İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Trendyoldan ucuz məhsulu necə almalı?

Trendyoldan ucuz məhsulu necə almalı?
Trendyoldan ucuz məhsulu necə almalı?

Trendyoldan ucuz məhsulu necə almalı?

             Ölkəmizdə son illərdə populyarlığı gedərək artmaqda olan Trendyol onlayn alış-veriş saytı hazırda yerləşdiyimiz coğrafiya baxımından ən çox onlayn sifariş alan saytdır. Demək olar ki, bir müddət sonra dünyanın nəhəng onlayn alış-veriş saytları ilə mübarizə aparmaq gücündə olacaq Trendyolda hər zaman uyğun qiymətli istənilən növ məhsul tapmaq mümkündür. Ətirdən ayaqqabıya, paltardan kitaba, ofis ləvazimatından paltar asılqanına qədər müxtəlif növlü məhsulların asanlıqla tapıldığı platforma hal-hazırda Azərbaycandan olan müştərilər tərəfindən də böyük məmnuniyyətlə hər zaman izlənilir desək yanılmarıq.

Trendyol onlayn alış-veriş saytında ilin müəyyən zamanlarında endirimlər olsa da, bəzi məhsullarda bu endirimləri daimi olaraq görmək mümkündür. Bunlara təbii ki, ilk başda saat və t-shirt markalarını misal göstərə bilərik. Ancaq bunlardan əlavə olaraq bəzi markaları və ya onlayn mağazaları izləyərək çox ucuz qiymətə olan məhsullar tapmaq mümkündür. Əslində baxdığımız zaman bu cür məhsulları 2 səbəbdən ucuz qiymətə tapmaq olar: ucuz qiymətə satılan məhsul ya həmin mövsümün məhsulu deyil ya da həmin məhsul artıq stokda da bitmək üzrədir. Yəni marka həmin növdən olan məhsulları arasındakı sonuncuları olduğundan maya dəyərinə sataraq onalrı əldən çıxarmağa çalışır.

Bu növ satış strategiyalarına həm yerli, həm də dünya markalarında rast gəlmək mümkündür. Burada həm məhsul satılaraq stok boşaldılmış olur və həm də daha çox insan həmin markadan istifadə etmiş olur. İnanılmaz olsa da, bəzən 20-50 qəpik dəyərində saat tapmaq mümkün olur.Təbii ki, burada ilk şərt həmin markanın eyni məhsulunu öz qiymətinə almaqdır. Bu halda alınan 2-ci saat cəmi 20-50 qəpik dəyərində olur. Bundan başqa olaraq, bəzən 3-5 Azərbaycan manatına t-shirt tapmaq olur. Kitabsevərlərin də ayrıca çox ucuz qiymətə kitablar tapa biləcəyi saytda Türk yazarlarla yanaşı həm də xarici yazarların əsərləri satılmaqdadır.

Nəticə olaraq standard satış qiymətlərindən belə ucuz qiymətə məhsul axtarırsınızsa, seçdiyiniz marka və ya onlayn mağazanı daimi olaraq izləmədə saxlayın ki, bütün endirimlərdən xəbəriniz olsun.

Türkiyədən Azərbaycana ən sürətli karqo-Kango

Türkiyədən Azərbaycana verilən sifarişlərin sürətli və sərfəli tariflərlə daşınmasını istəyirsinizsə, elə indi Kango-nun saytında qeydiyyatdan keçin.

Müştəriləri üçün xidmət sahələrini hər keçən gün daha da böyüdən Kango Türkiyədən Azərbaycana karqo daşınmalarını cəmi 0.89 dollardan başlayan qiymətlərlə etməkdədir.