Türkiyədən ayaqqabı sifarişi edən bir çox alıcı hələ də bəzi məşhur brendlərin saytlarını tanımır.
Türkiyədən sifarişlərdə hər zaman böyük həcmə malik ayaqqabılar təkcə qadınların yox, həm də kişilərin əvəzolunmaz aksesuarlarından biri hesab olunur. Hətta absurd səslənsə də, bəzi yeni ayaqqabı modellərini ilk dəfə kişilər istifadə etməyə başlayıb. Məsələn, dikdaban ayaqqabılar ilk dəfə kişilər tərəfindən istifadə olunmağa başlanıb. Sonradan İtaliyanın ali təbəqəsinin xanımları arasında məşhurlaşan bu ayaqqabılar qadınların ən sevimli ayaqqabı növlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Türkiyədən ayaqqabı sifarişlərində qadın alıcıların sayı kişi alıcılara nisbətdə üstünlük təşkil edir.
Hazırda isə geyimimizin vacib tərkib hissələrindən biri olan ayaqqabıları həm kişilər, həm də qadınlar görünüşlərinə uyğunlaşdırmağa çalışırlar. Ayaqqabı alış-verişini onlayn mağazalardan edənlər də günbəgün artır. Elə bu səbəbdən bu dəfəki bloqumuz Türkiyədən ayaqqabı sifarişinin incəlikləri barədə olacaq.
Amma əvvəlcə bu aksesuarın istehsal tarixindəki dəyişkənlikdən biraz danışmaq istərdim. İllər keçdikcə ayaqqabı istehsalı çox təkmilləşib və daha müxtəlif məqsədlərlə həyata keçirilməyə başlanıb. Təbii ki, trendlər də kifayət qədər dəyişib, Türkiyədən ayaqqabı sifarişlərində də bu özünü biruzə verir. Belə ki, 2000-ci illərin əvvəllərində klassik dikdaban qadın ayaqqabılarının narahat olması gərəkdiyi başa düşülürdüsə, indi istehsalçılar və alıcılar bu fikrin tamamilə əleyhinədirlər. Eləcə də, xüsusən 20-ci əsrdə satılan ayaqqabılarda gündəlik istifadə üçün yastıdabanlı, xüsusi şənliklər üçün isə dikdaban və platformalı ayaqqabılar trenddə qalırdı və belə kateqoriyalar mövcud idi, indi isə eyni ayaqqabını öz stilinizlə müxtəlif kombinlərdə istifadə etmək daha doğru hesab olunur.
Türkiyədən onlayn ayaqqabı sifarişi etdiyiniz zaman onun geyiminizi tamamlamasından əlavə sağlamlığınıza necə təsir göstərəcəyini də mütləq nəzərə almalısınız. Elə buna görə, ayaqqabı trendləri geyim və digər aksesuar trendlərindən fərqli olaraq iki istiqamətdə irəliləyir. Birincisi, modaya uyğunlaşdırılmış trendlər, digəri isə aparılan araşdırmalar nəticəsində istehsal olunan “sağlam ayaqqabı” anlayışının yaratdığı meyil. Aydındır ki, bu səbəbdən dünyada artıq məşhurlaşmış bir çox markalar artıq hər il yeni kolleksiyalarını formalaşdırarkən komandalarına həm stilistləri, həm də ortopedistləri daxil edirlər. Amma Türkiyənin onlayn ayaqqabı mağazalarından alış-veriş etdiyiniz zaman diqqət etməli olduğunuz faktorlar təkcə bunlar deyil. Nələri nəzərə almalı olduğunuzu hələ də bilmirsinizsə, Türkiyədən ayaqqabı sifarişi edərkən lazımi faktorları sadaladığımız bloqumuza keçid edə bilərsiniz.
İndi isə hansı saytlarla Türkiyədən onlayn ayaqqabı sifariş edə bilərəm sualının cavabına keçək.
Geniş çeşiddə məhsul tapmağın mümkün olduğu Trendyol, Morhipo, Hepsiburada, Gittigidiyor və n11.com saytlarından Kango vasitəsilə artıq çox istifadə etmisiniz, Türkiyədən ayaqqabı sifarişi etmək üçün daha fərqli saytların və markaların axtarışındasınızsa, o zaman bloqumuzu diqqətlə oxumağa davam edin. Çünki, yeni brendlər yox, həm də həmin brendlərin öz saytlarının vəd etdiyi kampaniyalar, endirimlər və yeniliklərdən də söz açacağıq.
