Addım-addım Trendyoldan sifariş və Türkiyədən çatdırılma (birinci hissə)

2021-02-12 11:29:50
Addım-addım Trendyoldan sifariş və Türkiyədən çatdırılma (birinci hissə)

Məlumdur ki, koronavirus səbəbilə alışlarımızı onlayn həyata keçiririk. Son aylarda dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da onlayn alış-veriş edənlərin sayında artım müşahidə olunur. Azərbaycanda Türkiyədən sifariş dedikdə isə ağıla gələn ilk Trendyol saytıdır. Əgər Trendyoldan sifariş prosesində iştirak etməyi planlayırsınızsa və bu haqda məlumatlı deyilsinizsə, bu yazımızda sizə bunu addım-addım vizuallarla izah edəcəyik.

 

Trendyolda qeydiyyatdan keçmək üçün siz telefonunuzun və ya komputerinizin brauzerindən trendyol.com saytına keçərək yaxud Trendyol tətbiqini endirərək daxil ola bilərsiniz.

 

Şəkil 1-də gördüyünüz kimi, yuxarı sağ küncdə iki seçim var. 

  1. “Giriş Yap” (Daxil ol) 

  2. “Üye Ol” (Qeydiyyatdan keç)

Əgər hələ də Trendyol-da şəxsi hesabınız yoxdursa, ikinci seçimə klikləməlisiniz.

 

                                                 Şəkil 1.



Şəkil 2-də artıq siz şəxsi məlumatlarınızı doldurmalı olduğunuz pəncərə açılır. Gördüyünüz kimi, siz burada:

- elektron poçt ünvanınızı (aktiv və istifadə olunan olması arzuolunandır)

- yeni şifrə (siz bu şifrədən Trendyol-a daxil olarkən istifadə edəcəksiniz)

- cinsiyyət (məhsulları cinsinizə uyğun rahatlıqla axtarıb tapmağınızda yardımçı olacaq) əlavə etməlisiniz.

Ən sonda isə Trendyoldan sifariş zamanı endirim və kampaniyalardan elektron poçt vasitəsilə xəbərdar olmaq istəyirsinizsə, yazının əvvəlindəki hissəyə klikləməyiniz kifayətdir.

 

 

Şəkil 2.



Şəkil 3-də açılan pəncərə qeydiyyatın son mərhələsidir. Burada Trendyolla bağlı endirim və kampaniyaları istəyə görə aktivləşdirə bilərsiniz. Trendyol sizə bu bildirişləri haradan alacağınızla bağlı iki seçim təqdim edir:

  1. Elektron poçt

  2. SMS vasitəsi ilə

İstəyinizə görə bunlardan birini seçə yaxud seçməyə bilərsiniz. Bundan sonra “Onayla ve Kaydet” (Təsdiqlə və Saxla) düyməsinə basırsınız. Beləliklə, qeydiyyat prosesini tamamlayırsınız.

 

Son olaraq, Şəkil 4-də artıq siz yuxarı sağ pəncərədə sizə məxsus “Hesabım” (Hesab), “Favorilerim” (Sevimlilər), “Sepetim” (Səbət) bölümlərini görə bilərsiniz. Hesab hissəsində isə sifarişləriniz, dəyərləndirdiyiniz məhsullar, endirim kuponlarınız, istifadəçi məlumatlarınız, Trendyol köməkçiniz, yardım və çıxış bölümlərinə daxil olmaq mümkündür.

Şəkil 4.

 

Növbəti addımda isə sizə məhsulu seçib, Trendyol səbətinizə əlavə edəcəyinizi göstərəcəyik.

Şəkil 5-də işarələnmiş menyuda bütün kateqoriyalar və alt kateqoriyaları asanlıqla görə və seçə bilərsiniz. Hətta yuxarıdan axtardığınız spesifik məhsul və ya markanı axtarış bölməsindən tapa bilərsiniz.

 

Şəkil 5. 

 

Digər addımda siz istədiyiniz məhsulu seçirsiniz. (Şəkil 6)

  1. Burada alıcılar tərəfindən məhsula verilən xal və dəyərləndirmələri görə bilərsiniz. Bu, sizin alış-veriş zamanı qərar vermənizdə yardımçı olacaq.

  2. Məhsulu sifariş verərkən bədəninizə uyğun ölçüdə sifariş verməyi qətiyyən unutmayın.

  3. “Sepete Ekle” (Səbətə əlavə et) butonuna klikləyərək seçdiyiniz malı səbətə əlavə edə bilərsiniz.

  4. Məhsul haqda bütün məlumatlardan xəbərdar olmaq üçün buradan baxa bilərsiniz.

 

Şəkil 6.

 

Siz səbətinizə daxil olaraq sifarişlərinizi və onların sayını, səbətinizdəki məhsulların ümumi dəyərini görə bilərsiniz. Daha sonra isə səbətdəki məhsulu təsdiqləyirsiniz. (Şəkil 7)



Şəkil 7.

Prosesin davamını, Türkiyədən çatdırılmanı necə həyata keçirəcəyinizi, daşıyıcı şirkətdən necə qeydiyyatdan keçməli olduğunuzu və Türkiyədən sifarişi necə tamamlamağı növbəti bloq yazımızdan oxuya bilərsiniz.
Trendyoldan verdiyiniz sifarişi Azərbaycana çatdırılma üçün hansı mərhələdən keçəcəyinizi növbəti məqaləmizdə sizə detallı və aydın şəkildə göstərəcəyik. Odur ki, bloqlarımızı izləyin!