İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Stradivariusda 5 aprel – 31 may yeni sezon endirimi başladı

Stradivariusda 5 aprel – 31 may yeni sezon endirimi başladı
Stradivariusda 5 aprel – 31 may yeni sezon endirimi başladı

İspaniyada qurulmuş dünyaca məşhur və keyfiyyətli brend hesab olunan Stradivarius, alıcılar tərəfindən də ən bəyənilən və zövqlü bir markadır. Üst geyimlərindən tutmuş, ayaqqabılara qədər hər növ geyim və aksesuarları özündə cəmləşdirən Stradivarius, ölkəmizdə də insanların ən çox üz tutduğu markalardandır. Həmçinin, onlayn alış-verişin də əvəzolunmaz bir parçasıdır. Belə ki, müqayisə etməli olsaq, Türkiyədən onlayn alış-veriş edərək əldə olunan Stradivarius məhsulları, mağazadan alınan məhsullara nisbətən daha çox büdcəyə uyğun olur. Bu səbəbdəndir ki, insanlar keyfiyyətli və zövqlü geyim və aksesuarları Türkiyənin onlayn alış-veriş saytları vasitəsilə Stradivarius brendindən əldə edərək, alış-verişdən məmnun qalırlar. Bu bloqumuzda sizə, Türkiyənin ən məşhur onlayn alış-veriş saytı olan Trendyol.com-dan, Stradivarius məhsullarını endirimli şəkildə necə əldə edə biləciyiniz haqqında məlumat verəcəyik.

 

Yazın gəlişi ilə birlikdə Stradivariusda da yeni sezon endirimləri artıq başladı. 5 apreldən 31 maya qədər davam edən bu endirimlərdən siz, ayaqqabılar, keyfiyyətli dəri gödəkçələr, çantalar, trençkotlar və s. bu kimi yaz üçün zövqlü geyim və aksesuarları sifariş edə bilərsiniz.

 

Endirimdən necə yararlanmaq olar?

 

5 apreldən 31 maya qədər davam edən Stradivarius yeni sezon endirimdən yararlanmaq üçün, ilk öncə Trendyol.com saytına daxil olmalı və ana səhifədəki endirimlər hissəsindən markanın yeni sezon endiriminə klikləməlisiniz. Daha sonra açılan pəncərədə Stradivariusun yeni sezon məhsullarına nəzər yetirə, daha asan sifariş etmək üçün, filter bölməsinə nəzər yetirə bilərsiniz. Daha sonra arzuladığınız məhsulları səbətinizə əlavə edərək, sifarişlərinizi həyata keçirin.

 

Sərfəli və sürətli karqo -  Kango!

 

Ölkənin ən sürətli və etibarlı karqosu olan Kango, hər zaman müştərilərinin məmnuniyyətini düşünərək, vaxta və büdcəyə qənaəti təmin edən tariflər təklif edir. 0.89 dollardan başlayan çatdırılma xidməti vasitəsilə sifarişlərinizi uyğun qiymətə əldə edəcəksiniz. Stradivariusun 5 aprel – 31 may yeni sezon endirimindən siz də arzu etdiyiniz geyim və aksesuara Kango ilə sürətli və etibarlı şəkildə sahib olun. Elə isə endirim müddəti ərzində Kango.az saytından qeydiyyatdan keçməyə və onlayn alış-verişdən həzz almağa tələsin!