“Bir dünya ayaqqabını tapabiləcəyiniz tək yer” ideyasından yola çıxan Ayakkabı Dünyası Nike, Puma, Adidas, Reebok, Hummel kimi məşhur brendləri endirimli qiymətlərlə təklif edir və buna görə də Türkiyədən ayaqqabı sifarişi edən alıcıların sevimli vebsaytlarından biridir. Hal-hazırda seçilmiş məhsullarına 50%-ə qədər endirim təqdim edən saytın özünəməxsus loyallıq proqramı da mövcuddur. Deyək ki, öz stilinizə uyğun olaraq sport ayaqqabılara üstünlük verirsiniz və ya klassik üslubun əsl pərəstişkarısınız və Türkiyədən ayaqqabı alış-verişi zamanı həmişə klassik ayaqqabılar kateqoriyasındakı kampaniyaları axtarırsınız. “ADIM kart” adlanan proqramda sizin seçimlərinizə və alış-verişinizə uyğun olaraq sizə üstünlük verdiyiniz markaya və ya stilə uyğun endirimlər təklif olunur, bu isə şübhəsiz, işinizi çox asanlaşdıracaq.
2)ALDO
İlk qeydiyyatdan keçdiyinizdə sizə 10%-lik endirim kuponu hədiyyə edən sayt tez- tez öz kampaniyalarını yeniləyir. Hazırda isə 50%-ə qədər endirim kampaniyasına start verən ALDO üstəlik səbətə əlavə etdiyiniz 2-ci ayaqqabı və çanta alışverişinizdə də 20% əlavə endirim tətbiq edir. Onu da qeyd etmək istəyirəm ki, əgər endirimlərdən yararlanmağı çox sevirsinizsə, saytın öz endirimlər bölməsindən istifadə edərək, həm Türkiyədən onlayn ayaqqabı sifarişi edə, həm də alışverişinizi daha sərfəli qiymətlərlə tamamlaya bilərsiniz. Digər yaxşı xəbər isə Kango’nun tarifləri ilə sifarişinizin Türkiyədən Azərbaycana çatdırılmasının daha rahat və sərfəli olacağıdır.
3)NineWest
Bu saytın da üstünlüklərini öyrəndiyiniz zaman əvvəl Türkiyədən onlayn alış-verişinizi bu sayt vasitəsilə etmədiyiniz üçün təəssüflənə bilərsiniz. Amma necə deyərlər, ziyanın yarısından qayıtmaq özü də xeyirdir. Saytın ən bəyənilən xüsusiyyətlərindən biri bütün ayaqqabı növlərini kateqoriyalaşdırmasıdır, hələ bu da bəs etmirmiş kimi, seçdiyiniz kateqoriyanın ayaqqabıları arasından sezonun trend modellərini də ayrılıqda görə bilirsiniz . Mütəmadi endirimlər də tətbiq olunduğu üçün daha sərfəli qiymətlərlə Türkiyədən onlayn ayaqqabı sifarişi edə biləcəksiniz.
4)Flo
Hamının ən azı bir dəfə eşitdiyi Flo markası Türkiyənin ən qədim və Türkiyədən ayaqqabı sifarişi edən alıcıların ən çox istifadə etdiyi markalardan biridir, brendin əsası isə 1960-cı ildə Ahmet Ziylan tərəfindən kiçik bir ayaqqabı mağazasında qoyulub. Bu markanı siyahımıza əlavə etməkdə əsas məqsədimiz isə artıq qış gəlməsinə baxmayaraq hələ də qış ayaqqabısı almayanlara Flo endirimlərini xəbər verməkdir . Belə ki, qış botlarına 40%-ə qədər endirim təklif edən Flo’nun sayəsində Türkiyədən qış ayaqqabıları sifarişi edə bilərsiniz.
