Türkiyədən çanta sifariş edərkən nələrə diqqət yetirməliyik?
Bu bloqda sizə 2023-cü ilin trend çantalarından və çanta sifariş edərkən nələrə diqqət etməli olduğumuzdan danışacam.
Çanta xanımlar əvəzolunmaz aksesuarlarıdır. Geyimləri tamamlayır və xüsusi bir tərz qatır.
Bəs qadının çantası onun haqqında nə deyir?
Böyük əl çantası keçirilən anketə əsasən enerjili və çalışqan qadınlar tərəfindən istifadə edilir. Məhz həmin qadınlar bütün halları nəzərə aldıqlarına görə lazımlı əşyaları çantalarında saxlayırlar. Böyük çantanın çoxlu cibləri olduğuna görə qadınlar tərəfindən tərcih olunur.
Kəmərli və ya zəncirli kiçik çanta daha çox praktiki və səliqəli qadınların seçimidir. Kiçik çantanın içinə gün ərzində lazım olacaq əşyalı qoyulur, məsələn telefon, ətir, açar və s.
Parlaq və ya qeyri-adı formada olan çanta isə fərqlənməyi sevən xanımlar tərəfindən seçilir. Belə çantaları özünə güvənən və həssas qadınlarda görə bilərsiniz.
2023-cü ilin trend çantaları
Çanta trendləri də hər il dəyişir və yenilənir. 2023-cü ildə bir çox qadının əlində görə biləcəyiniz çanta çeşidlərinə nəzər yetirək:
1. Torba formasına bənzəyən çantalar.
2. Mikro çantalar.
3. Oversize çantalar
4. Dəri hörməli çantalar.
5. Həsir çantalar.
6. Vintaj çantalar
7. Baqet formasında olan çantalar.
Türkiyədən çanta sifarişi verə biləcəyiniz onlayn mağazalar
Bildiyiniz kimi Türkiyədən onlayn alış-veriş etməyin üstünlüklərindən biri də sərfəli qiymətdir. Daha ucuz qiymətə, ancaq keyfiyyətli çantaları almaq hər qadının arzusudur. Hətta Azərbaycanda olmayan çanta növlərini Türkiyədən Kango.az vasitəsiylə sifariş verərək tərzinizi tamamlaya bilərsiniz.
Türkiyədən ölkəmizə etdiyiniz sifarişləri tam zamanında, cibinizə uyğun və güvənli şəkildə əldə etmək istəyirsinizsə, elə indi Kango.az-dan qeydiyyatdan keçərək endirimli tariflərdən yararlana bilərsiniz. Tariflərimiz 1.29$ -dan başlayır.
Siz seçin, sifariş edin, biz ən sərfəli şərtlərlə sizə gətirək.