Trendyoldan Azərbaycana necə sifariş edim?

2020-10-29 15:27:55
Trendyoldan Azərbaycana necə sifariş edim?

Trendyoldan Azərbaycana sifariş


Artıq elə bir zamandayıq ki, Türkiyədən Azərbaycana sifariş dedikdə ilk ağıla gələn mağaza Trendyol onlayn alış-veriş saytıdır. Türkiyədən Azərbaycana edilən sifarişlərdə Trendyol saytı ilk sıradadır. Trendyol onlayn alış-veriş saytından öz bank kartınızla Azərbaycana sifariş etmək istəyirsinizsə, qeydiyyat prosesindən ödəniş prosesinə qədər olan bütün mərhələlərini bilməlisiniz. Kango sizlər üçün “Trendyoldan Az
ərbaycana necə sifariş edim” rubrikasını təqdim edir. Bu rubrika daxilində Trendyol onlayn alış-veriş saytından Azərbaycana sifariş etmə qaydaları ilə tanış olacaqsınız.


Trendyol.com-da qeydiyyat

Trendyoldan Azərbaycana hər hansı məhsulu sifariş etmək üçün ilkin mərhələdə mağazanın rəsmi saytında, yəni trendyol.com onlayn alış-veriş saytında qeydiyyatdan keçməlisiniz. Bunun üçün trendyol.com-a daxil olaraq sağ yuxarı tərəfdə göstərilmiş ‘‘giriş yap‘‘ bölməsindən ‘‘üye ol‘‘ düyməsinə klikləyin. Açılan səhifədə e-mail ünvanınızı yazaraq saytın tələb etdiyi güvənlik qaydalarına uyğun şifrə təyin edin. Cinsinizi qeyd etdikdən sonra üzvlük şərtlərini qəbul edib ‘‘trendyola üye olun‘‘ düyməsinə klik edin.

Qeyd edək ki, Trendyoldan Azərbaycana sifariş etmək üçün qeydiyyatdan keçmək üçün “ facebook ile üye ol “ və ya “google ile üye ol” seçimlərindən də istifadə edə bilərsiniz.
Qeydiyyat prosesini tamamladıqdan sonra Trendyoldan Azərbaycana sifarişlərinizə başlaya bilərsiniz. Sifariş etmək istədiyiniz məhsula daxil olaraq "sepete ekle’’ düyməsinə klikləyin. Məhsul səbətə əlavə olunduqdan sonra Trendyolda ‘‘sepetim‘‘ bölümünə daxil olaraq ‘‘sepeti onayla‘‘ bölməsinə klikləyin. Açılan pəncərədə adınızı, soyadınızı,
kango.az saytının ‘‘Türkiyə ünvanım‘‘ hissəsində sizin üçün qeyd edilmiş Türkiyəyə məxsus nömrəni və ünvan məlumatlarını daxil edin. Bütün xanaları doldurduqdan sonra ‘‘kaydet‘‘ düyməsinə klik edin. Yazdığınız məlumatların doğruluğundan əmin olun, əks halda Trendyoldan Azərbaycana sifarişlərinizdə problem yaşana və göndərilməsi baş tutmaya bilər.

Növbəti pəncərədə ‘‘ödeme seçenekleri‘‘ bölməsini doldurmalısınız. Bu bölmədə isə ödənişi həyata keçirəcəyiniz bank kartının məlumatlarını daxil edin. ‘‘Ödeme yap‘‘ yazısını klikləyərək ödəmə prosesini tamamlayın. Budur artıq məhsulunuz sifariş olundu və Türkiyə anbarımıza çatdıqdan sonra tezliklə Trendyoldan Azərbaycana sifari
şinizin göndərişi baş tutacaq.     

Öz bank kartınızla Trendyoldan Azərbaycana sifariş etdiyiniz hər bir məhsul üçün
Kango.az saytında bəyannamə doldurmanız vacibdir. Əks halda anbarımıza daxil olan məhsulun sizə aid olduğu məlum olmayacaq və Trendyoldan Azərbaycana sifariş etdiyiniz bağlamanın göndərilməsində gecikmələr yaşanacaq.

