İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən cins pencək sifarişi

Türkiyədən cins pencək sifarişi
Türkiyədən cins pencək sifarişi

Yaz və payız mövsümünün əvəzolunmaz geyimi olan cins pencəklər istər qadın, istərsə də kişi qarderobunun ayrılmaz parçasıdır. Həm sport, həm də avanqard tərzi özündə əks etdirən cins pencəklər, asan kombinlənə və xoş görünüşü təmin edə bilir. Lakin, cins pencəklərin geyimdə istifadəsi zamanı hansı rəngdə istehsal olunmasına və dizaynına diqqət yetirmək lazımdır. Xoş görünüşü yaratmaq üçün, cins pencəklər kifayət etməyəcəkdir. Digər geyim və aksesuarlara, rəng kombinasiyalarına, parça istehsalına da önəm vermək lazımdır.

 

 

Geyimdə cins pencəklərin düzgün istifadəsi

 

Geyimdə cins pencəklərdən istifadə edərkən, hava şəraitini nəzərə almaq lazımdır. Adətən sərin günlərdə pencəklərin tək və ya kostyum şəklində cins şalvarlarla istifadəsində, daha xoş bir görüntü ortaya çıxaracaqdır. Digər diqqət yetirilməsi lazım olan nüans isə, rənglərin düzgün şəkildə, düzgün parçalarla kombinlənməsidir. Qara, hər zaman dəbdə olan bir rəng olduğundan, cins pencəklər üçün də sadə və dəbli görünüş yaradır. Məsələn, qara cins pencəklə istənilən şalva rvə ya ətək kombinlənə bilir. Adətən qara rəngli pencəkləri geyinərkən, aksesaurları daha canlı və parlaq rənglərdə seçmək lazımdır. Məsələn, qızılı rəng sırqalardan istifadə daha eleqant görüntünü təmin edəcəkdir.

 

Yaşılın fərqli tonlarında və krem rəngində olan cins pencəklər, 2022-nin dəbli pencəkləri hesab olunur. Hər iki rəngli pencəklərin istifadəsi zamanı, qızılı və ya gümüşü rəngli aksesuarların seçimi, xoş görünüşün təminatçısı olacaqdır.

 

Türkiyənin onlayn alış-veriş saytlarında Trendyol, Bershka, Armonika və s. kimi brendlərdən hər rəngə və dizayna uyğun cins pencəkləri sifariş edərək, sadə və dəbli görünüşü əldə edə bilərsiniz.

 

Kango ilə Türkiyədən cins pencək sifarişi

 

Ölkənin ən sürətli və etibarlı karqosu olan Kango, hər zaman müştərilərinin məmnuniyyətini düşünərək, vaxta və büdcəyə qənaəti təmin edən tariflər təklif edir. 0.89 USD-dən başlayan çatdırılma xidməti vasitəsilə sifarişlərinizi uyğun qiymətə əldə edəcəksiniz. Elə isə indi Kango.az saytından qeydiyyatdan keçməyə və onlayn alış-verişdən həzz almağa tələsin!