İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən idman ayaqqabıları və geyimləri sifarişi

Türkiyədən idman ayaqqabıları və geyimləri sifarişi
Türkiyədən idman ayaqqabıları və geyimləri sifarişi

Türkiyədən idman ayaqqabıları və geyimləri sifarişi

 

Statistiklara görə Türkiyədən Azərbaycana onlayn olaraq verilən məhsul sifarişləri arasında geyim sifarişləri ilk sıradadır. Təbii ki, tekstil sektorunda Türkiyə dünyanın öndə gələn ölkələrindən olduğundan məhz qardaş ölkədən paltar sifarişlərinin bizim ölkəyə görə daha uyğun qiymətli olması tam olaraq normaldır. Həm istehsalçı, həm də istehlakçı baxımından insanlara keyfiyyətli və münasib qiymətli məhsulların təklif olunduğu Türkiyənin bu bazarı bir tək bizim vətəndaşlar üçün deyil, bir çox ölkə vətəndaşları üçün də çox münasibdir. İstənilən qiymət və istənilən keyfiyyətdə məhsulların tapıldığı Türkiyədən həmin məhsulları həm də Azərbaycana onlayn olaraq sifariş etmək mümkündür. Təbii ki, bunun üçün ilk öncə hansı növ geyim sifariş edəcəyinizə qərar verməlisiniz. Geyim sektorunda idman geyimləri və ayaqqabıları bir çox vətəndaşımız üçün əlçatan və maraqlı olduğu bugün sizlərə bununla bağlı araşdırdığımız və hazırladığımız blogu təqdim edirik. Türkiyənin məhz idman geyimləri və ayaqqabıları olan bir neçə əsas onlayn alış-veriş saytları ilə tanış olmağınız üçün onlarla bağlı məlumatları sizin ixtiyarınıza buraxırıq.

1)Trendyol.com-Türkiyənin ən böyük, həm də ən çox məhsul çeşidi olan, bununla birlikdə demək olar ki, yaşadığımız coğrafi bölgədə hər kəs tərəfindən yetəri qədər tanınan bu saytdan Azərbaycana rahatlıqla sifariş edə bilərsiniz. Saytda hər kəsə məlum olduğu kimi bir çox sektordan fərqli və müxtəlif çeşiddə məhsullar mövcuddur. İstər geyim, istər elektronika, istər parfüm və s. kimi məhsulların olduğu bu saytda hər sektora aid ayrıca kateqoriyalar da var. Buna misal olaraq bu platformada “SPOR&OUTDOOR” bölməsindən idmanla bağlı olan hər növ geyim, ayaqqabı, papaq kimi bir çox məhsulu tapa bilərsiniz. Saytda bu kateqoriyaya daxil olduğunuz zaman bir çox yerli və xarici marka olan sport ayaqqabı, geyimlər tapmaq mümkündür. Nümunə olaraq idman ayaqqabıları kateqosiyasına baxdığımız zaman qaçış üçün, xalçalı stadion üçün, basketbol üçün, tennis üçün, günlük yürüyüş üçün, voleybol üçün və s. kimi ayaqqabı tərzlərini görə bilərik. Hər bir qiymətə uyğun olan idman ayaqqabıları və geyimləri olan bu saytdan siz seçdiyiniz məhsulu rahatlıqla Azərbaycana sifariş edə bilərsiniz.

2)Sporjinal.com-150 lirə üzəri sifarişlər zamanı Türkiyə daxili karqo daşınmasının pulsuz olduğu bu saytda siz həm qadın, həm kişi, həm də uşaqlar üçün idman məhsulları tapa bilərsiniz. Adidas, Puma, Nike, Hummel, Reebok, The North Face və s. kimi dünyaca məşhur markaların olduğu bu onlayn alış-veriş platformasından istədiyiniz məhsulları sifariş edə bilərsiniz. Əgər sayt sizin bank kartınızı qəbul etməzsə, bunun üçün Kango-nun “Sifarişimi Al” xidmətindən yararlana bilərsiniz.

3)Instreet.com.tr- bu saytda siz sadəcə idman geyim və ayaqqabıları deyil, aksesuar-çanta da tapmağınız mümkündür. Saytda yerləşdirilmiş olan kateqoriyalar üzərindən istədiyiniz məhsulu tapmağınız və seçməyiniz mümkündür. Çox sadə və asan şəkildə qurulmuş bu saytdan bir çox məhsulları endirimli qiymətlərlə də ala bilərsiniz. İlin müəyyən dövrlərində tətbiq edilən bu endirimlərdən yararlanmaq üçün hər zaman Kangonun sosial media səhifələrini izləməyinizi tövsiyə edirik.

4)Decathlon.com.tr-Türkiyədə daha çox kampçılıq üçün lazım olan məhsulların satış mağazası kimi tanınan bu markadan siz həm idmanla bağlı məhsullar, həm də dağçılıq-kampçılıq ləvazimatları ala bilərsiniz. Saytda gəzdiyiniz zaman satılan məhsulların çox yaxşı keyfiyyətə malik olduğunu görə bilərsiniz. Həqiqətən də bu saytdan alınan məhsullar qiymət baxımından digərlərindən biraz baha olsa da, keyfiyyət baxımından digərlərindən çox üstündür. Tam olaraq könül rahatlığı ilə bu saytdan bəyəndiyiniz məhsulları Kango ilə sifariş edə bilərsiniz. Məhsullarınızın Türkiyədən Azərbaycana sürətli və sərfəli tariflərlə daşınmasını istəyirsinizsə, elə indi Kango.az saytından qeydiyyatdan keçə bilərsiniz.

5)Sportive.com.tr-Türkiyənin ən özəl idman geyimləri və ayaqqabıları satılan onlayn alış-veriş saytlarındandır. Saytda siz istədiyiniz ölçüdə, rəngdə, materialda sport geyim və ya sport ayaqqabı tapa bilərsiniz. Verilən sifarişləri vaxtında və dəqiqliklə yerinə yetirən bu onlayn alış-veriş platforması insanların rahatlıqla güvənə biləcəyi saytlar arasında ilk başlardadı. Saytda bir çox vaxt endirim kampaniyaları tətbiq olunur. Bəzi kampanyalarda hətta 400 lirə üzərində məhsul alana 100 lirə endirim verilir. Dünya və Türkiyə markalarının məhsullarının satıldığı saytdan siz həm də komanda oyunları üçün geyimlər də sifarişlər edə bilərsiniz.

Türkiyədən Azərbaycana verilən sifarişlərin tam zamanında, sürətli və etibarlı bir şəkildə çatdırılmasını istəyirsinizsə, elə indi Kango.az saytında qeydiyyatdan keçərək Kangonun xidmətlərindən faydalana bilərsiniz. Türkiyədən onlayn alış-veriş keyfini Kango ilə birgə yaşamağın tam zamanıdır.