Eyni zamanda Türkiyə anbarımıza daxil olan bütün bağlamalarınız üçün “Smart Customs” tətbiqində bəyannamə doldurmalısınız. Bəyannamə doldurulmadığı halda, məhsullarınızın göndərilməsi baş tutmayacaq.
Kango.az saytında və “Smart Customs” tətbiqində bəyannamənin doldurulması ilə bağlı öyrədici videomuzu Youtube kanalımızdan izləyə bilərsiniz.

 

Trendyol.com özəllikləri

Türkiyədən Azərbaycana sifarişlərdə Trendyol onlayn alış-veriş saytının ilk sıralarda olma səbəbi təbii ki, yalnız endirimləri və bir çox məhsulu özündə cəmləməsi deyil. Trendyol öz müştərilərinə onlarla fərqli xüsusi xidmətlər təklif edərək onların məmnuniyyətini təmin etməyə çalışır.

Trendyol onlayn alış-veriş saytının özəllikləri nələrdir?

Trendyol saytının ən vacib özəlliklərindən biri odur ki, bir məhsulu yalnız bir satıcı deyil, bir neçə satıcı satışa çıxarır və beləliklə, siz məhsulun qiymət müqayisəsini rahatlıqla edə və ən sərfəli qiymətə əldə edə bilirsiniz.

Trendyol saytında yer alan rəy bölməsi alıcıların köməyinə çatan ən faydalı bölmələrdən biridir. Türkiyədən Trendyoldan sifariş etmək istədiyiniz məhsulun rəy bölməsini gözdən keçirərək məhsul haqqında alıcı fikirlərini oxuya və məhsul haqqında daha dolğun fikir formalaşdıra bilərsiniz.

“Trendyol Elite” proqramı Trendyol onlayn alış-veriş saytının öz müştərilərinə təqdim etdiyi loyallıq porqramlarından biridir. Trendyol Elite olmaq üçün son 3 ay ərzində Trendyoldan sifarişlərinizin sayı 30, toplam məbləği isə 3000 TL dəyərində olmalıdır. Bu şərtləri yerinə yetirdikdən sonra siz Trendyol onlayn alış-veriş saytının Trendyol Elite müştərisi olursunuz və bir çox özəlliklərdən yararlana bilirsiniz.

Trendyol Elite proqramının özəllikləri nələrdir?

Trendyol öz Elite müştərilərinə digərlərindən fərqli olaraq müxtəlif endirim kampaniyaları təqdim edir. Bununla yanaşı, Trendyol Elite müştəriləri 30 TL üzəri sifarişlərini Türkiyədaxili karqo ödənişi olmadan yerinə yetirirlər.

Beləliklə artıq həm asanlıqla, həm də bir çox özəlliklərindən xəbərdar formada Trendyoldan Azərbaycana sifarişlərinizi edə və çatdırılmasını Kango.az-a həvalə edə bilərsiniz!

 

Trendyoldan sifarişlərdə bir çox alıcının üstünlük verdiyi məşhur markalar və endirim kampaniyaları

Son dövrlərdə e-ticarətin yüksək inkişaf tempi ilə irəliləməsi ölkəmizdə Türkiyədən, xüsusilə Trendyoldan sifariş edənlərin və onlayn alış-veriş həcminin gözlə görülən dərəcədə artmasına gətirib çıxarıb. Türkiyədən alış-veriş edən alıcılar artıq uzun müddətdir ki, onlayn sifariş verməyin bir çox üstünlüklərindən yararlanmağa davam edirlər. Ölkəmizdə Türkiyədən alış-verişin belə artmasına əsas səbəb kimi buradakı qiymətlərə nisbətən daha sərfəli olması, məhsul çeşidinin çox olması, bir çox markaların Azərbaycanda nümayəndəliyinin olmaması, onlayn sifariş verməyin mağazaları gəzib dolaşmaqdan qat-qat rahat olması və son bir neçə ayda karantin qaydalarının sərtləşməsi ilə onlayn alış-veriş etməyə rəğbətin artması kimi göstərmək olar.

