İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən ayaqqabı seçimi

Türkiyədən ayaqqabı seçimi
Türkiyədən ayaqqabı seçimi

Türkiyədən ayaqqabı sifarişi

             Türkiyənin onlayn alış-veriş platformalarından ən çox sifariş edilən məhsullar arasında ayaqqabı sifarişləri ayrı bir yerə sahibdir. İstər sport, istər günlük, istər klassik, istərdə digər növ ayaqqabılara Türkiyənin istənilən onlayn alış-veriş saytlarından rahatlıqla sifariş edə bilərsiniz. Ayaqqabı seçərkən insanların ən çox diqqət etməli nüansların başında təbii ki, ayaqqabının ölçüsü gəlir. Saytlarda həm Türkiyə, həm Avropa, həm də Asiya markalarından olan ayaqqabıları rahatlıqla tapa bilərsiniz. Bunu nəzərə alaraq ayaqqabı seçdiyiniz zaman mümkün dərəcədə ayaqqabının hansı ölkədən olduğuna diqqət yetirmək lazımdır. Çünki bəzən seçilən ayaqqabıların ölçülərində fərqliliklərə rastlanır. Bu ayaqqabını təklif edən şirkətin səhvi olmur, sadəcə qitələrə görə müəyyən ölçülərdə fərqliliklər olur. Buna nümunə olaraq göstərə bilərik: Avropa markası olan ayaqqabı ölçüsü 41-dirsə; bu Meksika markasına görə 6,5; Yaponiya markasına görə kişilərdə 26, qadınlarda 25,5; İngiltərə markasında kişilərdə 7,5, qadınlarda 7 olan ölçüyə uyğun gəlir. Məhz bu səbəbdən ayaqqabı seçərkən mümkün dərəcədə hansı ölkə və ya bölgə markası olmasına diqqət yetirilməlidir.

 Türkiyənin onlayn alış-veriş saytlarının bir çoxunda demək olar ki, ayaqqabı satışına rastlamaq mümkündür. Bu platformaların ən başında isə təbii ki, Trendyol gəlir desək yanılmarıq. Həm yerli, həm də dünya markalarının olduğu paltformada istədiyiniz növdə ayaqqabı tapmağınız cəmi bir neçə dəqiqəninizi alacaq. İstər Nike, Adidas kimi dünyanın hegemon ayaqqabı markalardından, istərsə də yerli Türk markalarından olan ayaqqabıların sifarişini Kango cəmi 3-5 gün ərzində sizə çatdırır.

Türkiyənin digər ayaqqabı satışı ilə məşğul olan saytlarına Flo.com.tr, hepsiburada.com, morhipo.com, ayakkabidunyasi.com.tr, deichmann.com, hotic.com.tr və s. kimi saytları misal göstərə bilərik.

Türkiyənin istənilən onlayn alış-veriş saytından istədiyiniz ayaqqabıları könül rahatlığı ilə sifariş edə bilərsiniz. Əgər Azərbaycan bank kartlarını qəbul etməyən saytdan sifarişiniz varsa, sifarişdən vaz keçməyin. Kango bunun üçün də sizə kömək etməyə hər zaman hazırdır. Bunun üçün Kangonun “Sifarişimi Al” xidmətindən elə indi yararlana bilərsiniz.

3-5 Gündə Türkiyədən Azərbaycana Karqo-Kango

Verdiyiniz sifarişləri günlər və həftələrlə gözləməkdən bezmisinizsə elə indi Kangonun xidmətlərindən yararlanaraq Türkiyədən etdiyiniz onlayn sifarişlərinizi 3-5 gündə rahatlıqla əldə edə bilərsiniz. Ölkəmizdə həm qiymət baxımından, həm də xidmət baxımından lider olan Kango hər zaman müştərilərini düşünərək onlar üçün mükəmməl xidmət göstərməyə davam etməkdədir. Siz də həm sərfəli, həm sürətli, həm də etibarlı karqo xidmətindən yararlanmaq istəyirsinizsə Kango.az-da elə indi qeydiyyatdan keçə bilərsiniz.