Kango-dan daha bir yenilik!
Artıq Temu bağlamalarınızı başqa şirkət vasitəsilə sifariş vermiş olsanız belə Kango ilə iadə edə bilərsiniz.
Necə?
Temu sifarişlərinin geri qaytarılması üçün ilk olaraq barkod əldə edilməlidir. Barkod və bağlamalarınızı filialımıza təqdim etdikdən sonra geri qaytarma prosesini həyata keçirə bilərsiniz.
Barkodu necə əldə edəcəksiniz?
1. Temuda Sifarişlərim bölməsinə daxil olun.
2. Geri qaytarılacaq bağlamanı seçin.
3. Geri qaytar (iade) bölməsindən istifadə edin. Paketi aldınız? sualına Bəli cavabını qeyd edin.
4. Geri qaytarılacaq məhsulları seçin və geri qaytarma səbəbini qeyd edin.
5. Bəzi hallarda, geri qaytarma səbəbi kifayət qədər aydın olmadıqda, Temu əlavə video və ya şəkil tələb edə bilər. Əgər belə bir tələb irəli sürülərsə, müvafiq prosesləri yerinə yetirməlisiniz. Hər bir bağlama üçün ayrıca izahat vermək tələb oluna bilər.
6. Prosesi tamamladıqdan sonra onayla düyməsini sıxın.
7. Sizə geri ödənişin edilməsi ilə bağlı seçim təqdim olunacaq. İstəsəniz, Temu kartına və ya birbaşa bank kartınıza geri ödəniş edilməsini seçə bilərsiniz.
8. Seçiminizi etdikdən sonra Göndər düyməsini basın.
9. Temu tərəfindən sizə bir barkod təqdim ediləcək. Bu barkod və geri qaytarılacaq məhsullarla birlikdə istənilən filialımıza müraciət edə bilərsiniz.
Temu bağlamalarını qısa müddətdə iadə etmək üçün Kango-ya müraciət edin!