Türkiyədən alış-veriş həcminin böyük qismini Trendyoldan Azərbaycana sifarişlər təşkil edir. Çünki bu onlayn alış-veriş saytı vasitəsilə sadəcə bir hesab açmaqla məşhur markaların bir çoxundan istədiklərinizi sifariş etmək imkanına sahib olmuş olursunuz. Trendyolun TrendyolMilla və TrendyolMan adlanan öz mağazasından da müxtəlif keyfiyyətli məhsulları onlayn sifariş edə bilərsiniz. Amma Trendyoldan alış-veriş etməyin müsbət tərəfləri bununla da bitmir, bu onlayn alış-veriş saytı sizə müxtəlif markalarda mütəmadi endirim kampaniyaları təklif edir ki, bu da Türkiyədən Azərbaycana sifarişlərinizi daha sərfəli şərtlərlə tamamlamağınıza böyük ölçüdə kömək edəcəkdir. Bəs Trendyoldan sifariş vermək nə üçün sərfəlidir? "Türkiyədən onlayn sifariş etmənin üstünlükləri" adlı bloqumuza keçid edərək onlayn alış-verişin faydalarını öyrənə bilərsiniz.

Onlayn alış-verişinizi bitirdiniz, lakin bundan sonra bağlamanızın Azərbaycana göndərilmə prosesini necə həyata keçirəcəyinizi bilmirsinizsə, bunun üçün də narahat olmağınıza əsas yoxdur, çünki Kango sərfəli şərtlərlə bağlamanızın Türkiyədən Azərbaycana çatdırılmasını təmin edəcək. Qeyd edək ki, artıq Türkiyə anbarımıza daxil olan bağlamalarınızın üzərində faktura olduğu halda, bəyannamə doldurmağınıza ehtiyacın olmaması da işinizi xeyli asanlaşdıracaq. Bu haqda geniş məlumatı "Artıq Kango ilə bəyannamə yükləməyə ehtiyac yoxdur" adlı xəbərimizdən oxuya bilərsiniz.

Artıq hər şey aydındır, amma Trendyoldan sifarişlərinizdə hansı markaların mağazalarına mütləq baxmalı olduğunuzu bilmirsinizsə, bu bloqumuzu oxumağa davam edin. Çünki sizi Trendyoldan alış-verişlərdə bir çox alıcının tez-tez istifadə etdiyi və razı qaldığı geyim, ayaqqabı, elektronik əşyalar və hətta ev aksesuarları mağazaları və onların hazırda təklif etdiyi endirim kampaniyaları ilə tanış edəcəyik.

 

1. Adidas

trendyol-meshur-markalar-adidas

Öz adını qurucusu Adolf Dasslerin adından götürən markanın əsası 1949-cu ildə Almaniyada qoyulub. O, həmçinin Avropada ən böyük idman geyimləri və ayaqqabı istehsalçısı hesab edilir. Ən bəyənilən kolleksiyalarından Adidas Terrex və Adidas Superstar idman ayaqqabılarında brendin özünəməxsus tərzini nümayiş etdirməkdən əlavə, həm də alıcılara geniş seçim şansı verir. Trendyoldan sifarişlərinizdə idman ayaqqabıları sifariş verməyi planlayırsınızsa, tələsin, çünki brend qısa müddət üçün Türkiyə daxili karqonu pulsuz həyata keçirməyi öhdəsinə götürüb və üstəlik seçilmiş məhsullarına səbəttə 35%-ə qədər endirimləri mövcuddur.

