İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Türkiyədən sifarişin üstünlükləri

Türkiyədən sifarişin üstünlükləri
Türkiyədən sifarişin üstünlükləri

Azərbaycanda karqo xidmətinin necə istifadə edildiyi istifadəçilər tərəfindən ən
çox marağa səbəb olan mövzulardan biridir. Son illərdə artan elektron ticarət
göstəriciləri istehlakçıların xarici ölkələrdən, xüsusi ilə də, Türkiyənin onlayn  alış-
veriş mağazalarından istifadəsi intensivliyinin artdığını göstərir. Bu isə xaricdən
məhsulların sifarişinin və daşınmasının maddi cəhətdən sərfəli olması ilə
əlaqədardır. Eyni zamanda, onlayn alış-verişin rahatlığı, vaxta qənaət və
çeşid bolluğu kimi faktorlar da onlayn ticarətin inkişafını sürətləndirən
səbəblərdəndir. Xaricdəki onlayn mağazalardan alış-veriş zamanı məhsulların
daşınmasını isə karqo şirkətləri həyata keçirir. Bu səbəbdən, "Karqo xidmətlərindən
necə istifadə etmək olar?",  "Yüklərin daşınması zamanı çətinliklərlə qarşılaşmamaq üçün
nələrə diqqət etmək lazımdır?" kimi suallar daima müştərin maraq dairəsində olan
məsələlərdəndir. 
 
Türkiyədən alış-veriş 
Türkiyədən alış-veriş zamanı istehlakçıların ən çox sifariş etdikləri məhsullar
arasında geyim əşyaları, çanta, ayaqqabı, ətir və kitab kimi məhsullar yer
almaqdadır. Türkiyədən sifarişin ən böyük üstünlüyü isə ucuz və keyfiyyətli
məhsulların daha asan tapılan olmasıdır. Kango.az vasitəsilə Türkiyə saytlarından
sifariş üçün alış-veriş etdiyiniz onlayn mağazanın ünvan bölməsinə, Kango.az
saytında şəxsi hesabınızda yer alan xaricdəki ünvanların bölməsindəki məlumatları
daxil edirsiniz və sifarişiniz Türkiyə daxili karqoya verildikdən sonra saytımızda
bağlamanızı bəyan edirsiniz. 
Türkiyədən sifarişlərin həyata keçirilməsinin Kango.az saytı vasitəsiylə isə çox rahat
ikinci yolu da mövcuddur. Kango.az saytında yer alan "Mənim üçün sifariş
et" xidməti ilə müştərilər arzuladıqları məhsulları çox rahatlıqla əldə edə bilirlər.
Bunun üçün isə sadəcə seçdiyiniz məhsulun linkini saytımızda yer alan bölməyə
daxil etməyiniz kifayətdir, beləliklə əməkdaşlarımız sizin yerinizə alış-veriş
prosesini həyata keçirirlər. "Mənim üçün sifariş et" xidmətinin üstünlükləri isə
aşağıdaki kimidir:
1.Alış-veriş prosesinə əlavə vaxt sərf etmirsiniz
2.Saytımızda məhsulları bəyan etməyə ehtiyac olmur, əməkdaşlarımız bu prossesi
də özləri həyata keçirirlər.
 
Türkiyədən sifarişlərin daşınması
Türkiyədən sifarişlərin daşınmasını karqo şirkətləri həyata keçirir ki, bu sahədə də
istehlakçılar keyfiyyətli xidmət əldə etməkdə çətinliklərlə qarşılaşırlar. Kango.az
olaraq biz, müştərilərə ən sərfəli qiymətlərlə, ən keyfiyyətli xidməti göstərməyi
özümüzə vəzifə olaraq qəbul etmişik. Kango.az ilə müştərilər 0.89 dollardan
başlayan qiymətlərlə məhsulların daşınmasını həyata keçirir. Eyni zamanda, qeyd edək ki, digər karqo şirkətlərindən fərqli olaraq Kango maye məhsullar üçün
xüsusi tarif tətbiq etmir və adi məhsul tarifi ilə bu məhsulların daşınmasını həyata
keçirir. Eyni zamanda Türkiyədən sifarişlərin daşınması zamanı Kango.az
müştərilərdən əlavə məbləğ tələb etmədən bağlamaların ödənişsiz
sığortalanmasını həyata keçirir. Ödənişsiz sığorta şərtləri isə belədir.
Türkiyədən bir başa evlərə çatdırılma:
Türkiyədən sifariş prosesi yekunlaşdıqdan sonra bağlamalarınız ilk olaraq xarici
anbarımıza, daha sonra isə Bakı ofisimizə daxil olur və bağlamalarınızı buradan
gəlib, təhvil ala bilirsiniz. Eyni zamanda evinizi tərk etmədən, sadəcə kuryer
xidmətimizdən yararlanaraq, bağlamanızın bir başa istənilən ünvana çatdırılmasını
da həyata keçirə bilərsiniz. Azərbaycanın rayon və regionlarına isə bağlamaların
poçtla göndərilməsi mümkündür. Müştərilərin rahatlığını düşünərək yaradılmış
“onlayn kuryer” və “onlayn poçt” sifarişi xidmətlərimiz ilə bağlamalarınızın
arzuladığınız ünvana çatdırılması həyata keçirilir.
 
Beləliklə hər bir şəxs ardıcıllıqla bu prosesləri həyata keçirərək, Türkiyədən
arzuladığı məhsulları əldə edə bilər. Xoş alış-verişlər.