Türkiyədən ev oyunlarının sifarişi

2023-02-13 17:43:38
Türkiyədən ev oyunlarının sifarişi

 

 

Əyləncəli ev oyunları insanları bir araya gətirmək, yeni dostlar qazanmaq və ya köhnə dostlarla əylənmək üçün əla yoldur. Amma mühiti canlı və enerjili etmək həmişə asan olmur. Belə ki, bu bloqumuzda sizin üçün ziyafətinizdə qonaqlarınızı cib telefonlarından uzaqlaşdıracaq sadə və əyləncəli oyunları təklif edəcəyik.

Monopoliya oyunu -  Oyunda maksimum 6 nəfər iştirak edir. Bu oyunda siz daşınmaz əmlak əldə edib qazandığınız pul ilə həmin sahədə ev və ya otel də satın ala bilərsiniz. Oyun zamanı pula ehtiyacınız olarsa, daşınmaz əmlakınızı girov qoymaq imkanınız olur. Bundan əlavə oyun zamanı siz müxtəlif göstərişləri yerinə yetirməli olacaqsınız. Bu oyunda olan məqsəd, müflis olmamış yeganə oyunçu kimi qalmaqdır.

 Jenga oyunu  - Qala tikildikdən sonra qüllə tikən şəxs oyuna başlayır. Burada hərəkətlər istənilən mərtəbədən bir blok götürüb qüllənin üstünə səliqəli bir şəkildə yerləşdirməkdən ibarətdir.

Uno oyunu – Uno kartlarının xüsusiyyətləri

 “2 kart çək” (+2): Bu kart sonrakı oyunçuya 2 kart çəkdirir.

  “4 kart çək” (+4): Bu kart sonrakı oyunçuya 4 kart çəkdirir.

 “Revors” (əks işarələr): Bu kart oyunun yönünü dəyişdirir.

  “Pas keç” (Qadağandır işarəsi): Bu kartı oynayan şəxsdən sonrakı oyunçu pas                   keçilir.

 “Joker”( 4 rəngli dairə): Bu karta oyunçu oyunun rəngini dəyişdirir. Bu kartı     oyunçu oynadığı zaman 4 rəngdən istədiyini seçə bilər və oyun həmin rəngə görə    davam edir.

Ev oyunları  sifariş edə biləcəyiniz onlayn alış-veriş saytları

Trendyol.com.

 

Türkiyənin onlayn alış-veriş sektorunda ön sıralarda olan saytlardan biridir. Minlərlə markanı özündə cəmləşdirərək, müştərilərin arzuladıqları bütün məhsulları sifariş etmələrini təmin edir.

Trendyol.com saytında olan bir çox markalardan istədiyiniz məhsulu sifariş edərək  uyğun qiymətə ev oyunları əldə edə bilərsiniz.

 

Hepsiburada.com

 

Türkiyənin ən məşhur onlayn alış-veriş saytlarından biri olan Hepsiburada.com saytından həm yerli, həm də xarici markalardan istədiyiniz ev oyunlarını məhsulu Kango.az vasitəsilə asan əldə edə bilərsiniz.

Hepsiburada.com saytından sifariş etmək üçün “Hobi&Oyun” kateqoriyasına keçərək istəyinizə uyğun ev oyunlarını  onlayn şəkildə sifariş edərək əldə edə  bilərsiniz.

 

Ən sərfəli karqo – Kango.az

 

Kango.az karqo şirkəti olaraq həmvətənlərimizin vaxtına və büdcəsinə qənaət etməsinə təmin etmək naminə Türkiyədən edilən sifarişləri sərfəli və sürətli şəkildə çatdırırıq. Siz də Türkiyədən edəcəyiniz sifarişləri etibarlı və qısa müddətdə əldə etmək istəyirsinizsə, sifarişlərinizin çatdırılmasını bizə etibar edin!

 Elə isə indi Kango.az saytından qeydiyyatdan keçməyə və Türkiyədən etdiyiniz onlayn alış-verişdən həzz almağa çalışın.