 

2. Defacto

trendyol-meshur-markalar-defacto

Türk markası olan Defacto gənclər üçün geyim və ayaqqabılardan tutmuş uşaqlar üçün müxtəlif növ məhsullara qədər həm böyüklər, həm də balacalar üçün rahatlıqla Türkiyədən Azərbaycana sifariş edə biləcəyiniz markalardan biridir. Hazırda isə Qış Festivalı elan edən marka 50%-ə qədər endirimlərdən savayı aldığınız hər ikinci məhsula səbəttə 30% endirim də əlavə edir.

 

3. Koton

trendyol-meshur-markalar-koton

Digər türk markası olan brend-Koton əsasən qadın və kişilər üçün keyfiyyətli geyim markası olaraq tanınsa da,Trendyoldan alış-verişlərinizdə aksesuar və ayaqqabı sifarişlərinizi də bu brendə etibar edə bilərsiniz. Həmçinin uşağınızın rahatlığı üçün geyim axtarışındasınızsa, Koton Kids kolleksiyasının müxtəlif yaşda uşaqların rahatlığı üçün dizayn edilmiş məhsullarına nəzər yetirməyi unutmayın. Qeyd edək ki, bu brend də 60% endirim kampaniyasına başlayıb və əlavə olaraq səbəttə 30% endirim vəd edir.

 

4. Mango

trendyol-meshur-markalar-mango

Türkiyədən sifarişlərə üstünlük verən qadınların kampaniyalarını və yeni məhsullarını səbrsizliklə gözlədiyi brendlərdən bəlkə də, ən birincisi Mangodur. Əsası Isak Andic ve Nahman Andic qardaşları tərəfindən Barselonada qoyulan marka həm də kişi geyim və aksesuarları istehsal edir. Brendin ən sevilən xüsusiyyətlərindən biri isə aldığınız geyim və aksesuarları rahatlıqla kombin edərək öz stilinizlə gündəlik geyiminizdə fərqlənmə imkanı verməsidir.

 

5. Mavi

trendyol-meshur-markalar-mavi

Özünü “Dünya standartlarında yaşam tərzi markası” adlandıran Mavi də türk brendidir. Əsasən cins şalvar, pencək və köynəkləri ilə məşhurlaşsa da, sport geyiminizdə cinsdən başqa istifadə edə biləcəyiniz digər geyimlər, çantalar, aksesuarlar və hətta parfumeriya məhsullarınızı da Türkiyədən onlayn sifariş edə bilərsiniz.

 

6. Nike

trendyol-meshur-markalar-nike

Dünyanın ən böyük idman geyim və aksesuarları istehsalçısı olan Nike brendinin əsası 1964-cü ildə ABŞ-da qoyulub. İdmanın istənilən sahəsi ilə istər həvəskar, istərsə də peşəkar məşğul olursunuzsa, Trendyoldan sifariş edərkən bu brendə baxmağınızı tövsiyyə edirik, çünki marka idmanı sadəcə futbolla məhdudlaşdırmır. Belə ki,  brend futbol üçün geyim və ayaqqabı sifarişindən əlavə, basketbol, qolf, qaçış və tenis üçün uyğunlaşdırılmış ayaqqabılar təklif edir.

 

7. İpekyol

trendyol-meshur-markalar-ipekyol

Trendyoldan sifarişlərdə digər məşhur türk brendlərindən biri olan İpekyol əsasən qadın alıcı kütləsi üçün müxtəlif tərz və çeşidlərdə geyim və aksesuarları ilə tanınır. 31 Yanvara qədər Böyük Sezon Endirimi elan edən marka, moda dünyasına yeni təqdim etdiyi Miss İpekyol 2020-2021 payız/qış trendləri kolleksiyasını isə 79 TL-dən başlayan qiymətlərlə satışa çıxarır.

 

8. Pierre Cardin

trendyol-meshur-markalar-pierre-cardin

Trendyoldan alış-veriş edən alıcıların əksəriyyəti bu brendi kişi geyim və aksesuarları brendi kimi tanısa da, marka kolleksiyasında hər il özünəməxsus dizaynda qadın geyim və aksesuarlarını da nümayiş etdirir. Pierre Cardin-in ən bəyənilən xüsusiyyəti isə həm eleqant, həm də sport geyim tərzini birləşdirərək kostyumlarının daha müasir və öz rəqiblərindən asanlıqla fərqlənən tərzdə olmasıdır.

