Trendyoldan Azərbaycana Sifariş Etmək
Türkiyədən Azərbaycana sifariş dedikdə ilk ağıla gələn Trendyoldur. Milyonlarla məhsul, mütəmadi endirim kampaniyaları, sadə interfeys — bütün bunlar Trendyolu Azərbaycanlı alıcıların sevimli platformasına çevirdı. Trendyoldan azərbaycana sifariş etmək isə artıq iki tam fərqli üsulla mümkündür: birbaşa Gəl-al nöqtəsi seçərək, ya da Kango-nun Türkiyə ünvanı vasitəsilə.
Hansı üsulun sizə uyğun olduğunu məhsulun növü müəyyən edir. Aşağıda hər ikisini ətraflı izah edirik.
Üsul 1 — Trendyoldan Birbaşa Sifariş: Kango Gəl-al Nöqtəsi
Bu üsulda ayrıca kargo şirkəti ilə məşğul olmursunuz. Trendyol tətbiqi içindən Kango Gəl-al nöqtəsini seçirsiniz — bağlama oraya gəlir, siz götürürsünüz. Ödəniş də birbaşa Trendyolda olur.
Addım 1 — Trendyolda Azərbaycan ölkəsini seçin
Trendyol tətbiqini açın. Əsas ekranda Azərbaycandan birbaşa al seçimini tapıb klikləyin. Alternativ olaraq Hesabım bölməsindən ölkəni Azərbaycan olaraq dəyişdirin. Bu addımdan sonra ekranda yalnız Azərbaycana çatdırıla bilən məhsullar görünür — uyğun olmayanlar avtomatik süzülür.
Addım 2 — Məhsul seçin
Məhsulun üzərindəki Həm Azərbaycana, həm də Türkiyəyə çatdırılma üçün uyğundur yazısına diqqət edin. Bu işarə olmayan məhsullar birbaşa üsulla gəlmir — onlar üçün Üsul 2-yə baxın. Ölçü, rəng, say seçimini düzgün edin.
Addım 3 — Kango Gəl-al nöqtəsini seçin
Məhsulları səbətə əlavə edib Sepeti Onaylaya klikləyin. Çatdırılma məlumatları ekranında Gəl-al seçimini edin — xəritə açılır. Xəritədən sizə ən yaxın Kango nöqtəsini seçin.
Addım 4 — Ödənişi Trendyolda tamamlayın
Məhsulun qiyməti + kargo haqqı birlikdə göstərilir. Səbətin cəmi 30 AZN-dən çox olduqda kargo 0 AZN olur. Azərbaycan Visa və Mastercard kartları ilə ödəniş edin. Kango-ya ayrıca ödəniş yoxdur.
Addım 5 — Smart Customs bəyannaməsini doldurun
Bağlama anbara daxil olduqda SMS gəlir. Smart Customs tətbiqini (ya da e.customs.gov.az saytını) açın:
- Sadələşdirilmiş Bəyannamə — Elektron Ticarət bölməsini seçin
- Şəxsi məlumatlarınızı daxil edin
- Məhsulun adını, invoys qiymətini, sayını qeyd edin
- Bəyannaməni təsdiqləyin — əlavə ödəniş tələb olunursa onlayn ödəyin
Birbaşa sifarişdə Trendyol daşıyıcı məlumatını, sifariş nömrəsini avtomatik göndərir — siz yalnız məhsul məlumatlarını əlavə edirsiniz.
Çatdırılma müddəti: Bəyannamə təsdiqindən sonra 3–5 iş günü. Kango-nun Türkiyədən Azərbaycana hər gün hava yolu ilə reysləri var.
Üsul 2 — Türkiyə Ünvanı ilə Sifariş: Bütün Məhsullar Üçün
Trendyolda bəyəndiyiniz məhsul Azərbaycana çatdırılmır yazısı göstərirsə, ya da birbaşa üsulda olmayan xüsusi bir məhsul axtarırsınızsa — bu üsul işə gəlir.
Kango.az-da Qeydiyyat və Türkiyə Ünvanı
Kango.az-a daxil olun, qeydiyyatdan keçin. Şəxsi kabinetinizdə Türkiyə Ünvanım bölməsi açılır — bu ünvan yalnız sizindir. Müştəri kodunuzu da mütləq ünvanın yanında qeyd edin: anbara gələn bağlamanı sizi tanımaq üçün istifadə edirlər.
Trendyol.com-da Qeydiyyat
Trendyol.com-a daxil olub sağ yuxarıdan Üye Ol düyməsinə klikləyin. Ad, soyad, e-mail, şifrə — bunları doldurun. Facebook və ya Google hesabı ilə də qeydiyyat mümkündür.
