İş saatları

Bazar ertəsi - Şənbə 10:00-19:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən kitab sifarişi üçün sərfəli 9 onlayn sifariş saytı

Türkiyədən kitab sifarişi üçün sərfəli 9 onlayn sifariş saytı
Türkiyədən kitab sifarişi üçün sərfəli 9 onlayn sifariş saytı

Türkiyədən kitab sifarişi üçün saytların siyahısı:

Geyim, ayaqqabı, çanta və s. sifariş edə biləcəyiniz kimi kitablarınızı da kango.az münasib qiymətə çatdıracaqdır. Türkiyədən kitab sifarişi hansı onlayn mağazalardan etmək olar deyə fikirləşirsinizsə bu bloq sizin üçündür. Elə isə sifariş edə biləcəyiniz saytlara nəzər salaq:

 

1. Maxkitap.com

maxkitap kitab sifarisi

2010-cu ildə onlayn kitab mağazası olaraq fəliyətə başlamış Maxkitap-dan endirimli və ucuz qiymətə hər janra uyğun kitabları sifariş verə bilərsiniz. Maxkitap saytında yeni və yaxın günlərdə nəşr ediləcək kitabların qiymətini də görməyiniz mümkündür. 89 TL və üzəri sifariş etdiyinizdə Türkiyə daxili ödənişsiz çatdırılma təklif edir.

 

2. Pandora

pandoradan kitab sifarisi

Pandora.com.tr türk və ingilis dillərində geniş kitab seçimi təqdim edir. Pandora onlayn kitab mağazasının digərlərindən fərqi odur ki, son ayda nəşr olunan türk kitablarını 20% endirimlə təqdim edir. İngiliscə kitabları isə orijinal qiyməti ilə sifariş edə bilərsiniz. 

 

3. Idefix.com

idefixden kitab sifarisi

Sayta klik etdiyiniz zaman 15, 25, 40, 50 və 75 TL endirim fürsətini çarxı çevirərək qazana bilərsiniz. Əlavə olaraq çox satan kitablar, kitab dəstləri, dəftərxana ləvazimatlarında %50 kimi endirimdən yararlana bilərsiniz. Hətta 100 TL alış-veriş etdiyinizdə 20 TL hədiyyə qazanacaqsınız.

 

4. Kitapsec.com

kitapsec turkiyeden kitab sifarisi

Türkiyədən kitab sifarişi edə biləcəyiniz onlayn mağazalar arasında Kitapseç də yer alır. 100 TL-dən artıq sifariş etdiyiniz zaman türkiyə daxili çatdırılma pulsuz olacaqdır. Hal-hazırda oktyabr ayının 31-ə kimi %70-ə qədər endirim kampaniyası davam edir. Sizin də bu fürsətdən faydalanmağınız üçün kango.az ilə sifariş etməyinizi tövsiyə edirik.

 

5. D&R

d&r kitab sifarisi

Kitabdan başqa hobbiləriniz üçün  Münasib qiymətə və zövqünüzə uyğun kitab janrlarını seçə bilərsiniz. Buradan 100 TL və daha çox sifariş verdiyiniz halda Türkiyə daxili çatdırılma ödənişsiz olacaqdır. 

 

6. Kitapyurdu.com

kitapyurdu kitab sifarisi

Kitab sifarişi edə biləcəyiniz digər sayt isə kitapyurdu.com dur.  Bu sayt kitab sevərlərin sevimli saytıdır. Münasib qiymətə hər janrda müxtəlif kitablar tapa bilərsiniz. “Cep boy” kitabları isə bir qiymətə - 2.90 TL-ə sifariş vermək mümkündür. Eyni zamanda normal ölçüdə olan kitabları da endirimli qiymətə sifariş vermak olar.

 

7. Kitapzen

turkiyeden kitablar sifaris et

Kitapzen onlayn kitab sifarişi saytı 95 TL və daha çox məhsul sifariş etdiyinizdə Türkiyə daxili çatdırılmanı ödənişsiz edir. Saytın sağ tərəfində endirimdə olan və çox satılan kitabların siyahısını görə bilərsiniz.

 

8. Kitapsepeti.com

kitapsepeti kitab sifaris et

10 il əvvəl açılan Kitapsepeti.com saytından endirimli ya da sərfəli qiymətə sevdiyiniz janrdakı kitabları kango.az vasitəsiylə sifariş edə bilərsiniz. Hal-hazırda davam edən 75%-ə qədər endirimdən faydalanmağınızı tövsiyə edirik.

 

Bu bloqda sizə Türkiyədən kitab sifarişi etməyiniz üçün bir çox onlayn mağazalardan danışdıq. Kitablarınızı qısa müddətdə və etibarlı şəkildə çatdırılmasını kango.az təşkil edəcəkdir. Elə indi sifariş et!