 

9. New Balance

trendyol-meshur-markalar-newbalance

Türkiyədən alış-veriş edən alıcıların idman geyim və ayaqqabıları almaq üçün tez-tez müraciət etdiyi markalardan biri olan New Balance öz minimalist dizayn anlayışı ilə digər idman markalarından xeyli fərqlənir. Brendin yaranması isə 1906-cı ildə qurucusu William J. Riley’nin bütün gün ayaqda çalışan insanlar üçün ayaq dabanlığı istehsal etmə fikri ilə əlaqədardır. Sonradan idmançıların da ehtiyaclarını qarşılamağı öz missiyası halına çevirən New Balance 1970-ci illərdən bəri idmanla maraqlanan hər kəsin sevimli markalarından biri hesab olunur və Trendyolda Aazərbaycana sifarişlərdə mühim yer tutur.

 

10. Hotiç

trendyol-meshur-markalar-hotic

Hotiç brendi həm qadınların, həm də kişilərin Türkiyədən alış-veriş edərkən seçdiyi sevimli ayaqqabı markalarından biridir. Bunun səbəbi isə brendin ayaqqabılarını gündəlik, klassik və idman ayaqqabıları kimi müxtəlif kateqoriyalara ayırması və öz məhsullarında rahatlığı ön plana çıxarmasıdır. Hazırda isə marka Trendyoldan səbəttə 30%-ə qədər endirim tətbiq edir, yəni hələ də qış ayaqqabınızı seçməmisinizsə, endirimli məhsullar tükənmədən onlayn alış-verişinizi tamamlamağa və sifarişinizin Bakıya tezliklə çatdırılmasını Kangoya həvalə etməyə tələsin!

 

11. Derimod

trendyol-meshur-markalar-derimod

Digər trendlər dəyişsə də, dəridən hazırlanan pencək, çanta və ayaqqabılar çox zaman hər il trenddə qalmağı bacarırlar. Belə məhsulları Türkiyədən sifariş verməklə isə həm büdcənizə böyük ölçüdə qənaət edə, həm də trend dəri geyimləri əldə edə bilərsiniz. Trendyoldan alış-verişinizdə dəri alacağınız marka kimi Derimod’u seçməyin üstünlüyü isə həm 1974-cü ildən bəri bu sahədə kifayət qədər təcrübəsi olan türk markası olması, həm də indi səbəttə 15% əlavə endirim kampaniyasının aktiv olmasıdır.

 

12. Hummel

trendyol-meshur-markalar-hummel

Öz sahəsində ən təcrübəli markalardan biri olan Hummel Türkiyədən Azərbaycana sifarişlərdə ən çox alınan idman geyim və ayaqqabıları markalarından biridir. Brend yarandığı gündən bəri çoxşaxəli inkişaf edərək həm dünya səviyyəsində bir marka olmağı, həm də öz sahəsini genişləndirərək futbol, basketbol, voleybol və digər idman növləri üçün forma və ayaqqabı istehsalı markası kimi tanınmağı bacarıb. Hummel-in idman geyimlərini hamıya əlçatan olması üçün sərfəli qiymətlərlə təklif etməsi brendi sizin Trendyoldan sifarişləriniz zamanı sevimli brendlərinizdən birinə çevirəcək.

 

13. Mudo

trendyol-meshur-markalar-mudo

Tək bir onlayn mağazanı ziyarət edərək həm özünüz, həm uşağınız, həm də eviniz üçün aksesuarlar almaq mümkündür? Əgər Trendyoldan sifariş edərkən Mudo brendini seçmisinizsə, bu sizin üçün artıq adi haldır. Adından xarici brendə bənzəsə də, türk brendidir, öz adını qurucuları Mustafa Taviloğlu ve Doğan Gürün'ün adlarının ilk hecalarından götürüb. Hazırda marka Trendyoldan onlayn sifarişlərdə qadın və kişi geyimlərinə 50% endirimdən əlavə səbəttə 40% endirim tətbiq edir. Mudo Concept adlanan layihədə isə eviniz üçün zövqünüzə uyğun istənilən ölçüdə mebel və aksesuarı sifariş etməyiniz mümkündür.

