Türkiyədən ev heyvanları geyimi sifarişi

2022-11-16 17:51:51
Türkiyədən ev heyvanları geyimi sifarişi

Ev heyvanlarının sevimli və şirin görüntüsü bizi kiçik dostlarımıza özləri kimi sevimli geyim və aksesuarlar almağa vadar edir. Müxtəlif konsepsiyalı geyim və aksesuarlar son dönəmlərin populyar mövzusuna çevrilmişdir. Evində kiçik dostlarımızla yoldaşlıq edən hər kəs onlar üçün xüsusi geyim və aksesuarları əldə etməyə can atır. Budəfəki bloqumuzu da əsl heyvan sevənlərə həsr edirik ki, ev heyvanı geyimi sifariş edərkən nələrə diqqət yetirsinlər və haradan sifariş etsinlər? Gəlin birlikdə nəzər yetirək:

 

Ev heyvanları geyimi sifariş edərkən nələrə diqqət yetirilməli?

 

İlk öncə diqqət yetirməli olduğunuz nüans ev heyvanınızın cinsidir. İt, pişik, tutuquşu və s. kimi sevimli ev heyvanınızın xüsusiyyətlərinə və sağlamlığına bələd olmalısınız. Bu, ona görə vacibdir ki, geyindirəcəyiniz geyim və ya aksesuar onun vücud istiliyinə və tük sıxlığına mənfi təsir etməsin.

 

Digər bir nüans da ev heyvanınızın nə dərəcədə aktiv olduğudur. Çünki aktivliyi çox olan ev heyvanlarında geyim və aksesuar onların hərəkətini limitləyə bilər.

 

Ev heyvanları geyimlərini haradan əldə etməli?

 

Son dönəmlər Tükriyədən edilən sifarişlərin çoxluğu hər kəsin məlumudur. Bu artım ev heyvanları yeməklərində, əşyalarında və həmçinin geyimlərində də təzahür etməkdədir. Belə ki, siz arzuladığınız ev heyvanı geyimlərini Türkiyənin Trendyol.com, Hepsiburada və s. kimi məşhur onlayn alış-veriş platformalarından əldə edə bilərsiniz. Məsələn GTB Pet, Pati Groot, Patibör və s. kimi markalara nəzər yetirərək sevimli və arzuladığınız ev heyvanı geyimlərini Kango ilə sifariş edə bilərsiniz.

 

Kango ilə ev heyvanınızın qeydinə qalın!

 

Ölkənin ən sürətli və etibarlı karqosu olan Kango, hər zaman müştərilərinin məmnuniyyətini düşünərək, vaxta və büdcəyə qənaəti təmin edən tariflər təklif edir. 0.89 USD-dən başlayan çatdırılma xidməti vasitəsilə sifarişlərinizi uyğun qiymətə əldə edəcəksiniz. Vaxt itirmədən Kango.az saytından qeydiyyatdan keçməyə və onlayn alış-verişdən həzz almağa tələsin!