Türkiyədən kosmetika sifarişi

2020-12-26 20:47:04
Türkiyədən kosmetika sifarişi

Türkiyədən kosmetika sifarişi üçün onlayn alış-veriş saytları

Türkiyədən kosmetika sifariş edərkən hansı onlayn mağazadan və necə sifariş edəcəyini bilməyənlər blogumuza yaxın əyləşsinlər. Yəqin ki, il ərzində xanımların ən çox pul xərclədiyi alış-verişlərdən biri də kosmetika alış-verişləridir. Özünə diqqət etməyi və bəzənməyi sevən xanımlar artıq Türkiyədən sifarişlərinə geyimlərlə yanaşı kosmetik vasitələr də əlavə edirlər. Bəzi kosmetik vasitələri şəhərimizdə daha ucuz qiymətə görsək də orijinallığından şübhəmiz olur, lakin Türkiyədən sifariş etdiyiniz bütün məhsullar orijinal və sərfəli qiymətədir. Bu blogumuzda sizlərə Türkiyədən kosmetika sifarişi zamanı mütləq baxmanız lazım olan onlayn alış-veriş saytlarını sadalayacağıq.

Çoxumuz demək olar ki, corabdan kosmetikaya qədər hər şeyi Trendyol.com saytından sifariş etməyə alışsaq da,  bundan sonrakı Türkiyədən kosmetika sifarişlərinizdə digər saytlara baxmaqda fayda var.

Türkiyədən kosmetika sifarişi blogumuzda bəhs edəcəyimiz Türkiyə kosmetik onlayn alış-veriş saytları aşağıdakılardır:

  • Gratis
  • Watsons
  • Trendyol
  • Kozmela

 

Gratis

gratis türkiyeden kosmetika sifarishi

Türkiyədən kosmetika sifarişlərində alıcıların tanıdığı məşhur markalardan biri olan Gratis kosmetika və şəxsi baxım məhsullarını daha uyğun qiymətə təklif edərək belə məhsulları hamı üçün əlçatan etmək məqsədi ilə qurulub. Gratis-in “Kampaniyalar” bölməsində müxtəlif brendlərə məxsus ənlikləri, dodaq boyalarını, tonal kremləri, laynerləri, tonikləri və s. daha münasib qiymətə tapa bilərsiniz. Saytda çox bəyənilən digər xüsusiyyətlərdən biri isə ailə üzvlərinizə və ya ən yaxın rəfiqənizə ad günü hədiyyəsi almaq istəyirsinizsə, buradakı hədiyyə ideyalarından istifadə edərək alış-veriş etmə imkanı verilməsidir. Türkiyədən kosmetika sifarişi edərək hədiyyə almaq istəyirsiniz, lakin büdcənizin limitli olmasından narahatsınızsa, bu saytın sizin üçün ən ideal təklifləri etdiyini deyə bilərik. Çünki 25, 50, 75, 100 TL və daha aşağı büdcəyə onlayn alış-veriş etməyiniz üçün xüsusi kateqoriyalar mövcuddur. Bu saytın digər üstün cəhəti isə yalnız Türkiyədən kosmetika sifarişinizi deyil, həm də ev tekstili, aksesuar və təmizlik məhsullarınızı da ala bilməyinizdir. “Ana və uşaq” bölməsindən isə körpəniz üçün axtardığınız şampun, dəsmal, sabun, krem kimi məhsulları rahatlıqla əldə edə bilərsiniz.

 

Watsons

watsons turkiyeden kosmetika sifarisi

Əgər daha öncə Watsons vasitəsilə Türkiyədən kosmetika sifarişi etməmisinizsə, indi bunun tam vaxtıdır, çünki hazırda “İl Sonu Endirimləri” çərçivəsində 14-31 Dekabr tarixləri arasında 70%-ə qədər endirimlərdən yararlana bilərsiniz. Həm qadınlar, həm də kişilər üçün şəxsi baxım vasitələri və sizə lazım olan elektronik əşyaları-saç qurutmaq və düzləşdirmək üçün fenləri, üzqırxan maşınları da burada tapa bilərsiniz. Bu onlayn mağazadan həmçinin qutu oyunlar, mətbəxiniz üçün yüngül məişət texnikası, hətta telefon və kompyuter aksesuarları da sifariş etməyiniz mümkündür.

 

Trendyol

trendyol turkiyeden kosmetika sifarishi

Onlayn sifarişlərdə bir çox kateqoriyalarda ilk mövqe tutan Trendyol, Türkiyədən kosmetika sifarişində də tez-tez üstünlük verilən saytlardan biridir. Burada çox onlayn alış-veriş edilməsinin səbəblərindən biri də məhz budur, belə ki, bir çox müştəri alacağı geyim, ayaqqabı, çanta və digər aksesuarları seçdikdən sonra Türkiyədən kosmetika sifarişlərini də eyni hesabdan edərək alış-verişlərini qısa vaxt ərzində və rahatlıqla tamamlaya bilirlər. Əgər tonal krem sifarişi etmək istəyirsiniz, lakin hansı markadan alış-veriş edəcəyinizi bilmirsinizsə, “Çox satanlar” kateqoriyasından ən çox satılan məhsullar bölməsində xanımların sevimli tonal kreminə baxaraq qərar verə bilərsiniz.

 

Kozmela

turkiyeden kosmetika sifarishi kozmela

Türkiyədə sevilən digər kosmetik vasitələrin satıldığı onlayn alış-veriş saytlarından biri də Kozmela.com saytıdır. Bu saytda siz nə az, nə çox yüzlərlə markanın məhsuluna rast gələ bilərsiniz. Kozmela onlayn satış saytı özündə yalnız kosmetik vasitələri deyil, cild baxım, şəxsi baxım, uşaq baxım məhsullarını da cəmləmişdir. Əgər siz bu saytdan sifarişinizi axşam 10:00-a qədər yerinə yetirsəniz, bağlamanız eyni gün içərisində karqoya veriləcəkdir. Karqolanmanın tez yerinə yetirilməsi sevilən xüsusiyyət olsa da, Kozmela.com-da karqo dəyəri digər saytlara nisbətən daha baha yəni 12.90 TL-dir.

Əgər Türkiyədən kosmetika sifarişi etmək istəyirsinizsə, gecikməməlisiniz, çünki hazırda Komela.com saytında 75%-ə qədər yeni il endirimləri davam edir. Özünə Türkiyənin ən böyük kosmetik butiki adını verən Kozmela.com saytının bütün kampaniyalarını görmək üçün səhifədən “Kampanyalar” yazılan bölməyə keçid edə bilərsiniz.

Kosmetikalar və şəxsi baxım vasitələri gündəlik istifadə olunduqlarından Türkiyədən kosmetika sifarişi edərkən orijinal məhsulları almağınız dərinizin sağlamlığının qayğısına qalmaq üçün çox önəmlidir. Bununla yanaşı, onlayn sifariş edərkən orijinal məhsul almaq üçün büdcənizin böyük bir qismini xərcləməməyə də diqqət etməlisiniz. Sadaladığımız saytların hər biri alıcıların onlayn kosmetika sifarişi etdiyi etibarlı saytlardan hesab olunurlar. Mütəmadi endirim kampaniyaları da keçirtdikləri üçün orijinal məhsulları büdcənizə qənaət edərək almış olacaqsınız. Odur ki, növbəti dəfə Türkiyədən kosmetika sifarişi edərkən məhsulların tərkiblərinə baxmağı və adları çəkilən saytlara baş çəkməyi unutmayın.

Sizə Kango ilə xoş alış-verişlər arzulayırıq!