 

14. Lacoste

trendyol-meshur-markalar-lacoste

Trendyoldan sifarişlərinizdə lüks brendləri seçməyi sevirsinizsə, çox güman ki, artıq Lacoste ilə tanışsınız. Brend, əsasən, öz geyimində sport tərzə üstünlük verənlərin rahat və eleqant görünməsinə kömək etməyi hədəfləyərək, üst geyimləri, klassik və idman ayaqqabıları, gün eynəkləri, saatlar və digər ağlınıza gələ biləcək hər çeşiddə aksesuarlar istehsal edir.

 

15. Özdilek

trendyol-meshur-markalar-ozdilek

Evdən çıxarkən seçdiyimiz geyimlərdə, ayaqqabılarda rahatlığa önəm verdiyimiz kimi evdəki rahatlığımız da önəmlidir. Elə bu səbəbdən Türkiyədən alış-verişlərinizdə ev tekstili sahəsində axtardığınız hər şeyi rahatlıqla onlayn sifariş edə biləcəyiniz markalardan birini tanımağınızı istəyərdik. Bu marka isə şübhəsiz, Özdilekdir. Brendin hazırda Trendyoldan sifarişlərdə Türkiyə daxili çatdırılmanı ödənişsiz etməsi isə buradan onlayn alış-veriş etməyə tələsmək üçün digər bir səbəbdir.

 

16. Karaca

trendyol-meshur-markalar-karaca

Mətbəxdə vaxt keçirməyi sevirsinizsə və yeni reseptlər sınamaqdan zövq alırsınızsa, o zaman Trendyoldan sifarişlərinizdə mətbəx əşyalarına və qab-qacaqlara da göz gəzdirməlisiniz. Onlayn sifarişlərində Karaca brendinə üstünlük verənlərin sayı hədsiz çoxdur, çünki brend həm yüksək keyfiyyəti, həm də sərfəli qiymətləri ilə seçilir. Trendyoldan sifariş edərkən, qab-qacaqların və digər məhsulların sınma ehtimalından şübhələnirsinizsə, Kango’nun Platinum sifariş xidməti sizin köməyinizə çatacaq. Çünki, sına biləcək əşyalarınız Türkiyə anbarımıza çatdığı zaman bağlamanız açılıb yoxlanılacaq və hər hansı bir qüsur aşkarlanarsa, sizin razılığınızla mağazaya geri qaytarılaraq ödənişiniz geri alınacaqdır. Karaca Home brendi isə evinizin mətbəxdən savayı digər otaqları üçün axtardığınız ev tekstilini tapmaqda sizə kömək edəcəkdir.

 

17. Yataş

trendyol-meshur-markalar-yatas

Yataş brendi də Türkiyədən sifarişlərdə tez-tez üstünlük verilən ev tekstili markalarındandır. Daha dəqiqliklə, desək, Yataş Bedding markası ev tekstili sifarişlərində, brendin digər markası – Enza Home isə ev mebeli və aksesuarların satışında lider mövqe tutan markalardan hesab olunurlar. Trendyoldan alış-verişlərinizdə bu brendin məhsullarını seçməyinizin digər bir müsbət cəhəti isə indi onlayn sifarişlər zamanı bir çox məhsullara Türkiyə daxili çatdırılmanın ödənişsiz olmasıdır.

