Sevgililər Gününə hədiyyə seçimi

2022-02-11 12:03:23
Sevgililər Gününə hədiyyə seçimi

14 fevral, dünyanın hər yerində Sevgililər Günü kimi qeyd olunur. Tarixə nəzər yetirdiyimiz zaman, bu mövzu haqqında müxtəlif rəvayətlərə rast gələ bilərik. Lakin, bütün bu rəvayətlər eyni məqsəd ətrafında cəmlənib. Azadlıq və sevgi...

İnsanlıq hər zaman sevgi axtarışında olmuş, sevib sevilmək istəmişdir. Sevgiyə özəl günlər, hədiyyələr, sözcüklər və s. tərtib edilmişdir. Dünyaca məşhur yazıçı Lev Tolstoy, “İnsan nə ilə yaşayır?” kitabında da bu sualı “sevgi ilə yaşayır” deyə cavablamışdır.

 

14 fevral sevgini hiss edib, paylaşdığımız özəl günlərdən biridir. Bu özəl gün üçün, insanı düşündürən bir nüans da var. Görəsən hədiyyə olaraq nə ala bilərəm?

 

Hədiyyə seçimi əlbəttə ki, individualdır və kiçik bir hədiyyə belə sevgini hiss etdirə bilər. Hədiyyə seçimi zövq, istək və ehtiyaclara görə dəyişir. Bu özəl gün üçün adətən suvenir, geyim, aksesuar, ətir və s. kimi hədiyyələrə üstünlük verilir. Təbii ki, istədiyiniz bütün qeyd olunan hədiyyələri Türkiyənin onlayn alış-veriş platformalarından rahatlıqla əldə edə bilərsiniz. İstər Trendyol, istər Hepsiburada, istərsə də digər bütün onlayn alış-veriş saytlarından bəyəndiyiniz məhsulları məhz Kango ilə asanlıqla sifariş edə bilərsiniz.

 

14 fevral üçün Trendyol, DeFacto, LC Waikiki, Zara, Bershka və s. kimi dünyaca məşhur markalardan istədiyiniz tərzdə hədiyyələr sifariş edə bilərsiniz. Bunun üçün Kango-nun saytından qeydiyyatdan keçərək, Türkiyənin onlayn alış-veriş mağazalarının saytlarından məhsul seçməyiniz yetərlidir.

 

Sərfəli və sürətli karqo-Kango

Sifarişlərinizi daha rahat şəkildə etmək istəyirsinizsə, artıq Kango mobil tətbiqini yükləyə və asanlıqla sifarişlərinizi tamamlaya bilərsiniz. Bu mövzuda “Asan sifariş xidməti” sizin köməyinizə çatacaq. İstədiyiniz hədiyyəni seçə, daha sonra çatdırılma ödənişlərini filiallarımıza gələrək və ya onlayn şəkildə ödəyə bilərsiniz.

 

Sifarişlərinizi götürə bilmirsinizsə, kuryer xidmətlərimizdən faydalanıb sərfəli qiymətlərlə sifarişlərinizi qapınıza qədər çatdırılmasını həyata keçirə bilərsiniz.

 

Kango şirkəti ilə 14 fevrala özəl hədiyyələrlə sevginizi hiss etdirə bilərsiniz. Kango ailəsi olaraq sizə yalnız bir gün deyil, hər gün sevib sevilməyi arzulayırıq.

 

Hər zaman müştərilərinə dəyər verən və onların istəklərini həyata keçirən Kango, sərfəli və sürətli çatdırılma xidməti ilə hazırda ölkəmizdə bu yöndə lider şirkətlərdəndir.

 

Əgər siz də, Türkiyədən Azərbaycana verdiyiniz sifarişlərin tam vaxtında və güvənli şəkildə çatdırılmasını istəyirsinizsə, elə indi Kango.az-da qeydiyyatdan keçərək, alış- verişin dadını bizimlə çıxara bilərsiniz.