İş saatları

Bazar ertəsi - Şənbə 10:00-19:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Cümə 10:00-19:00

Siz bəyənin, Biz gətirək!

Siz bəyənin, Biz gətirək!
Siz bəyənin, Biz gətirək!

Türkiyədən sifarişlərinizi siz bəyənin, biz gətirək!

Kango.az Türkiyədən sifarişləri sizin üçün daha əlçatan edir. “Çatdırılma” xidmətimiz ilə Türkiyədən sifariş etmək istədiyiniz məhsulların daşınmasını Kango-ya həvalə edə bilərsiniz. “Sifarişimi al” xidmətiylə isə Azərbaycan bank kartlarını qəbul etməyən Türkiyə onlayn alış-veriş saytlarından məhsulunuzun alınmasını və çatdırılmasını Kango ilə yerinə yetirə bilərsiniz.

İş prinsipimiz, bütün türk onlayn alış-veriş mağazalarının Azərbaycana birbaşa göndərilməsi mümkün olmayan məhsullarını müştərilərimizə daha rahat və daha münasib qiymətə çatdırmaqdır. Kango etibarlı və sərfəli çatdırılma şirkəti  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə Türkiyədən sifarişlərin çatdırılmasını həyata keçirir. Azərbaycan və Türkiyədə qeydiyyatdan keçmiş şirkətimizin hər iki ölkədə özünəməxsus ofis və anbarları fəaliyyət göstərir.

Türkiyədən sifarişlərinizdə dəyərli müştərilərimizin rahatlığını təmin etmək üçün Bakının 7 müxtəlif məntəqəsində sizin üçün xidmət göstəririk. Qeydiyyatdan keçərkən Türkiyədən çatdırılmalarınız üçün sizə yaxın olan adresimizi seçərək məhsullarınızı həmin ünvandan təhvil ala bilərsiniz. Baş ofisimiz olan Nərimanov ofisindən başqa 6 ərazidə Həzi Aslanov, Bakıxanov, Memar Əcəmi, Biləcəri, XırdalanSumqayıtda çatdırılma məntəqələrimiz xidmətinizdədir. Əgər bu məntəqələr də sizə uzaqdırsa, qeydiyyatdan keçərkən baş ofis Nərimanovu seçərək kuryerdən istifadə edə bilərsiniz. Kuryer xidmətimiz məhsulunuzu Abşeron, Bakı kəndləri, Sumqayıt, Saray da daxil olmaqla istənilən ünvana çatdırılmasını təmin edir.

Bundan əlavə, Azərbaycanın fərqli bölgələrində yaşayan müştərilərimiz üçün Türkiyə sifarişlərinizin rayonlara poçtla göndərməsini təmin edirik, yaşadığınız bölgədən asılı olmayaraq Kango ilə sifariş edə və tezliklə bağlamanızı əldə edə bilərsiniz.

Kango etibarlı və sərfəli karqo şirkəti olaraq hər zaman müştərilərimizi yeni kampaniyalar və fərqli uduşlarla sevindirməyə hazırıq.

Əlavə suallarınız yaranarsa, bizə yaza və ya 012 525 43 43 nömrəsinə zəng edərək məlumat ala bilərsiniz.

Sizə xoş alış-verişlər arzu edir və  bizi seçdiyiniz üçün təşəkkür edirik!