 

18. Arçelik

trendyol-meshur-markalar-arcelik

Son zamanlarda məişət texnikası alış-verişini Trendyoldan sifariş edənlər də az deyil. Bunun səbəblərindən biri daha sərfəli qiymətlərlə təklif olunması olsa da, digər səbəbi isə ən məşhur markaların birindən-Arçelik markasından sifarişlərin mümkün olmasıdır. Gündəlik istifadə olunduğu üçün işimizi asanlaşdıran yüksək texnologiyada məhsullar istehsal edən Arçelik hazırda bir çox yüngül məişət texnikası kateqoriyasında Türkiyə daxili karqonu ləğv edib.

 

19. Vakko

trendyol-meshur-markalar-vakko

Türkiyədən sifarişlərdə üstünlük təşkil edən və brend geyim markası olan Vakkonun yaranması 1934-cü ildə Şen Şapka” adlanan kiçik bir papaq dükanı ilə əlaqədardır. Sonradan türk pambığı və ipəyindən istifadə etməyə başlayan marka tezliklə məşhurlaşır və öz dizaynerlərinin brend geyimlərini satmağa başlayır. Trendyoldan  Azərbaycana sifarişlərdə isə brendin çantaları tez-tez ən çox satılan çantalar siyahısına girməyi bacarır.

 

20. Emsan

trendyol-meshur-markalar-emsan

Yemək bişirməyi sevənlərin ən çox vaxt keçirdiyi yer mətbəxləridir. Bu halda Türkiyədən sifarişlərinizdə tez-tez endirimləri izləməli olduğunuz brendlərdən biri də mütləq Emsan olmalıdır. Trendyoldan alış-verişlərinizdə Türkiyə daxili pulsuz karqo təklif edən marka həm də yüksək keyfiyyəti ilə seçilir. Beləliklə, Emsandan onlayn sifarişləriniz gəldikdən sonra siz yeni qab-qacaq və digər mətbəx əşyalarınız ilə mətbəxdə keçirdiyiniz vaxtdan daha çox zövq almağa başlayacaqsınız.

 

21. Samsung

trendyol-meshur-markalar-samsung

Android istifadəçilərinin sevimli telefonlarından biri olan Samsung brendi də Türkiyədən sifarişlərdə üstünlük təşkil edən markalardandır. Məhsullara Türkiyə daxili çatdırılma üçün ödəniş alınmır. Habelə Trendyoldan onlayn alış-verişlərinizdə təkcə telefon yox, planşetlər və telefon aksesuarlarını da sifariş edə bilərsiniz.

 

22. LC Waikiki

trendyol-meshur-markalar-lcwaikiki

Rahat geyim tərzinə sahib olan insanların Türkiyədən sifariş edərkən səbətə əlavə etdikləri məhsullar arasında tez-tez rast gəlinən brendlərdən biridir. Uşaqların rahatlığını düşünərək onlar üçün hər il fərqli kolleksiyalar təqdim edən LC Waikiki-dən ev geyimləri və hətta öz istehsalı olan ətir çeşidlərini də onlayn sifariş etmək mümkündür.

 

23. Oriflame

trendyol-meshur-markalar-oriflame

Qadınların hər zaman almaqdan və istifadə etməkdən zövq aldığı makyaj məhsullarının geniş çeşidini təqdim edən Oriflame, təkcə bununla kifayətlənməyərək şəxsi qulluq və baxım vasitələrinin də Trendyoldan sifarişlərində üstün mövqe tutan markalardan biri kimi öz sahəsində üstün mövqe tutur.

 

24. Apple

trendyol-meshur-markalar-apple

Yüksək texnologiyalı smartfon, planşet və kompyuterlərin satışını həyata keçirən Apple şirkəti də Trendyoldan sifarişlərdə brend məhsullar arasında üstünlük təşkil edən markalardan biridir. IOS istifadəçisisinizsə, onlayn alış-veriş zamanı çox axtarmadan müxtəlif telefon aksesuarlarını və kompyuterinizin artıq xarab olmuş hissələrini də onlayn mağazadan sifariş verməyiniz mümkündür.