Adından təxmin edəbiləcəyiniz kimi əsası 1913-cü ildə Almaniyada qoyulan bu ayaqqabı brendi sonradan dünyanın bir çox ölkələrində öz mağazaları ilə və həm də onlayn satış imkanı ilə alıcılarına xidmət etməyə başlayıb. Saytda sevdiyim digər məqam isə uşaqlarınız üçün Türkiyədən ayaqqabı sifarişi etməyə geniş çeşidin olmasıdır. Brendin hələ Azərbaycanda olmamasına təəssüflənməyin, çünki Türkiyədəki şöbəsindən rahatlıqla Türkiyədən onlayn ayaqqabı sifarişinizi tamamlayırsınız, Kango’da qeydiyyatdan keçməklə isə biz Bakıya çatdırılmanızı təmin edirik, sizə isə sadəcə ayaqqabınızı xoş günlərdə geyinmək qalır.
6)Derimod
Dəri çantaları, ayaqqabıları və pencəkləri istifadə etməyi sevirsinizsə, bu saytda bir çox çeşiddən və kampaniyalardan yararlanaraq öz seçiminizi edə bilərsiniz. Amma adına baxaraq sadəcə dəri alabiləcəyinizi düşünməyin, çünki bütün aksesuarların və o cümlədən Türkiyədən ayaqqabı sifarişiniz zamanı digər ayaqqabı növlərini də rahatlıqla ala bilərsiniz.
7)Vakko
Türkiyədən ayaqqabı sifarişi edə biləcəyiniz və türk brendi olan Vakko ilk vaxtlar daha çox şərf satışı ilə məşğul olsa da, hazırda kişi və qadın geyimləri, çanta və ayaqqabı, ev teksili və aksesuarları, hətta öz modelyerlərinin kolleksiyasından müxtəlif geyimlər də təqdim edir. Əgər xüsusi dizayn edilmiş brend ayaqqabıları sevirsinizsə və ayaqqabı üçün yüksək məbləğlər ödəməyə hazırsınızsa, Türkiyədən ayaqqabı sifarişiniz zamanı sayta baş çəkməyinizi tövsiyyə edirik. Həmçinin Vakko’dan eviniz üçün çilçıraq, qab-qacaq dəstləri və digər ev aksesuarlarınızı da Türkiyədən sifariş edə bilərsiniz. Əgər hər hansı çilçırağı çox bəyənmisiniz, amma belə əşyaların Bakıya çatdırılması zamanı bəzi hissələrinin qoyulmama ehtimalından narahat olursunuzsa, buna heç bir əsas yoxdur. Çünki Kango’nun “Platinum sifariş” xidməti ilə onlayn sifarişiniz Türkiyədəki ofisimizə çatdığı zaman əməkdaşlarımız məhsulun sına biləcək hissələrini və digər parametrlərini yoxlayır və beləliklə, Türkiyədən Azərbaycana kargo sifarişlərinizdə bu mənfi situasiyadan özünüzü sığortalamış olursunuz.
8)Skechers
İdmanla istər peşəkar, istərsə də həvəskar məşğul olursunuzsa, o zaman Skechers sizin idman ayaqqabıları, aksesuarları və geyimləri üçün tez-tez baş çəkdiyiniz Türkiyədən onlayn alışveriş saytınıza çevriləcəkdir. Çünki bu platforma onlayn ayaqqabı sifarişi zamanı xüsusi kolleksiyalar və tez-tez endirim kampaniyaları edir, həm də “Yeni Gelenler” bölməsi vasitəsilə trendlərdən xəbərdar olmuş olursunuz.
Əslində sizin üçün ən doğru ayaqqabı sifarişi saytını sizdən yaxşı heç kim təyin edə bilməz. Çünki sizin düzgün ayaqqabı seçiminiz sizin stilinizdən, büdcənizdən və ayaqqabını harada geyinmək üçün aldığınızdan birbaşa asılıdır. Ona görə də, Türkiyədən ayaqqabı sifarişi edərkən yuxarıda adlarını çəkdiyimiz vebsaytlardan hansının sizin üçün ən doğru Türkiyədən onlayn alış-veriş platforması olacağını da bu suallara cavab verərək tapa bilərsiniz.
Kango ilə hər birinizə xoş alış-veriş təcrübəsi arzulayırıq.