Botlar soyuq qış aylarında görünüşümüzü zövqlə tamamlayan əsas parçalardandır. Soyuq havalarda daima sevərək istifadə etdiyimiz botların günümüzdə müxtəlif növləri mövcuddur.
Bildiyimiz kimi zövqlər müxtəlifdir. Bəzi insanlar sport üsluba, bəziləri isə klassik üsluba önəm verirlər. Sport botlar rahatlığına, klassik botlar isə estetikliyinə görə seçilir.
Hər zaman trend olan bot növləri
Növündən asılı olmayaraq, botlar insanları soyuqdan qorumaqla yanaşı onlara olduqca xoş bir görüntü də qatırlar
Uzun botlar – bu növ çəkmələr qış aylarının vazkeçilməzidir. Həm görüntü olaraq, həm də soyuqdan qorunmaq üçün ideal seçimlərdən biridir.
Sport gəzinti botları – Çox gəzməyi sevənlər və gündəlik istifadə üçün botun bu növü ideal seçimdir.
Haraya getməyinizdən asılı olmayaraq, bu bot növü qış ayları ərzində qarşılaşa biləcəyiniz çətinliklərdən sizi qoruyacaq.
Klassik topuqlu botlar – Qış aylarının trendləri arasında ən çox adı keçən məhsul növü möhkəm dabana sahib topuqlu botlardır. Qadınların olmazsa olmazı olan topuqlu botlar müxtəlif klassik geyimlərlə olduqca dəbli görüntü bəxş etməkdədir.
Doğru bot seçimi üçün bunları bilmək vacibdir!
Sağlamlığınızı qorumaq üçün bot seçimində diqqətli olmaq vacib şərtlərdəndir. Botların keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Sözsüz ki, təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilən botlar daha rahat və insan sağlamlığı üçün ziyansızdır. Hər şeydən əvvəl istifadə etdiyiniz bot hazırlanan material yüksək hava keçiriciliyə malik olmaqla, yüngül olmalı, istifadə zamanı insan səhhətinə və rahatlığına mənfi təsiri olmamalıdır.
Bot sifariş edə biləcəyiniz onlayn alış-veriş saytları
Trendyol.com, Hepsiburada, Morhipo.com saytlarından onlayn alış-veriş çox sərfəli və asandır.
Trendyol.com – Türkiyənin onlayn alış veriş saytları arasında lider mövqedə olan bu saytdan istədiyiniz hər zövqə uyğun bot tapmağınız mümkündür. Trendyol.com saytında “Hotiç”, “Derimod”, “Flo”, “Elle”, “Boyner”, “Luvi”, və s. kimi həm yerli həm də xarici markalardan istədiyiniz məhsulu uyğun qiymətə asan əldə edə bilərsiniz.
Hepsiburada.com – Türkiyənin onlayn alış-veriş sektorunda ön sıralarda olan saytlardan biridir. Bu onlayn platformada yüzlərlə brendin milyonlarla məhsulu sərfəli və böyük endirimli qiymətlərlə satılır.
Morhipo.com - Morhipo.com saytına daxil olaraq zövqünüzə uyğun botu sifariş edə bilərsiniz. Eyni zamanda “Özəl indirim klubü” bölməsinə daxil olaraq saytda olan endirimlərdən yararlana bilərsiniz.
Sərfəli alış-veriş Kango.az ilə mümkündür.
Türkiyədən ölkəmizə etdiyiniz sifarişləri tam zamanında, cibinizə uyğun və güvənli şəkildə əldə etmək istəyirsinizsə, elə indi Kango.az-dan qeydiyyatdan keçərək endirimli tariflərdən yaralana bilərsiniz. Tariflərimiz 0.89$ - dan başlayır. Siz seçin, sifariş edin. Biz ən sərfəli şərtlərlə sizə çatdıraq.