İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Sifarişlərin geri qaytarılması

Sifarişlərin geri qaytarılması
Sifarişlərin geri qaytarılması

Sifarişlərin geri qaytarılması

 

Adını deyin, iadə edək!

 

Kango çatdırma şirkəti yeni fürsətlərlə müştəriləri sevindirməyə davam edir. Artıq sifariş etdiyiniz məhsullarda yaranan uyğunsuzluq, əlverişsizlik kimi problemlərin həll yolu var. Belə ki, sifariş edib bəyənmədiyiniz və ya gözləntilərinizin aşağısında olan məhsulları iadə etmək şansınız olacaq.

 

Trendyol-dan sifariş etdiyiniz məhsulların rəngində, görünüşündə, ölçülərində uyğunsuzluq və ya saytda göstərildiyi kimi olmaması problemləri ilə üzləşə bilərsiniz. Bu kimi hallar sizi məyus etməsin. Belə ki, Kango-dan sifariş etdiyiniz məhsullarda yaranan təzadları bizə iadə edərək məmnun qalmadığınız məhsulların geri qaytarılmasını həyata keçirə bilərsiniz. Bağlamaların uğursuz çatdırılmasına daşınma zamanı yaranan problemlər, fors major halları kimi (təbii fəlakətlər, hökümət məhdudiyyətləri, hərbi müdaxilə, iqtisadi səbəblər və s.) müdaxilələr aiddir. Müştəri geri qaytarmağı tələb etdikdə, götürmə tarixini və ya məhsulu haradan ən yaxın göndərmə şirkətinə apara biləcəyini bilməlidir. Kango bağlamanın təyinat ölkəsinə çatdırılması və xarici anbara təhvil verilməsinə görə cavabdehdir. Türkiyəyə qaytarılan bağlama mağaza tərəfindən qəbul edilməzsə yenidən tarifə müvafiq olaraq Azərbaycana çatdırıla bilər və ya sifarişçi öz sifarişindən imtina edə bilər. İmtina edilən sifarişlərin ödənişi isə geri qaytarılmır. Qeyd edək ki, mağaza tərəfindən qəbul edilməyən iadələrə görə Kango məsuliyyət daşımır. Müştəri malların düzgün qablaşdırılmasına və yaxşı vəziyyətdə olmasına cavabdehdir. Sifariş edilən məhsulların çatdırılmasından sonraki yaranan problemlərə görə iadə etməyin aşağıdakı şərtləri mövcuddur:


1
. Təhvil alınan bağlamalar 24 saat içində ofisimizə təhvil verilməlidir. Mağaza tərəfindən göndərilən yanlış və ya yararsız bağlamaları iadə etmək üçün 24 saat ərzində mallar geri qaytarılmalı və təhvil alınmalıdır. Bağlama ünvana çatdırıldıqdan sonra Türkiyəyə geri qaytarılması üçün müştəri 24 saat ərzində filiala yararsız malları təhvil verməlidir.

  
2.Təhvil verilərkən iadə kodu və Türkiyə daxili kargo qeyd edilməlidir. Müştəri malın hansı müştəridən və hansı sifariş nömrəsindən göndərildiyini aydın şəkildə bildirməlidir. Bu Kango-nun malların sizin mal olduğunu müəyyən edə bilməsi və geri qaytarılmasını mümkün qədər tez və asanlıqla emal edə biləcəyinə əmin olmaq üçündür. İadə kodunu müştəri Trenyol saytında müvafiq sifarişi seçib “Kolay İade” hissəsinə daxil olaraq əldə edə bilər. İadə kodu olmayan bağlamaların geri qaytarılması prosesi mümkün deyil. Müştəri iadə kodunu əldə etdikdən sonra istənilən filiala yaxınlaşıb geri qaytarılma üçün müraciət edə bilər.  Mallar, göndərmə sənədləri göndərildikdən sonra ən geci 14 gün ərzində mağazaya çatdırılmalıdır. Bağlama mağaza tərəfindən qəbul edildiyi halda sifarişin məbləği adətən 2-10 iş günü müddətində geri qaytarılır.


3. Geri qaytarılma xidməti hər paket üçün 10 AZN-dir. Çatdırılan bağlamaların arasında qüsurlu, zədəli və ya yararsız malların geri qaytarılması üçün 10 AZN məbləğində ödəniş müştəri tərəfindən həyata keçirilərək iadə edilə bilər. İadə edilən bağlamalar yalnız satıcı mağaza tərəfindən təsdiq aldıqdan sonra iadə tamamilə həyata keçirilir və müştərinin çatdırılmaya təyin olunmuş məbləği ödəyəndən sonra sifarişçiyə nəzərdə tutulan bağlama çatdırılır.