək məlumat əldə edə bilərsiniz.
Kango ilə xoş alış-verişlər!