İdmanın həyatımızdakı əhəmiyyəti
İdman, insan vücudunu formada və gümrah saxlayan amillər sırasında ilk pillədədir. İdman insanların həm gec yaşlanmasını, həm də sağlam ruh və bədənə sahib olmasını təmin edir. Bu səbəbdən, insanlar idmanı həyatlarının bir parçası halına gətirməlidir. Lakin, bu o demək deyil ki, sadəcə idmanla məşğul olmaq insanların sağlamlığını təmin edəcəkdir. Sağlam qidalanmaq və vücudun vitamin ehtiyatını təmin etmək, idmanla məşğul olmanın effektivliyini artıracaqdır. Bu səbəbdən də, professional şəkildə idmanla məşğul olan insanlar, idman qidalarının qəbulunu tövsiyyə edir.
İdman qidaları qəbulunun üstünlükləri
İdman qidaları - əsasən idman və fitneslə məşğul olan, yarışlara hazırlaşan peşəkar idmançılar üçün istehsal olunur. İdman qidalarının istifadəsi, əzələ həcmini böyütmək, bəzi hissələrdə piy təbəqəsini yandırmaq, maddələr mübadiləsini yaxşılaşdırmaq məqsədi daşıyır. İdman qidalarının qəbulu, vücuddakı irəliləyişi tədricən təmin edərək, gözlə görüləcək fərqlərin yaranmasını təşkil edir. İdman qidaları 5 əsas kateqoriyaya bölünür ki, bunlar aşağıdakılardır:
-yüksək zülallı məhsullar
-karbohidrat və zülal qarışımları
-amin turşuları
-yağyandırıcılar və kreatinlər
-proteinlər və vitaminlər
Bu bloqumuzda sizə, protein və vitamin məhsulları və bu məhsulların sifarişi haqqında ətraflı məlumat verəcəyik.
Protein nədir?
Protein, tərkibində heyvan və ya bitki mənşəli zülallardan ibarət, orqanik idman əlavəsidir. Zülal bizim günlük rasyonumuzun ayrılmaz bir hissəsidir, lakin istənilən zülal orqanizm tərəfindən mənimsənilə bilmir. Protein qəbulu da, məhz bu səbəbdən tətbiq edilir. Proteinlərin istifadə məqsədi, vücuddakı əzələ kütləsinin artırılması üçündür. Proteinin düzgün qəbulu zamanı, vücuddakı vitamin və zülalı balanslaşdırır və orqanizm balanslaşmış maddələri tam mənimsəyə bilir. Proteinin düzgün qəbulu dedikdə isə, doğru ölçüdə tətbiqi nəzərdə tutulur. Hər orqanizm müxtəlif olsa da, protein qəbulunun standart ölçüsü, 1,5-2,5 qr civarında olmalıdır. Proteinlər özlüyündə zərərli bir məhsul olmasa da, artıq miqdarda dozanın qəbulu zamanı, insan vücudunda mənfi təsirlər göstərə bilər. Adətən toz şəklində və qoxusuz olur, tətbiqi isə çox sadədir. Hal-hazırda Ronic-Nutrition, Proteinocean, Hardline kimi keyfiyyətli markalar, protein sifarişlərində ön sıralarda gəlirlər. Hardline markasının istehsal etdiyi protein tozlarının hətta şokolad, çiyələk və s. kimi aromalı növləri də mövcuddur.
Vitamin nədir?
Orqanizm üçün əvəzolunmaz qida komponenti olan üzvi birləşmədir. Vitaminlər, orqanizmin maddələr mübadiləsi prossesində iştirak edərək, biokimyəvi və fizioloji prosseslərin normal fəaliyyətini təmin edir. Vücudda vitamin çatışmamazlığı, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu səbəbdən də, bədənin sağlam və gümrahlığını qorumaq üçün, vitaminlərin davamlı olaraq istifadəsi qaçınılmazdır. İdmanla məşğul olan insanlar, vitaminləri ümumi tonusu dəstəkləmək, immuniteti qorumaq və məşqlərdən sonra yorulmuş bədənin enerjisini tez şəkildə təmin etmək məqsədilə istifadə edirlər. Vitaminlərin, gün ərzində 1-2 dəfə olmaqla qəbulu daha məqsədəuyğundur. ZMA, Joint Flex, Tribulus və s. kimi vitaminlərin istənilən Türkiyə saytlarından sifarişi mümkündür.
Sərfəli və etibarlı karqo Kango!
Əgər siz də qeyd etdiyimiz protein, vitamin və digər idman qidalarını asan və sərfəli şəkildə əldə etmək istəyirsinizsə, Kango.az saytından qeydiyyatdan keçməyi unutmayın.
Həmçinin, Kango sizə mobil tətbiqi vasitəsilə də, sifarişlərinizin rahatlıqla həyata keçməsinə imkan yaradır. Elə isə indi, sifariş edərək Kangonun bu imkanlarından yararlanmağa tələsin!