İdmanla məşğul olmağın fiziki və zehni inkişafa müsbət təsir etdiyini göstərən bir çox araşdırma nəticələri var. Ancaq məşq proqramınız nə olursa olsun, sadə və ya ağır, idman edərkən bir sıra idman avadanlıqlarına ehtiyacınız olur. Hələ ki, məşqinizi evdə edirsinizsə...
Sağlamlığınız və təhlükəsizliyinizi ön planda tutaraq hazırlanmış idman avadanlığı yerli olaraq arıqlamaq və əzələ yığmaq istəyənlər üçün də çox təsirlidir. Bu bloqumuzda isə sizə evdə və ya idman zallarında istifadə edə biləcəyiniz 6 əsas idman avadanlığı haqqında danışacağıq.
İdman matı
Bir çox məşq proqramında hərəkətlərin yerdə edilməsi lazım ola bilər. Ancaq sərt səthdə edilən hərəkətlər insanın sümük quruluşuna mənfi təsir göstərir və məşqin effektivliyini azaldır. Bu da yaralanmalara səbəb ola bilər.
İdman xalçası anatomik səthi sayəsində məşqinizi rahat və təhlükəsiz yerinə yetirməyə imkan verir. Beləliklə, idmandan əldə etdiyiniz səmərəliliyi də artırır.
Ağırlıq setləri
Ağırlıq setləri əsasən, iki qrupa görə kateqorizə edilir. Sabit dambıllara daha çox evdə, tənzimlənən dambıllara isə idman zallarında üstünlük verilir.
İstər evdə, istərsə də idman zalında, fitnes proqramınıza çəki məşqlərini əlavə etmək sizə həm daha güclü əzələ quruluşu, həm də daha davamlı bədən qazandıracaq.
Ancaq ağırlıq məşqləri edərkən ən ağır dambıllardan başlamaq əzələ quruluşuna mənfi təsir göstərdiyi üçün zədələrə səbəb ola bilər. Belə halların qarşısını almaq üçün çəkiləri tədricən artırmağınız son dərəcə vacibdir.
Atlama ipi
Qısamüddətli məşqdən yüksək məhsuldarlıq əldə etmək istəyənlər üçün ip çox təsirli idman avadanlığıdır. Yerə qənaət etmə xüsusiyyəti ilə çantanıza belə sıxa bildiyiniz atlama ipi, idman etmək istədiyiniz zaman yanınızda ola biləcəyiniz praktik bir vasitədir.
İplə tullanma bədəndəki bir çox əzələ qrupunu eyni anda işləyir və qan axınını sürətləndirərək ürəyə daha çox qan pompalamağa kömək edir. Bundan əlavə, bədəni tarazlıqda saxlayır.
İdman avadanlıqlarını Kango ilə sifariş et!
Ölkənin ən sürətli və ən etibarlı karqo şirkəti olan Kango, hər zaman müştərilərinin məmnuniyyətini düşünür. Türkiyədən olan sifarişlərinizi tam güvənli şəkildə əldə etmək istəyirsinizsə, Kango yüksək səviyyədə olan xidmət və tarifləri ilə bunu təmin edəcəkdir. Siz də elə indi, Kango.az saytından qeydiyyatdan keçərək onlayn alış-verişdən həzz alın və sağlamlığınızın qeydinə qalın!