İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Sifarişlərin gecikmə halları

Sifarişlərin gecikmə halları
Sifarişlərin gecikmə halları

Sifarişlərin gecikmə halları

 

Sifarişlərin gecikməsi halları Türkiyədən edilən online alış-verişlər arasında əsas problemlərdən biri sayılır. Kango ailəsi olaraq sizə ən yaxşı xidmətin göstərilməsi məqsədilə gecikmə halları kimi problemlər maksimum müştərilərə yansıdılmadan, tam operativ şəkildə çatdırılmanı həyata keçiririk.

 

Sifarişlərin daşınması zamanı yaranan fasilələr və digər problemlər səbəbindən çatdırılmada gecikmələr baş verir. Bir çox müştərilər gecikmələrdən əziyyət çəkdiyi halda daşınma şirkəti ilə əlaqə saxlayır və tam operativ cavab ala bilmirlər. Lakin, Kango müştərilərin hər bir problemini diqqət mərkəzində saxlayıb, dinamik xidmət göstərir.

 

Kango.az daşınma şirkəti olaraq sifarişlərin ünvanınıza çatdırılmasında bir sıra çətinliklərlə üzləşir və bunun kimi çətinliklərin yaratdığı fəsadların müştərilər tərəfindən tam səbrlə qarşılanmağına minnətdardır. Sifarişlərin çatdırılması zamanı aşağıda sadalanan problemlər yarana bilər:

 

 Hava şəraitinin əlverişsizliyi

 

  Xüsusilə soyuq aylarda yaşanan bu əlverişsizlik bütün daşınma şirkətləri tərəfindən idarəedilə bilməyən problemlərdən biri sayılır. Hava şəraitinin yaratdığı bəzi problemlərə görə yük təyyarələrinin havaya qalxmasına icazə verilmir. Buna görə də yük təyyarəsi təyinat yerinə gec saatlarda çatır və yük müəyyən olunmuş müddətdə alıcıya çatdırıla bilmir.

 

  Nəqliyyat vasitələrinin nasazlığı

 

  Avtomobil və avadanlıqların nasazlığı yüklərin ləngiməsinin əsas səbəblərindəndir. Yük şirkətlərinin istifadə etdiyi daşıma avadanlıqlarında və yük maşınlarında yaranan nasazlıqlar məhsulun göstərilən gündə və saatda çatdırılmasına maneə olur. Bu problem yüklərin gecikməsinin əsas səbəblərindən biridir.

 

 Bayram və bazar günləri

 

  Karqo şirkətləri bayram günlərində işləsələr də, kadr çatışmazlığı səbəbindən yüklərin sifarişçiyə vaxtında çatdırılmasında çətinliklər yaşanır. Burada nəzərə alınmalı olan məqam məhsulu almazdan əvvəl təxmini gəliş vaxtının Türkiyənin hər hansı dövlət bayramına təsadüf edib-etməməsidir. Bundan əlavə, bazar günləri yük şirkətlərinin bağlı olduğunu nəzərə almaq lazımdır. Yüklərdə yaşanan gecikmə səbəbləri arasında bayram günləri və bazar günləri nəzərə alınmaması ən çox rast gəlinən problemlər arasındadır.

 

 Texniki məsələlər

 

  Yük poçt indeksi ilə izlənilən yüklərdə kodun qarışıq olması səbəbindən bəzi problemlər yaşanır. Sistemdəki bəzi səhvlər nəticəsində məhsullar qarışır və harada olduğu görünmür. Bu vəziyyət qısamüddətli olsa da, məhsulun alıcıya vaxtında çatdırılmasında müəyyən nasazlıqlara səbəb olur.

 

 Gömrük əməliyyatlarında qüsurlar

 

  Adətən xarici ölkələrə göndərilən və ya xarici ölkələrdən gələn yüklərdə bu problem ilə  rastlaşmaq mümkündür. Gömrükdən keçirilməsi qadağan olan və ya sənədləşmədə yaşanan problemlər də müştərilərin sifarişlərinin çatdırılmasına maneələr törədir. Bu kimi hallar da bağlamaların gecikməsinə səbəb olur.

 

 Böyük endirim kampaniyaları və sifariş sıxlığı

 

İlin müxtəlif fəsillərində endirimlər böyük müştəri kütləsini mağazalara cəlb edir. Bunun ən bariz nümunəsi isə ilin ən böyük endirimi sayılan “Black Friday” endirimləridir. Bildiyiniz kimi, “Black Friday” endirim kampaniyası ayında mağazalar 80%-ə qədər endirimlər tətbiq edir və bu da sifariş sıxlığına kəskin təsir edir. Sifariş sıxlığını personal nə qədər operativ həll etməyə çalışsa da yarana biləcək gecikmələr qaçınılmazdır.

 

 

Kango ailəsi olaraq yuxarıda sadalanan problemlərin aradan qaldırılmasında tam operativ fəaliyyət göstərir, sizə layiq olduğunuzdan daha artıq xidməti göstərməyə çalışırıq. Kango ilə Türkiyənin istənilən alış-veriş saytlarından sifariş edə və ən sərfəli qiymətlərlə əldə edə bilərsiniz!