Sifariş Vermək
İstədiyiniz məhsula daxil olub Sepete Ekle düyməsinə klikləyin. Sepetim → Sepeti Onayla ardından çatdırılma ünvanı ekranı açılır. Adınızı, soyadınızı və Kango-nun Türkiyə ünvanını daxil edin — müştəri kodunuzu da yazın. Kaydetə klikləyin.
Ödəniş mərhələsinde Ödeme Seçenekleri bölməsinə Azərbaycan Visa və ya Mastercard kartınızın məlumatlarını daxil edin. Ödeme Yapa klikləyin — sifariş tamamlandı.
Bəyannamə — Bu Addımı keçməyin
Bağlama Kango-nun Türkiyə anbarına daxil olanda SMS gəlir. Kango.az şəxsi kabinetindən ba]lamanın fakturasını yüklədikdən sonra bir neçə dəqiqə ərzində Smart Customs tətbiqində avtomatik görünür. Daha sonra Smart Customs tətbiqindən (e.customs.gov.az) bağlama bəyan edilməlidir.
Bəyan edilməyən bağlama Azərbaycana göndərilmir. Nə qədər tez bəyan etsəniz, bir o qədər tez çatır.
Kango-nun YouTube kanalında bəyannamə doldurma prosesi ilə bağlı izahlı video mövcuddur.
Çatdırılma müddəti: Türkiyə anbarına daxil olduqdan sonra 3–6 iş günü. Standart məhsullar həftənin hər iş günü göndərilir.
İki Üsulun Fərqi
|
Birbaşa (Gəl-al) |
Türkiyə ünvanı |
|
|
Hansı məhsullar |
Yalnız Azərbaycana uyğun işarəlilər |
Bütün Trendyol məhsulları |
|
Ödəniş |
Trendyolda — kargo daxil |
Trendyolda + Kango-ya ayrıca |
|
30 AZN üstü kargo |
Pulsuz |
Çəkiyə görə hesablanır |
|
Müddət |
3–5 iş günü |
3–6 iş günü |
|
Kango qeydiyyatı |
Lazım deyil |
Lazımdır |
|
Faktura yükləmək |
Lazım deyil |
Lazımdır |
|
Bəyannamə |
Lazımdır |
Lazımdır |
Bakıya Kuryer Çatdırılması
Bağlamanı Gəl-al nöqtəsindən götürməyi istəmirsinizsə, Bakı ünvanınıza kuryer göndərilməsini də sifariş edə bilərsiniz.
300 Dollar Limiti — Bilməli Olduqlarınız
Azərbaycan Respublikasının qanunvericiliyinə (Nazirlər Kabinetinin 305-ci qərarı) görə bir təqvim ayı ərzində gətirdiyiniz məhsulların ümumi gömrük dəyəri 300 ABŞ dollarını keçmədiyi halda gömrük rüsumu tutulmur.
Birbaşa sifarişdə Trendyol kargo haqqını çəkiyə deyil, öz tariflərinə görə müəyyən edir. Bu səbəbdən Smart Customs-da göstərilən daşınma ödənişi Trendyolda görünəndən fərqli ola bilər. Çəkisi 2 kq-dan artıq olan birbaşa sifarişlərdə isə hər əlavə kq üçün 1.5 dollar aylıq gömrük limitindən silinir — bunu nəzərə alın.
Həcmsəl Çəki — Türkiyə Ünvanı Metodunda Diqqət Edin
Kango-nun Türkiyə ünvanı metodu ilə gətirilən bağlamalarda tarif fiziki çəki ilə yanaşı həcmsəl çəki əsasında hesablanır. Üç tərəfinin uzunluqlarının cəmi 100 sm’dən böyük olan bağlamalar üçün fiziki vəya həcimsəl çəkidən hansı böyükdürsə, o götürülür:
Həcmsəl çəki = En (sm) × Uzunluq (sm) × Hündürlük (sm) ÷ 6000
Yastıq, yorğan, pərdə, oyuncaq kimi böyük amma yüngül məhsullar fiziki çəkisindən baha başa gələ bilər. Sifariş etmədən öncə bunu mütləq nəzərə alın.
Trendyolda Azərbaycanlıların Ən Çox Sifariş Etdiyi Brendlər
Kango müştərilərinin Trendyol sifarişlərindəki ən populyar seçimləri:
Geyim və ayaqqabı Pierre Cardin, DeFacto, Koton, Mudo, Mavi — Türkiyənin bu brendlərini Azərbaycanda da tapa bilərsiniz, amma Trendyolda qiyməti 30–50% aşağıdır. Adidas, Nike, New Balance, Hummel — idman geyimi alanlar üçün Trendyol əvəzsiz seçimdir. Dəri məhsul axtaranlar isə Derimod və Vakko-ya baxmalıdır — hər iki brend Trendyolda geniş çeşiddədir.
