Türkiyədən ayaqqabı sifarişi zamanı nələrə diqqət etməli?

2020-08-31 21:58:01
Türkiyədən ayaqqabı sifarişi zamanı nələrə diqqət etməli?

“Dost başa baxar, düşmən ayağa” demişlər atalarımız. Ancaq düşmənın baxışından daha narahatedici şey varsa, o da narahat ayaqqabılardır. Məhz bu səbəbdən Türkiyədən ayaqqabı sifarişinin incəlikləri ilə bağlı bloq yazmaq qərarına gəldik. 

 Gün ərzində bir çoxumuz gərgin iş rejimində işləyirik və fiziki həm də əqli olaraq çox yoruluruq. Fiziki olaraq isə ən çox yorulan bədən üzvlərimizdən biri şübhəsiz ki, ayaqlarımızdır. Əgər ayaqlarımız dilə gəlsə bizə nələr deyərlər görəsən? - deyə arabir fikirləşmirəm desəm yalan olar. Hələ səhv ayaqqabı seçimi ilə təkcə ayaqlarımıza yox bir sıra bədən üzvlərimizə eyni anda ziyan vururuq.

Təsəvvür edin alış-veriş mərkəzində çox bəyəndiyiniz bir ayaqqabı görmüsünüz, ancaq sizin ölçünüz yoxdur.  Sabaha alınması mütləqdir çünki geyinəcəyiniz bir tədbir var. Ayaqqabı da ki, gəl görəsən deyiləcək qədər gözəldir. Sual: Həmin ayaqqabını alardınız?

Cavabınız – Hə idisə, təəssüf ki, testimizi keçə bilmədiniz. Çünki araşdırmalara əsasən ayağınızın ölçüsündən fərqli ölçüdə aldığınız ayaqqabılar sümük, oynaq və ayaq ağrılarına səbəb ola bilir. Hətta stressi artırdığı ilə bağlı da araşdırmalara rast gəlmək olar. 

Türkiyədən ayaqqabı sifarişi zamanı nələrə diqqət etmək lazımdır sualına bu bloqda birgə cavab tapacayıq. Yuxarıdakı misaldan artıq ilk məsləhətin nə ilə bağlı olacağını yəqin ki, təxmin etmisiniz.  Elə isə başlayaq.

 

  1. Ayağınızı ölçüsünə görə uzadın

ayaqqabi trendyoldan sifaris

Ayağınızı biraz sıxır? Əşşi geydikcə açılacaq, narahat olmayın. İndi oxuduğunuz hadisə alverçi yalanından başqa bir şey deyil. Əgər ayaqqabının ölçüsü kiçikdirsə, üstəlik ayağınızı sıxırsa, ümumiyyətlə həmin modeli almamağınız tövsiyə olunur. Bunu mən yox Çikaqo “Weil Ayaq Sağlamlığı İnsitutunun” prezidenti Dr. Lowell Weil Jr., D.P.M deyir.

Almanların da məsələ ilə bağlı araşdırması olmamış olmaz deyib mövzu ilə əlaqəli məqalələr oxudum. Tibbin bu qədər geniş yayıldığı ölkədə “Alman Ayaq İnsitutunun” araşdırmasına görə 80% insan ayaqqabısını ayaq ölçüsünə görə almır.  Qadınlar ölçüsündən daha kiçik, bəylər isə ayaq ölçülərindən böyük ayaqqabı almağı meyillidir ki, bu da alqışlanan hal deyil. Trendyol və başqa onlayn alış-veriş etdiyiniz saytlarda ölçünüz qalmayıbsa, həmin ayaqqabının fərqli ölçüsünü almaq yerinə ölçünüzün gəlməyini gözləmək daha uyğundur. 

 

  1. Hər ayaqqabının öz yeri var

basketbol ayaqqabilari

Basketbol ayaqqabıları basketbol oyunu üçün dizayn olunub, futbol ayaqqabıları futbol, tennis ayaqqabıları isə həmin idman növü üçün dizayn olunub və inanın ki, bu kapitalizmin sizin daha çox istehlak etməniz üçün qurduğu oyun deyil.

