Türkiyədən kosmetika sifarişi

2023-01-20 14:37:31
Türkiyədən kosmetika sifarişi

Türkiyədən edilən sifarişlər arasında kosmetik vasitələri  xüsusi yer tutmaqdadır.

Qadınların əksəriyyəti kosmetikadan gündəlik istifafə edir. Müxtəlif kosmetik vasitələrdən düzgün şəkildə istifadə etməklə hər bir qadın təbii gözəlliyini vurğulayır. Bildiyimiz kimi, Pomada, tuş, tonal krem və s. qadın çantasının ayrılmaz parçasıdır.

 

 Bəs kosmetik vasitələrdən istifadə edərkən nələrə diqqət etmək lazımdır?

 

Dərinizin qızartı və səpkidən uzaq olmasını istəyirsinizsə, ilk öncə nəyə qarşı allergiyanızın olduğunu dəqiq bilməlisiniz.

Kosmetika vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə diqqət yetirməlisiniz. Kosmetika alarkən məhsulun tərkibi haqqında olan məlumatları diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, belə məhsulu almaq məsləhət deyil. Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir.

 

Kosmetika məhsullarının saxlanma müddəti məhsulların istehlakçıları tərəfindən müəyyən edilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz və qaş qələmi,  dodaq boyası, və ənlik 12-18 ay saxlama müddətinə malikdir.

 

Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmayan korlanmış kosmetik vasitələri rəngi, qoxusu və qatılığı kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür.

 

Türkiyədən kosmetika sifarişi üçün onlayn alış-veriş saytları

 

Trendyol – Türkiyənin onlayn alış-veriş saytları arasında lider mövqedə olan bu saytdan istədiyiniz kosmetika vasitələri tapmağınız mümkündür. Trendyol.com saytında “Mujgan”, “Mardinal”, “Mt”, “Muson” kimi mağazalardan istədiyiniz məhsulu uyğun qiymətə asan əldə edə bilərsiniz

 

Hepsiburada.com – Türkiyənin onlayn alış-veriş sektorunda ön sıralarda olan saytlardan biridir. Siz geyimdən, elektronikaya, ev əşyasından, kosmetik vasitələrə qədər hər şeyi sadəcə bir ünvandan ala bilərsiniz.

 

Gratis – Türkiyənin ən böyük kosmetika mağazaları şəbəkəsidir. 2009-cu ildən günümüzə qədər fəaliyyətdə olan bu marka, hər zaman müştəri məmnuniyyətinə önəm vermiş və insanların rəğbətini qazanmışdır.

Gratis markasının rəsmi saytı mövcuddur. Bu sayt vasitəsilə siz istədiyiniz məhsulu rahatlıqla sifariş edə bilərsiniz.   Bu saytın digər üstün cəhəti isə yalnız Türkiyədən kosmetika sifarişinizi deyil, həm də ev tekstili, aksesuar və təmizlik məhsullarınızı da ala bilməyinizdir.

 

Flormar – Türkiyədən kosmetika sifarişi zamanı ən çox müraciət edilən markalardan birisi də Flormar-dır. Flormar kosmetika markasının tarixi heç də yeni deyil. Marka 1950-ci ildə İtalyanın Milan şəhərində yaradılmışdır. Zamanla özünü təsdiqləyən bu marka məhsul çeşidliliyini artırmış, öz sektorunda liderlərdən biri olmuşdur.

 

Sərfəli və sürətli kargo – Kango.az

 

Kango.az vasitəsilə sifarişlərinizi sürətli və sərfəli şəkildə əldə edəcəksiniz. Kango.az şirkəti müştəri məmnuniyyətinin təminatçısıdır.Tariflərimiz 0.89$ - dan başlayır. Siz seçin, sifariş edin. Biz ən sərfəli şərtlərlə sizə çatdıraq.