Elektronika Samsung, Xiaomi, Lenovo, Huawei, Apple aksesuarları — telefonlar, planşetlər, kompüter hissələri Türkiyədə daha münasib qiymətə mövcuddur. Batareyalı cihazlar həftəlik xüsusi göndərişlə daşınır — çatdırılma müddəti bir neçə iş günü uzun ola bilər.
Kosmetika Oriflame, Farmasi — makyaj məhsulları, şəxsi qulluq vasitələri. Maye məhsullar (ətir, serum, toner) həftəlik xüsusi göndərişlə gəlir.
Ev tekstili və mətbəx Özdilek, Yataş, Karaca, Emsan, Bellona — döşəkçə, yataq dəsti, mətbəx avadanlıqları. Həcmli məhsullarda həcmsəl çəki hesablamasını mütləq nəzərə alın.
Trendyol Elite: Tez-tez Alış-veriş Edənlər üçün
Son 3 ayda Trendyoldan 30 sifariş, ümumilikdə 3.000 TL dəyərindəki alış keçirdinizsə, Trendyol Elite statusuna sahib olursunuz. Elite üstünlükləri:
- 30 TL üzəri sifarişlərda Türkiyə daxili kargo tamamilə pulsuz
- Xüsusi endirim kampaniyaları — digər istifadəçilərdə olmayan təkliflər
- Prioritet müştəri xidməti
Trendyoldan tez-tez trendyoldan azərbaycana sifariş edənlər üçün bu status ciddi qənaət deməkdir.
Tez-tez Verilən Suallar
Trendyolda Azərbaycan kartı qəbul edilirmi? Bəli. Beynəlxalq Visa və Mastercard kartları Trendyolda işləyir. Kartın xarici ödənişlərə açıq olduğundan əvvəlcədən əmin olun. Taksitli ödəniş imkanı da mövcuddur.
Trendyoldan kargo neçə günə gəlir? Birbaşa sifarişdə Smart Customs bəyannaməsindən sonra 3–5 iş günü. Türkiyə ünvanı metodunda isə bağlama Türkiyə anbarına daxil olduqdan 3–6 iş günü sonra Bakıda olur. Standart məhsullar həftənin hər iş günü göndərilir; maye və batareyalı məhsullar həftədə 2 dəfə — bu kateqoriyalar üçün bir neçə iş günü əlavə hesablayın.
Kango nöqtəsindən bağlamanı özüm götürə bilərəmmi? Bəli. Şəxsiyyət vəsiqəniz və SMS-kodunuzla 50+ Kango Gəl-al nöqtəsinin istənilənindən bağlamanızı götürə bilərsiniz. Başqa birini göndərmək də mümkündür — şəxsiyyət vəsiqəsi + SMS-kod kifayətdir. Nöqtələrin iş saatı: Bazar ertəsi–Şənbə, 10:00–20:00.
Azərbaycana uyğun deyil yazısı çıxırsa nə etməliyəm? Kango.az-da qeydiyyatdan keçib Türkiyə ünvanını əldə edin. Həmin ünvana sifariş verin — bağlama Kango-nun Türkiyə anbarına gəlir, biz Azərbaycana çatdırırıq.
Bağlama zədəli gəlsə nə etməliyəm? Bağlamanı Kango nöqtəsindən götürərkən qablaşdırmanı açmadan yoxlayın. Problem varsa müştəri xidmətimizlə əlaqə saxlayın.
Eyni ayda neçə sifariş verə bilərəm? Sayca məhdudiyyət yoxdur. Aylıq 300 dollar gömrük limitini keçməmək şərtilə şəxsi istifadə üçün istədiyiniz qədər sifariş verə bilərsiniz.
Sifarişimi Trendyolda izləmək mümkündürmü? Bəli. Trendyol şəxsi kabinetinizdə Sifarişlərim bölməsindən bağlamanızın cari statusunu izləyə bilərsiniz. Bağlama Kango anbarına daxil olduqda isə ayrıca SMS bildirişi gəlir.
Əlaqə
Trendyol sifarişlərinizlə bağlı suallarınız olarsa:
- Telefon: 012 525 43 43
- Sosial media: Kango.az rəsmi Instagram və Facebook hesabları
Son yenilənmə: Aprel 2026 Bu məlumatlar Trendyol-un cari Azərbaycan çatdırılma siyasəti, Azərbaycan gömrük qaydaları (Nazirlər Kabinetinin 305-ci qərarı, bənd 2.1.4) və Kango.az-ın cari xidmət şərtlərinə əsaslanır.
