Keçmişdən bu günə qədər daşıdığımız adət-ənənələrimizdən birinə çevrilən cehiz hələ qədim zamanlardan həyatımızın bir parçası olub. Qadının daxili dünyasını əks etdirmək üçün hazırlanan bu məhsullar cehiz paketlərinin vazkeçilməzləridir.
Cehiz hazırlamaq həqiqətən əyləncəli olsa da, bizə məlumdur ki, toy ərəfələrində cehiz hazırlığı çox yorucu keçir. Elə buna görə də cehiz hazırlığına nisbətən tez başlamaq hər kəs üçün daha uyğun olar.
Keyfiyyətli və dəbli cehizinizi Türkiyədən asan şəkildə sifariş edə bilərsiniz. Bu zaman həm vaxtınıza, həm də büdcənizə qənaət etmiş olacaqsınız.
Cehiz üçün Türkiyədən nələr sifariş etmək olar?
Cehiz siyahısını qruplaşdırmaq lazım gələrsə, mətbəx, kiçik məişət texnikası, elektron mallar, yataq otağı, vanna otağı, digər məişət əşyaları və s. kimi kateqoriyaları diqqəti cəlb edir.
Cehiz dəstlərini hansı saytlardan əldə etmək olar?
Trendyol.com – Türkiyənin onlayn alış veriş saytları arasında lider mövqedə olan bu saytdan istədiyiniz hər zövqə uyğun çanta tapmağınız mümkündür. Bu platformada “Ev&Mobilya” bölməsindən dünyaca məşhur – “Karaca”, “Buem”, “Yataş” kimi markalardan istədiyiniz bir çox cehizlik məhsullarını tapa bilərsiniz.
Beymen.com saytına daxil olduğunuz zaman fərqli kateqoriyalar önünüzə çıxacaq. Siz burada istər mətbəx məhsulları, istər süfrə, istərsə də çay, qəhvə məhsulları ilə tanış ola bilərsiniz.
Madamecoco.com – 2011-ci ildə qurulmuşdur. Türkiyə və 17 fərqli ölkədə 370 mağazasıyla xidmət göstərir. Madamecoco.com saytında “Çeyiz seti” kateqoriyasına daxil olaraq istədiyiniz məhsulları seçib asan şəkildə sifariş edə bilərsiniz
Sarev.sarar.com - Türiyənin ən özəl cehiz dəstləri satılan onlayn alış-veriş saytlarındandır. Saytda siz istədiyiniz tərzdə, çeşiddə cehiz dəstlərini tapa bilərsiniz.
Cehiz hazırlığınızı Kango.az ilə edin!
Kango.az karqo şirkəti sərfəli qiymətlərlə və qısa zamanda sifarişləri Azərbaycana çatdırır.Ən son sürəti ilə çatdırılma edən Kango.az Türkiyənin bütün onlayn alış-veriş platformalarından sifariş qəbul edir və edilən bağlamalar tam təhlükəsiz formada ölkəmizə daşınır. Elə indi Kango.az saytından qeydiyyatdan keçərək endirimli tariflərdən yararlana bilərsiniz.