Türkiyədən ev dekoru sifarişi üçün etibarlı saytlar

2020-10-12 18:31:13
Türkiyədən ev dekoru sifarişi üçün etibarlı saytlar

Bəzən ev dekorunu yeniləmək istəsək də, gərək iş yükünə, gərək də yorğunluqdan alış-veriş etməyə vaxt tapa bilmirik. Arabir mağazalara baş çəksək belə, məhdud çeşid arasından evimizə uyğun dekor məhsullarını seçməkdə çətinlik çəkirik.

 

Yəqin ki, evinin xoş və ürəyəyatan olmasını arzu etməyən insan tapmaq çətin olar. Əgər siz də evinə çox diqqət göstərən insanlardansınızsa, dekorasiyanın önəmindən xəbərdarsınız. Işıqlandırmadan xalçalara, güzgülərdən şamlara kimi hər əşyanın zövqünüzə uyğun olması mütləqdir.  

 

Evi bəzəmək üçün seçilən əşyaların keyfiyyətli və funksional olması, eynilə dizaynı evin üslubuna uyğunlaşması tövsiyə edilir. Elə kompüterin qabağından uzaqlaşmadan, bir kliklə Türkiyənin onlayn mağazalarından evinizin üslubuna uyğun ev aksessuarlarını Kango vasitəsilə sifariş edə bilərsiniz.

 

Türkiyədən ev dekoru sifariş edə biləcəyiniz saytlar olduqca çoxdur. Bu bloqumuzda həmin saytlarla tanış olacaq, mağazaların bir-birindən fərqlənən xüsusiyyətləri və təklif etdikləri məhsul çeşidlər barədə məlumatlanacaqsınız. Elə isə sizin üçün bir araya topladığımız 10 ev dekor əşyaları sifariş edə biləcəyiniz mağazalara nəzər salaq.

Türkiyədən ev dekoru sifarişi üçün etibarlı saytlar

1. Koçtaş

koctasdan azerbaycana sifaris

Koçtaş.com.tr - keçirdikləri çox sayda endirim kampaniyaları ilə alış-veriş sevərlərin üz tutduqları saytdır. Hal-hazırda davam edən 24 fərqli endirim kampaniyası ilə müştərilərin yolunu gözləyir. Masa və stullarda 30%-ə qədər, işıqlandırma məhsullarında 50%-ə qədər, xalçalarda isə 50%-ə qədər endirimlərdən bu link vasitəsilə faydalana bilərsiniz.

 

2. Ikea

ikeadan azerbaycana sifaris

Şübhəsiz ki, ev dekoru alış-verişi etmək lazım olduqda, ilk ağla gələn Ikeadır. Fərqli üslublara xitab edən həm mebellərin, həm də dekor məhsullarını satışını gerçəkləşdirən İsveç markasıdır. Alış-veriş həvəskarlarının tez-tez ziyarət etdiyi Ikea, keyfiyyətli və sərfəli qiymətlərlə evini bəzəmək istəyənlər üçün faydalı saytlardan biridir. Ikeanın təklif etdiyi “iyi fikirler” bölməsindəki ideyalar evinizi bəzəmək üçün sizə lazım olan “ilham pərisini” tezliklə ayaqlarınıza gətirəcək. 

 

3. Pera Bulvarı 

turkiyeden-ev-dekor-sifarisi

Pera Bulvarı ev dekoru və dizayn məhsullarını bir araya toplayan alış-veriş saytdır. Dünyaca məşhur markaların məhsullarını burada tapmaq mümkündür. Daim yenilənən kampaniyalarla dəbdəbəli dekor məhsullarını eviniz üçün sifariş edə bilərsiniz. Mətbəx əşyalarında %30, güzgülərə %70, hətta yeni kolleksiyada %65 kimi olan endirimdən yararlanaraq eviniz üçün alış-veriş etmək mümkündür.

