Hər kəs evdə rahat olmağı sevir. Tərzin deyil, rahatlığın önəmli olduğu ev şəraitində hər birimiz sadə, rahat ev geyimlərinə, pijama dəstlərinə üstünlük veririk. Rahat hərəkət azadlığı olan qadın pijama dəstləri sıxmayan, yumşaq toxuması, tərləməyən nazik quruluşu ilə hamının vazkeçilməz ehtiyaclarındandır. Qarderobunuzda yalnız bir pijama dəsti ilə kifayətlənməməyinizi və bir neçə fərqli qadın pijama dəstinin olmasını tövsiyə edirik. Bu dəfə sizə Trendyoldan sifariş edə biləcəyiniz pijama dəstləri haqqında danışacağıq.
Pijama dəstləri dedikdə xüsusilə ağla ilk gələn Penti, Oysho, H&M, TrendyolMilla, PijamaEvi, Eros kimi markalar olur.
Bəs pijama seçərkən nələrə diqqət yetirək?
Material: Pambıq, kətan və modal kimi təbii materiallar pijamaların nəfəs alma qabiliyyətini artıra və dərinizə daha çox rahatlıq verə bilər. Xüsusilə həssas dəriniz varsa, təbii maddələr seçmək vacibdir.
Ölçü uyğunluğu: Pijamaların ölçüsü sizin üçün rahat olmalıdır. Sıx və ya çox boş olmadığından əmin olun. Rahat yuxu üçün pijamaların sizi məhdudlaşdırmaması vacibdir.
Dikiş və keyfiyyət: Pijamaların tikişləri hamar və keyfiyyətli işlənmə ilə hazırlanmalıdır. Keyfiyyətli tikiş pijamaların davamlılığını artırır və uzunömürlülüyünü təmin edir.
İstifadə məqsədi: Pijamalardan yalnız yatmaq üçün istifadə edəcəksiniz, yoxsa evdə istirahət etmək və ya səhər qəhvəsi içmək kimi gündəlik fəaliyyətlər üçün də geyinəcəksiniz?
Bu, seçdiyiniz pijama növünü müəyyən etməyə kömək edə bilər.
Trendyoldan seçdiyiniz pijama dəstlərini KANGO vasitəsilə sifariş edin, operativ karqonun tezliyindən həzz alın!