Misal üçün basketbol ayaqqabılarının ən önəmli xüsusiyyəti altının düz olması və ayaq biləyini qapadacaq qədər uzun olmasıdır. Basketbolda ayaq hərəkətləri önəmli olduğundan cəld manevrlar üçün idealdır. Ən çox zədələnmənin ayaq biləyindən ortaya çıxdığını nəzərə alaraq da, basketbol ayaqqabıları həmin nahiyəni qapadacaq şəkildə dizayn edilməsi bunun kapitalizmin oyunu olmadığını bir daha sübut edir.

Basketbol demişkən, sizin üçün Trendyol-da basketbol ayaqqabılarını bir araya topladıq. Bu linkdən həmin bölməyə keçid edə bilərsiniz.

 

  1. “Dağılana qədər geyinməliyəm” - düşüncəsindən uzaqlaşın

turkiyeden ayaqqabilar

Bədəninizə edəcəyiniz ən böyük pisliklərdən biri yetkinlik yaşına çatmış gənclə həmyaşıd ayaqqabıları geyinməkdir. Burdaki məsələ ayaqqabının dizaynının pozulması və ya modasının keçməsi deyil, biz işə sağlamlıq tərəfdən baxırıq. Vurğuladığımız nöqtə içinin parçasının və ya altlığının artıq yararsız hala gəlməsidir. Bunun da ən böyük göstəricilərindən biri baldır nahiyəsindəki ağrılardır. Bu ağrını davamlı hiss etdiyiniz halda ayaqqabınızı yeniləməklə bağlı qərar verməyin tam zamanıdır.

“Amerika Pediatrik İdman Tibb Akademiyası” aşağıdakı hallarda ayaqqabı yeniləməyi tövsiyə edir:

  • 500-800km aralığında qaçış və ya gəzinti ilə məşğul olduqda;
  • 45-60 saat arası tennis, basketbol, aerobika və oxşar idman növləri məşğul olduqda;
  • Ayaqqabı artıq hamar səthdə düz dayanmadığı halda.

Aktiv idmanla məşğul olduğunuz halda isə ayaqqabılarınızı bir neçə aydan bir dəyişdirməyiniz tövsiyə olunur. Bilirəm, bu sizə baha başa gələ bilər, ancaq sağlamlığı geri qaytarmanın daha bahalı olduğunu nəzərinizə çatdırmaq istəyirəm.

 

  1. “Quş kimi” ayaqqabılar

qus kimi ayaqqabilar

Yüngül və ya el dili ilə desək “quş kimi” ayaqqabılarla siz idman etmək üçün daha rahat mövqedə olacaqsınız. Xüsusilə yorğun və ayaqüstə keçən iş günü sonunda o ayaqqabıların sizə zəncir effekti yaratmaması üçün bu nüansı diqqətə almanız önəmlidir. Yüngül ayaqqabılar əsasən hava keçirən parçadan tikilir bu faktor da ayaqlarınızın tərləməyinin qarşısını alır.

Ancaq bu o demək deyil ki, bütün yüngül ayaqqabılar keyfiyyətlidir. Ayaqqabının istehsalçısına nəzər yetirib güvənilirliyi ölçmək yaxşı olar ki, təkcə yüngül olduğu üçün aldığınız ayaqqabı birdən-birə sizi məyus etməsin.

 

  1. Büdcənizi təyin edin

budcenize gore ayaqqabi

Ayaqqabı alanda təkcə yuxarıda qeyd edilənlər yox büdcə məsələsi də hamını maraqlandırır. Ümumiyyətlə alış-verişdən öncə büdcəni təyin etmək və bir məhsula nə qədər büdcə ayrılacağını təyin etmək pulunuzun cibində qalmasına yarayan ən önəmli amillərdəndir. Araşdırmaya əsasən Türkiyədə ortalama gündəlik geyim üçün keyfiyyətli ayaqqabı qiymətləri 150-200TLarası dəyişir. Təbii ki, bu qiymətə lüks, dizayner əməyi olanlar daxil deyil.

Biz də bu linkdə sizin üçün qeyd etdiyimiz qiymətə olan ayaqqabıları bir araya topladıq. Xeyirli alış-verişlər!

 

Gəldik yazımızın sonuna. Bloqumuza atalar sözü ilə başladıq, hind xalqının atası olaraq görülən Mahatma Qandinin sözü ilə bitirmək istəyirəm.

 

“Əsl var-dövlət sağlamlıqdır, qızıl-gümüş parçaları deyil”

 

Sağlamlığınız qeydinə qalın, dostlar, bəzən bahalı olsa belə!