 

4. Evidea

turkiyeden-dekor-sifarisi-evidea

Evideada keyfiyyətli və tərzinizə uyğun ev dekor məhsullarını tapacağınızdan əminik. Təklif etdikləri endirimlərlə evinizi sərfəli qiymətə və üslubuna yaraşacaq şəkildə dekorasiya edə bilərsiniz. Çox satanlar bölməsində isə güzgülərdən orqanayzerlərə qədər məhsul çeşidini bu link vasitəsilə sifariş edə bilərsiniz.

 

5. Bonvagon

bonvagon-ev-dekor-sifarisi

Eviniz üçün həm gözoxşayan məhsullar axtarır, həm də sərfəli qiymətə sifariş etmək istəyirsinizsə, Bonvagon mütləq alış-veriş siyahınızda olmalıdır. Orijinal markaların fərqli və keyfiyyətli ev dekor məhsullarını asanlıqla əldə edə biləcəyiniz, eyni zamanda daimi olaraq xüsusi kampaniyalar təklif edən mağazalardandır. 50%-ə qədər endirim kampaniyası ilə evinizə yaraşacaq məhsul alış-verişi etmənin zamanıdır.

 

6. Mudo Concept

mudo-concept-sifaris

Mudo Concept özünəməxsus tərzi və keyfiyyəti ilə ev dekorasiya səhəsində yüksək qiymətləndirilən markalardan biridir. Mudo Conceptdə dekorativ aksesuarlar və ev tekstil məhsullarını endirimli qiymətə tapacaqsınız. Elə təzəlikcə başlayan %40 endirimdən zövqünüzə uyğun dekor əşyalarını sifariş edə bilərsiniz. 

 

7. Evmanya

evmanyadan-sifaris

Evmanya.com keyfiyyətli brend və minlərlə orijinal dizaynı bir araya toplayan ev dekoru alış-veriş saytdır. Həmçinin öz dizaynlarını çox sərfəli qiymətə sifariş edəcəyiniz mağazadır. Saytda sifarişlərinizlə əlaqəli hər cür məlumatı asanlıqla əldə etmək mümkündür.

 

8. Madame Coco

madame coco sifaris etmek

Madame Coco klassik, romantik və zərif dekor məhsulları həvəskarlarının siyahısında olan onlayn mağazadır. İlk dəfə alış-veriş edənlərə 20 tl, yeni kolleksiyada %30, “3 al 2 öde” endirim kampaniyalarından hal-hazırda yararlana bilərsiniz.

 

9. Karaca Home

karaca home azerbaycana sifaris

Dekor alış-veriş həvəskarlarının müxtəlif çeşidli məhsullar tapa biləcəyi və şübhə etmədən sifariş edə biəcəyiniz onlayn mağazalardan biri Karaca Home-dur. Qeydiyyatdan keçdikdə 30 TL endirim qazanmaq mümkündür. Eyni zamanda “indirim” bölməsinə buradan keçid edərək %70 qədər endirimli ev dekor məhsullarını sifariş verə bilərsiniz. 

 

10. English Home

english home turkiyeden sifaris

English Home, rahatlığı və romantizmi dekor məhsullarında birləşdirən markadır. Sevdiyiniz üslub klassikdirsə, bu mağazanı gözdən qaçırmamağınızı tövsiyə edirik. Bu saytda əgər sifarişiniz 75 TL-dən yuxarıdırsa Türkiyə daxili kargo ödənişsizdir. English Home-da “en beğenilenler” və “yeni ürünler” kateqoriyaları da rahat alış-veriş etməyiniz üçün yol xəritəsidir.

 

Davamlı alış-veriş etdiyiniz və bu siyahıda olacağını düşündüyünüz digər saytlar barədə müsbət və mənfi fikirlərinizi rəylərdə gözləyirik. Alış-veriş saytlarında təcrübələrinizi bölüşmək digər istifadəçilər üçün yol göstərici olacaqdır. Bütün sadalanan alış-veriş saytlarından Kango.az vasitəsilə sifariş edin biz qısa müdətdə çatdıraq.