İş saatları

Bazar ertəsi - Şənbə 10:00-19:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Cümə 10:00-20:00

“Smart Customs”da bağlamaları necə bəyan etmək lazımdır? - Şəkilli izah

“Smart Customs”da bağlamaları necə bəyan etmək lazımdır? - Şəkilli izah
“Smart Customs”da bağlamaları necə bəyan etmək lazımdır? - Şəkilli izah

Əvvəlki məqalələrimizdə, Trendyoldan sifarişiKargo şirkətindən qeydiyyatı sizlər üçün hazırlamışdır. Bu məqaləmizdə isə Smart Customs`dan necə istifadə etməyi və sifarişlərimizi necə bəyan edəcəyinizi sizlərə göstərəcəyik.
 Bax: Smart Custom nədir?

“Smart Customs” tətbiqini açdıqda ilk növbədə, siz şəkildə gördüyünüz qeyd olunan şəxsi məlumatlarınızı əlavə edərək, şəxsi kabinetinizə daxil olursunuz. (Şəkil 1.)

Şəkil 1.

 

İkinci növbədə, Sifarişləriniz Amerika və ya Türkiyə anbarına daxil olduqdan sonra Kango şəxsi kabinetinizdə “Bəyan gözləyən” hissəsində məhsul barədə məlumat və tracking ID göndərir. Bu pəncərədə siz məhsulun

1. Aid olduğu qrupu;

2. Alt qrupu; 

3. Malın invoys qiyməti,

4. Ödəniş edəcəyiniz valyutanı;

5. Daşınma xərci; 

6. Məhsulun miqdarı(ədəd, cüt, kq) qeyd edirsiniz. Daha sonra sizə hər məhsulunuz üçün ayrı tracking ID müəyyən olunur.(Şəkil 2 və Şəkil 3)

Şəkil 2.

 

Şəkil 3.




Daha sonra isə təqdim olunan tracking ID və məlumatlara əsasən “Smart customs” tətbiqində bəyannamə yaradırsınız. (Şəkil 4) 

 

Şəkil 4.

 

Bəyanetmə prosesində məlumatları yalnış daxil etdiyiniz təqdirdə, mallar gömrük sərhədini keçmədən bunun üçün bəyannamədə dəyişiklik etmək şansınız var. Bunun üçün bəyannaməni silib, yenisini tərtib etmək lazımdır. Lakin qeyd edək ki, güzəştli 300$ həcmindəki limiti keçdiyiniz və müvafiq gömrük ödənişlərini həyata keçirdiyiniz təqdirdə bəyannamədə düzəliş etmək mümkün deyildir. Digər məqamı da bildirək ki, əgər bir bağlamada bir neçə məhsul varsa, Şəkil 2-də gördüyünüz hissədə məhsulun sayını qeyd etməlisiniz.