İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən ətir sifarişi

Türkiyədən ətir sifarişi
Türkiyədən ətir sifarişi

Gözəl qoxmaq istər qadın, istərsə də kişilərin əvəzolunmaz arzusudur. Bu arzunu isə, ətirlər gerçəkləşdirir. Günümüzdə hər zövqə uyğun kişi, qadın və unisex ətirləri sifariş etmək də mümkündür. Son dövrlərdə onlayn alış-veriş saytlarından ətirlərin sifarişində yüksək artım olmuşdur. Lakin, ətirlərin sifarişi zamanı insanlarda fikir qarışıqlığı yarana bilər. Bu bloqumuzda sizə, Türkiyədən ətir sifarişi haqqında ətraflı məlumat verəcəyik.

 

Ətirlərin qalıcılığı və kəskin olmaması əsas ünsürlərdəndir. Ümumiyyətlə ən yaxşı qalıcılığa və yumşaqlığa sahib ətir, parfüm və ya təmiz ətir adlanan ətirdir. Həmçinin, keyfiyyət və tərkibindəki faizə görə seçilən parfüm suyu, odekalon və tualet suyu növləri də mövcuddur.

 

Ətirlər 3 qrupa: çiçək, şipr, şərq qoxulu növlərə bölünür. Çiçək və şərq qoxulu ətirləri adətən qadınlar, şipr və daha yağlı, kəskin qoxulu ətirləri isə kişilər istifadə edir. Ətirləri sifariş edərkən faizinə diqqət yetirmək lazımdır. Daha çox faizi olan ətirlər keyfiyyət baxımından üstün ətirlərdən hesab olunur. Həmçinin, ətir sifariş verərkən, keyfiyyətsiz ətirlərə üstünlük verməməyə çalışın. Keyfiyyətsiz ətirlər sizin dərinizə zərər yetirərək, allergiya və bir çox dəri xəstəliklərinə səbəb olur.

 

Sifariş edə biləcəyiniz ətir brendləri

 

Trendyol, Hepsiburada, Sephora və həmçinin Türkiyənin istənilən onlayn alış-veriş saytları vasitəsilə aşağıdakı markalardan zövqünüzə və istəyinizə uyğun ətirləri sifariş edə bilərsiniz:

 

Dior, Versace, Victoria’s Secret, Chanel, Gucci, Tom Ford, Dolce Gabbana, Slazenger, Bargello, Loris, Avon, Oriflame, Armani, Calvin Klein, Givenchy və s.

 

Sürətilə ilə seçilən karqo – Kango!

 

Ölkənin ən qabaqcıl və sürətli karqo şirkəti olan Kango, hər zaman müştərilərini düşünmüş, onların vaxtına və büdcəsinə qənaət etməsini təmin etmişdir. Daşınması mümkün olan hər növ sifarişi etibarlı və sərfəli şəkildə çatdırması, karqo şirkətləri arasında ön sırada olmasını təmin edir. Siz də zövqünüzə uyğun hər növ ətirləri, Türkiyənin istənilən onlayn alış-veriş saytından Kango vasitəsilə sifariş edə və onlayn alış-verişdən həzz ala bilərsiniz.

 

Elə isə, siz də vaxt itirmədən Kango.az saytından qeydiyyatdan keçməyə və yaz ab-havasını üzərininizdə hiss etməyə tələsin!