 

25. Xiaomi

trendyol-meshur-markalar-xiaomi

Digər brendlərə nisbətən yeni - 2010-cu ildə qurulan Xiaomi markası rəqibləri ilə tez bir zamanda ayaqlaşmağı bacarıb. Trendyoldan sifariş olunarkən adətən smartfon markası kimi tanınsa da, bu, heç də belə deyil. Belə ki, marka, modem, telefon və kompyuter aksesuarları, tərəzi, təhlükəsizlik sistemi kameraları və digər məhsulların da satışını həyata keçirir.

 

26. Lenovo

trendyol-meshur-markalar-lenovo

Lenovo markası da telefonlar, kompyuterlər və onların müxtəlif növdə aksesuarlarını istehsal edən brendlərdən biridir. 1984-cü ildə əsası qoyulan marka bu sahədə kifayət qədər ixtisaslaşıb. Həmçinin Lenovo Trendyoldan sifarişlərinizdə Türkiyə daxili çatdırılma ödənişi almır.

 

27. Farmasi

trendyol-meshur-markalar-farmasi

1950-ci ildə Dr. Cevdet Tuna tərəfindən qurulan, dərman və kosmetik vasitələrinin satışı ilə məşğul olan Farmasi firması da Trendyoldan alış-verişlərdə ən çox onlayn sifariş olunan markalar arasında öz yerini tutur. 2000-dən çox kosmetik məhsul istehsal edən şirkət həm də məhsullarının bir çox bahalı makyaj markalarına nisbətən daha münasib qiymətdə olması ilə seçilir.

 

28. Dyson

trendyol-meshur-markalar-dyson

İngilis sahibkar James Dyson tərəfindən 1991-ci ildə qurulan şirkət əsasən-yüngül məişət texnikası-tozsoran, saç üçün qurulayıcı fenlər, təmizlik alətləri istehsalı ilə məşğuldur. Elə şirkətin Türkiyə nümayəndəliyi də Trendyoldan sifarişlərini bu məhsullar üzərindən qəbul edir.

 

29. Huawei

trendyol-meshur-markalar-huawei

Yüksək texnologiyalı məhsullar istehsal edən və Trendyoldan sifarişlərdə üst sıralarda olan digər bir brend isə Huawei markasıdır. Şirkət 2012-ci il statistikasına əsasən artıq ən böyük rəqibi Ericsson’u keçərək ən böyük şəbəkə və telekommunikasiya avadanlıqları istehsalçısı ünvanını əldə edib. Türkiyədən sifarişlərdə isə əsasən, smartfonlar və onların aksesuarları üstünlük təşkil edir.

 

30. Bellona

trendyol-meshur-markalar-bellona

Türkiyədən alış-veriş edərkən ev tekstili və ev mebelini eyni marka altında axtaranların onlayn sifarişlərində tez-tez gördüyümüz brendlərdən biri Bellonadır. Öz konsept mebel dəstləri ilə də xüsusi fərqlənən Türkiyə brendi Trendyoldan sifarişlərində Türkiyə daxili karqo üçün ödəniş tələb etmir.

Beləliklə, Trendyoldan sifariş edərkən qarşılaşa biləcəyiniz ən məşhur geyim, ayaqqabı, çanta, elektronika və ev tekstili və ya mebelləri təklif edən markalarla tanış oldunuz. Artıq sizə sadəcə bəyəndiyiniz məhsulları evinizdən çıxmadan kompyuter arxasında və ya telefonlarınız vasitəsilə Trendyoldan sifariş etmək və Kango ilə bağlamanızın Azərbaycana çatdırılmasını gözləmək qalır.

 

Hər birinizə axtardığınız məhsulları tapacağınız xoş alış-veriş təcrübəsi arzulayırıq!


Türkiyə və Trendyoldan sifarişlərinizlə bağlı əlavə suallarınız yaranarsa, sosial media hesablarından bizə yaza və ya 012 525 43 43 nömrəsinə zəng edərək məlumat əldə edə bilərsiniz.


Kango ilə Türkiyədən sifarişlərinizdə xoş alış-verişlər!